02/08/2026
“Şəfa” stadionunda yenidən Premyer Liqa oyunları keçiriləcək. Bu, arenanın süni ot örtüyü təbii qazonla əvəzləndikdən sonra reallaşacaq.
"Futbolinfo" xəbər verir ki, vaxtilə “Şəfa” klubunun ixtiyarında olan idman qurğusu yenidən köhnə sahibinə veriləcək. Paytaxt təmsilçisinin hüquqi varisi kimi futbol təsərrüfatımıza qayıdan eyniadlı klub stadion rəhbərliyi ilə anlaşmaq üzrədir. Tərəflər arasında bir neçə görüş baş tutub və elitanın debütantı ot örtüyünün yenilənməsini boynuna götürüb. Yekun danışıqlardan sonra stadion “Şəfa”nın ixtiyarına veriləcək.
I liqanın qalibi kimi Premyer Liqaya yüksələn “Şəfa” bu mövsüm oyunlarını Sumqayıtda keçirəcək. Amma klubun ehtiyat meydançası yoxdur və PFL-ə də ikinci stadionu sifariş etməyib. “Şəfa” komandanın ixtiyarına verildikdən sonra bu problem aradan qalxacaq. Daha sonra təmir və yenidənqurma işləri başlayacaq və arena hazır olan kimi eynadlı komanda paytaxta qayıdacaq
01/08/2026
Belçikalı FİFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb.
Təcrübəli mütəxəssis ölkəmizdən xoş təəssüratlarla və təbəssümlə ayrılıb.
01/08/2026
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Nigeriyalı vinger Kristian Nvaçukvu bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.
20 yaşlı futbolçu İngiltərənin "Şeffild Yunayted" klubundan transfer edilib. Nvaçukvu ilə müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Futbolçu karyerası ərzində Bolqarıstanın "Botev Plovdiv" (2024/25) və Türkiyənin "Serikspor" (2026) komandalarında çıxış edib.
01/08/2026
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev UFC-nin Serbiyanın Belqrad şəhərində təşkil etdiyi döyüş gecəsində slovakiyalı Ludovit Kleini 2-ci raundda məğlub etdi.
01/08/2026
"Qarabağ"ın macarıstanlı müdafiəçisi Bence Varkoni: ş
"Hazırda nələri etməli olduğumuz barədə danışmaq çətindir. Onlara qarşı iki oyun keçirdik və hər iki matçda qol buraxmadıq. Bunu da nəzərə almalıyıq. Əgər qol vura bilmirsənsə, penaltilər seriyası artıq 50-nin 50-yə şans deməkdir. Bu dəfə onlar qalib gəldilər.
İndi bütün diqqətimizi Konfrans Liqasına yönəltməliyik. Əsas məqsədimiz turnirin liqa mərhələsinə vəsiqə qazanmaqdır.
Bəli, növbəti rəqibimiz Kiyev "Dinamo"sudur. Yeni bildik ki, onlarla qarşılaşacağıq. Hələlik rəqibi tam təhlil etməmişik. Onların oyunlarını izləyəcəyik və sonra necə komanda olduqlarını daha yaxşı dəyərləndirəcəyik. Hazırda "Dinamo"nun nə dərəcədə güclü olduğunu dəqiq deyə bilmərəm. Ancaq bundan sonra bütün diqqətimizi həmin matça yönəldəcəyik. Rəqibə hörmətlə yanaşırıq, amma məqsədimiz mərhələni adlayan tərəf olmaqdır".
31/07/2026
"Qarabağ"ın yarımmüdafiəçisi Jali Muaddib:
"Əlbəttə, nəticəyə görə məyusuq. Məqsədimiz mərhələ adlamaq idi. Ancaq komandamızla fəxr edə bilərik. Çünki 210 dəqiqə ərzində bir an belə dayanmadıq, qol vurmağa və hücum etməyə çalışdıq. Oyunun əvvəlindən sonuna qədər öz oyun üslubumuza sadiq qaldıq. Buna görə komandamızla qürur duya bilərik. Təbii ki, istədiyimiz nəticəni əldə edə bilmədik.
Düşünmürəm ki, səviyyəmizə və oyun üslubumuza şübhə etməməliyik. Məncə, hər iki görüşdə yaxşı çıxış etdik. Sadəcə, daha məhsuldar olmalıyıq. Mərhələ adlamaq üçün bizə cəmi bir qol lazım idi. Hesab edirəm ki, üzərində işləməli olduğumuz əsas məqam da məhz budur".
31/07/2026
Marko Yankoviç: "Əlbəttə, nəticədən razı deyilik. Amma bu, futbolun bir hissəsidir. Bəzən rəqibdən daha yaxşı oynasan da, qalib gələ bilmirsən. Mən onların bizdən üstün olduğunu demirəm, sadəcə bu oyunda belə alındı.
İndi oyunu təhlil etməli və hansı məqamları inkişaf etdirməli olduğumuzu müəyyənləşdirməliyik. Şübhəsiz ki, oyunumuzda daha yaxşı etməli olduğumuz cəhətlər var. Ancaq, dediyim kimi, başımızı aşağı salmamalıyıq. Kədərlənmək üçün çox vaxtımız yoxdur. Qarşıda yeni oyunlar var və Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün mümkün qədər tez hazırlaşmalıyıq".
31/07/2026
“Zirə”yə “Torpedo”, “Neftçi”yə “Dinamo”, “Qarabağ”a ÇSKA… Siyahı davam edir. “Qarabağ”ın növbəti dəfə qismətinə “Dinamo” düşdü.
Bəli, bu mövsüm klublarımız avrokuboklara keçmiş SSRİ və sosialist ölkələrində populyar olan klub adlarının əhatəsinə düşdü. Təəssüf ki, UEFA Avropa Liqası ilə vidalaşan “Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində mübarizə aparamalı olacaq. “Neftçi”nin uduzduğu Minsk “Dinamo”sunun kiyevli adaşı olan Ukraynanın ən titullu klubu ilə qarşılaşacağıq.
Avropa futbolunda zəngin tarixə və böyük ənənələrə malik olan paytaxt təmsilçisi uzun illərdir ki, qitə səhnəsinin tanınmış komandalarından biri hesab olunur. Demək olar ki, bir əsrə yaxın tarixə malik olan “Dinamo” həm SSRİ, həm də müstəqil Ukrayna futbolunda silinməz iz qoyub.
Düzdür, onlar da UEFA Avropa Liqasında PAOK-la bacarmayaraq bizim kimi bir qədər aşağı səviyyəli turnirə yuvarlandılar. Növbəti həftə isə böyük keçmişi olan klubla son illərin yüksəlişdə olan komandasından biri mübarizəni dayandıracaq. Ümid edirik ki, “Qarabağ” yoluna davam edəcək. Amma gəlin, hər şeydən əvvəl – bir qədər qəribə səslənsə də – “Dinamo”nu yaxından tanıyaq.
ƏTRAFLI ⏬️⏬️⏬️
31/07/2026
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA-ya penaltilər seriyasında uduzan “Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək. Ağdamlılar pley-offa yüksəlməyi bacarsa, burada növbəti dəfə Bolqarıstan klubu ilə üz-üzə gələ bilər.
Təmsilçimiz Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da Ukrayna təmsilçisinin ev matçlarını keçirdiyi Polşanın Lyublin şəhərində, cavab görüşü isə avqustun 13-də Bakıda təşkil olunacaq. Pley-off mərhələsinin püşkü isə bu oyunlardan əvvəl – avqustun 3-də atılacaq. “Qarabağ”ın yüksək klub reytinqinə (42.750) görə “Dinamo” – “Qarabağ” cütü səpələnmişlər sırasında yer alacaq