25/03/2018
Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyidir.
Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixdə imzaladığı Sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib.
Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər və Handbike Azerbaijan üzvü Amid Həsənquliyev də iştirak etmişdir.
Handbike Azərbaycanın gələcəkdəki görüləcək işləri ilə bağlı Mədət Quliyevə məlumat verən Amid Həsənquliyev tezliklə fiziki məhdudiyyətli velosipedçilərimiz də olkəmizi laiqli təmsil edəcəyini bildirib. Mədət Quliyev öz novbəsində Handbike Azərbaycan komandasına gələcək fəaliyyərlərində uğurlar arzuladı və daim dəstək olacagını bildirdi.
.az @ Baku
26/08/2014
26/05/2014
01/05/2014
16/04/2014
15/04/2014
04/04/2014
02/04/2014
02/04/2014