24/04/2023
Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbovun doğum günüdür. Bu münasibətlə cənab naziri Azərbaycan Velosiped Federasiyasının rəhbərliyi və kollektivi adından təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və işlərində uğurlar arzulayırıq!
01/02/2023
Milli yığmamız "Tour of Sharjah" dan Azərbaycana geri qayıdırlar. Onlara uğur arzu edirik. .isayev.9 .ayvazov
26/01/2023
İdmançılarımızın məşqdən sonra axşam yeməyi ...
26/01/2023
Komandamız "Tour of Sharjah" adlı turnirində yarışmaq üçün Dubaya yola düşüblər. Onlara uğurlar diləyirik. Qalibiyyətlə geri dönsünlər🙏🏻 .ayvazov .isayev.9 Komandanın kapitanı Antalyada təlim məşq toplanışında olduğu üçün Dubaya birbaşa qatılacaq.
P.S. hərəkətə keçi izləyənlər yarışın ən maraqlı anlarınl bizimlə izləyin
24/12/2022
Ad gününüz mübarək, cənab Prezident!!!
30/11/2022
“Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçiriləcək
Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə (25 noyabr) həsr olunmuş “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçiriləcək.
Müxtəlif gənclər təşkilatları və Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilərin qatılacağı veloyürüşə saat 12:00-da “Azneft” dairəsindən start veriləcək.
İştirakçılar müəyyən olunmuş marşrutla hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında yürüşü başa vuracaqlar.
Azərbaycan Velosiped Federasiyası veloyürüşdə iştirak etmək arzusunda olan həvəskar xanımları tədbirə qatılmağa dəvət edir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabr ayının 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.
Azərbaycan Velosiped Federasiyasının Mətbuat xidməti
➡️
21/11/2022
Sehifemize abune olun en son melumatlari ordan alin
instagram.com