Tug of War Azerbaijan

Tug of War Azerbaijan

Share

Beynəlxalq Kəndirlə Mübarizə (TWIF) və Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) rəsmi üzvüdür.

Photos from Tug of War Azerbaijan's post 13/05/2026

📍Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində görüş keçirilib.

✍️Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov, Karyera Planlaması və Tələbələrlə İş şöbəsinin müdiri Anar Nəcəfov, fiziki tərbiyə rəhbəri Fərid İmanzadə, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin prezidenti, Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının vitse-prezidenti Dr. Elnur Şıxəliyev, birliyin baş katibi Rəqsanə Lətifova, yeniyetmə və gənclər üzrə məşqçi Toğrul Bayramzadə iştirak ediblər.

Görüş zamanı mərkəzin direktoru Kənan Bağırov qonaqları salamlayaraq təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesi və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, tələbələrin sağlam həyat tərzinə təşviqi, onların zərərli vərdişlərdən uzaq tutulması, asudə vaxtlarının səmərəli təşkili, eləcə də müxtəlif idman növlərinə cəlb olunması müəssisənin əsas prioritet istiqamətlərindən biridir.

Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin prezidenti Dr. Elnur Şıxəliyev çıxış edərək ölkədə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına, sağlam həyat tərzinin təbliğinə, həmçinin kəndirlə mübarizə (Tug of War) idman növünün inkişafına göstərilən diqqət və dəstəyə görə mərkəzin direktoru Kənan Bağırova təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Dr. Elnur Şıxəliyev Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin və Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının idarə heyəti adından Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırova və fiziki tərbiyə rəhbəri Fərid İmanzadəyə təşəkkürnamələr təqdim edib.

Görüş çərçivəsində iştirakçılar mərkəzin tədris otaqları, müasir emalatxanaları və idman zalı ilə yaxından tanış olublar. Qeyd olunub ki, Peşə Təhsil Mərkəzində yaradılmış yüksək səviyyəli şərait, müasir infrastruktur və tələbələrin inkişafına yönəlik imkanlar təhsil prosesinin keyfiyyətinin artırılmasına və gənclərin peşəkar formalaşmasına mühüm töhfə verir.

Sonda xatirə şəkilləri çəkdirilib.




Photos from Tug of War Azerbaijan's post 09/05/2026

📍Bu gün İtaliyanın Kaorle şəhərində Beynəlxalq Kəndirlə Mübarizə Federasiyasının (TWIF) "International Tug of War Congress" konqresi keçirilib.
Konqresdə ölkəmizi Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti, Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının (ETWF) vitse-prezidenti Dr.Elnur Şıxəliyev (online) təmsil edib.



azerbaijan
az

🇮🇹

05/05/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında "Zəfər Festivalı-3" layihəsi çərçivəsində kəndirlə mübarizə yarışı...

🇦🇿

Photos from Tug of War Azerbaijan's post 03/05/2026

🇹🇷 Milli komandamız “2nd TURAN CUP OPEN” beynəlxalq turnirində I yer qazanıb

01–03 may 2026-cı il tarixlərində Türkiyə Respublikasının Mersin şəhərində Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının dəstəyi və Türkiyə Kəndirlə Mübarizə İdmanı Federasiyasının təşkilatçılığı ilə “2nd TURAN CUP OPEN” beynəlxalq turniri keçirilmişdir.

Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, gərgin və yüksək rəqabət şəraitində keçən turnirdə milli komandamız

420 kq-a qədər gənclər və 450 kq-a qədər böyüklər arasında qarışıq (3 qız + 3 oğlan) kateqoriyalar üzrə çıxış edərək I yerə layiq görülmüşdür.
Turnirdə ümumilikdə 14 ölkədən 25 komanda mübarizə aparmışdır.

🎯 Atletlərimizi əldə etdikləri möhtəşəm qələbə münasibətilə təbrik edir, onlara gələcək yarışlarda yeni-yeni uğurlar arzulayırıq!


azerbaijan
az


̇n

20/03/2026

🇦🇿

13/03/2026

✍️Yarışın adı: Quba-Xaçmaz regional gənclər və idman idarəsinin, Quba-Xaçmaz regional təhsil idarəsinin və Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil orta məktəblərinin şagirdləri arasında kəndirlə mübarizə idman növü üzrə Xaçmaz rayon turniri

🗓Tarix: 18 mart 2026-cı il
📍Məkan: Xaçmaz Olimpiya İdman Kompleksi

💥 Ödənişsizdir

Məqsədimiz: kütləvi bədən tərbiyəsi və idmanı, sağlam həyat tərzini təbliğ etmək, uşaq, yeniyetmə və gəncləri idmana cəlb etmək, ölkəmizdə kəndirlə mübarizə idman növünü inkişaf etdirmək, beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək milli komandaları formalaşdırmaqdır

Əlaqə: +994 55 739 98 42 (Ramazan Soltanov), 077 571 66 45(Ağa Ağayev)

🔸Dəstək olan hər kəsə Təşkilat komitəsi adından Təşəkkür Edirik!




az

13/03/2026

✍️Yarışın adı: Şəki-Zaqatala regional gənclər və idman idarəsinin, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin və "Turan" kəndirlə mübarizə idmanı klubunun birgə təşkilatçılığı ilə Qax rayonu ümumtəhsil məktəblərinin şagirdləri arasında kəndirlə mübarizə idman növü üzrə turniri

🗓Tarix: 18 mart 2026-cı il
📍Məkan: Qax rayon mərkəzi stadionu

💥 Ödənişsizdir

Məqsədimiz: kütləvi bədən tərbiyəsi və idmanı, sağlam həyat tərzini təbliğ etmək, uşaq, yeniyetmə və gəncləri idmana cəlb etmək, ölkəmizdə kəndirlə mübarizə idman növünü inkişaf etdirmək, beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək milli komandaları formalaşdırmaqdır

Əlaqə: +994 55 739 98 42 (Ramazan Soltanov), 077 571 66 45(Ağa Ağayev)

🔸Dəstək olan hər kəsə Təşkilat komitəsi adından Təşəkkür Edirik!




az

08/03/2026

🇦🇿

25/01/2026

✍️Yarışın adı: Şəki-Zaqatala regional gənclər və idman idarəsinin, Zaqatala rayon icra hakimiyyətinin, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin dəstəyi və "Turan" kəndirlə mübarizə idmanı klubunun təşkilatçılığı ilə kəndirlə mübarizə idman növü üzrə yeniyetmə və gənclər arasında "02 fevral gənclər günü" nə həsr olunmuş gənclər həftəsi çərçivəsində "TURAN KUBOKU" turniri

🗓Tarix: 07 fevral 2026-cı il
📍Məkan: Zaqatala rayonu, İqtisadiyyat Universitetinin idman zalı

🔸Çəki kateqoriyaları:

🏅Yeniyetmələr U17:
- oğlanlar - 400 kg (6 nəfərin ümumi çəkisi)
🏅Gənclər U23:
- oğlanlar - 420 kg (6 nəfərin ümumi çəkisi)

💥 Ödənişsizdir

Məqsədimiz: kütləvi bədən tərbiyəsi və idmanı, sağlam həyat tərzini təbliğ etmək, uşaq, yeniyetmə və gəncləri idmana cəlb etmək, ölkəmizdə kəndirlə mübarizə idman növünü inkişaf etdirmək, beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək milli komandaları formalaşdırmaqdır

Əlaqə: +994 55 739 98 42 (Ramazan Soltanov), 077 571 66 45(Ağa Ağayev)

🔸Dəstək olan hər kəsə Təşkilat komitəsi adından Təşəkkür Edirik!




az

22/01/2026

📍24-28 May 2026-cı il tarixlərdə Bakı şəhəri "SportAccord" Konvensiyasına ev sahibliyi edəcək.

✍️SportAccord - çox idman tədbirlərinin bir hissəsi kimi, xüsusən də Dünya Oyunlarında nümayiş etdirilən idman növü kimi “tug of war” kəndirlə mübarizə idman növünü (TWIF) tanıyır

29/12/2025

✍️Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictiami birliyinin idarə heyətinin 18 dekabr 2025-ci il tarixli qərarına əsasən Elşad Sadiqi kəndirlə mübarizə idman növü üzrə "İlin hakimi" adına layıq görülmüşdü

✨️ təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq

🇦🇿

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Baku