19/07/2023
https://www.facebook.com/100063716074134/posts/754780729989123/
Orxan Aslanov Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib
“Neftçi” İdman Klubunun paraatleti Orxan Aslanov 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. İdmançımız adıçəkilən şəhərdə keçirilən dünya çempionatında uzunluğa tullanma növündə (T13 kateqoriyasında) 6,95 metr nəticə göstərərək dördüncü pillədə qərarlaşıb və bu uğura nail olub.
Qeyd edək ki, dünya çempionatında ilk dörd yeri tutan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar.
Xatırladaq ki, daha əvvəl klubumuzun təmsilçiləri - Oloxan Musayev və Səid Nəcəfzadə Yay Paralimpiya Oyunlarına lisenziyaya sahib olublar.
12/07/2023
Təbrik edirik
Daha bir idmançımız Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
Neftçi İdman Klubunun daha bir paraatleti Səid Nəcəfzadə 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Paralimpiyaçımız buna adıçəkilən şəhərdə
19/06/2023
Bizə qələbə yaraşır..
Güləş üzrə Avropa birinciliyindən daha 3 medal
Albaniyanın paytaxtı Tiranada on yeddi yaşadək güləşçilər arasında (U-17) keçirilən Avropa birinciliyi başa çatıb.
“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan sərbəst güləşçiləri mötəbər yarışın sonuncu günündə inamla mübarizə apararaq daha 3 medal (2 qızıl, 1 bürünc) əldə ediblər.
Pəhləvanlarımızdan Cəfər Cəfərov (45 kq) debütdə türkiyəli Əbubəkr Gür üzərində qələbə qazanıb - 16:7. Daha sonra güləşçimiz ermənistanlı Armen Papikyana tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. İdmançımızın qarşısında digər rəqibi, polşalı Pavlo İlnitski cəmi 35 saniyə duruş gətirə bilib – 10:0. Cəfər Cəfərov finalda gürcüstanlı Mate Tsinadzeni vaxtından əvvəl məğlub edərək (11:0) Avropa çempionu olub.
Camal Abbasov (60 kq) səkkizdəbir finalda fransalı Abdullah Nakayevə heç bir şans tanımayıb - 11:0. Təmsilçimiz yunanıstanlı Flippos Psoması da 6:0 hesabıyla xalçadan məyus yola salıb. O, yarımfinalda türkiyəli Vahid Yılmaza vaxtından əvvəl (10:0) qalib gəlib və ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Camal Abbasov həlledici görüşdə rusiyalı Akramat Şakriyevlə üz-üzə gəlib. İdmançımız 9:2 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə U-17 Avropa birinciliyinin qalibi olub.
Klubumuzun digər yetirməsi İsmayıl Rəhimli (71 kq) litvalı Arnas Linkeviçyusa 10:0 hesabıyla qalib gəlsə də, dörddəbir finalda ermənistanlı Narek Nikoqosyana minimal fərqlə (2:3) məğlub olub. Rəqibin finaladək irəliləməsi pəhləvanımıza bürünc medal qazanmaq şansı yaradıb. O, təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişvilini mübarizədən kənarlaşdırıb - 5:2. İsmayıl Rəhimli bürünc medal uğrunda görüşdə almaniyalı Feliks Şmitdən xalların keyfiyyətinə görə (3:3) üstün olub və fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Xatırladaq ki, nüfuzlu yarışın əvvəlki günlərində klubumuzun sərbəst güləşçilərindən Hacı Kərimov (55 kq) və Yusif Dursunov (110 kq) qızıl, qadın güləşçisi Ruzanna Məmmədova (52 kq) gümüş, yunan-Roma güləşçisi Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıb.
17/06/2023
https://m.facebook.com/story.php?story_fbid=731364008997462&id=100063716074134&mibextid=NOb6eG
Sərbəst güləşçilərimiz Hacı Kərimov və Yusif Dursunov Avropa çempionu olublar
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa birinciliyi davam edir.
Bu gün "Neftçi" İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçiləri əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıblar. Belə ki, pəhləvanlarımızdan Hacı Kərimov (55 kq) əvvəlcə türk Hacı Zadəyə tam üstünlüklə qalib gəlib - 10:0. Dörddəbir finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda güləşçimiz 12:10 hesablı qələbə ilə yarımfinala yüksəlib. O, bu mərhələdə fransalı Ubayda İtayevə heç bir şans tanımayaraq (12:0) adını finala yazdırıb. Hacı Kərimov həlledici görüşdə ermənistanlı Samvel Gevorqyanla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (13:0) qalib gələn idmançımız Avropa birinciliyinin qızıl medalına sahib olub.
Yarışa dörddəbir finaldan başlayan Yusif Dursunov (110 kq) belaruslu Yaraslav Koxanı tam üstünlüklə məğlub edib. Təmsilçimiz yarımfinalda türkiyəli Arda Güləri də vaxtından əvvəl məğlub edərək (11:0) ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Yusif Dursunov finalda ermənistanlı rəqibi Henrik Haykyana xalların keyfiyyətinə görə (4:4) qalib gələrək titulunu qoruyub və ikinci dəfə Avropa çempionu olub.
Xatırladaq ki, daha əvvəl klubumuzun qadın güləşçisi Ruzanna Məmmədova (52 kq) gümüş, yunan-Roma güləşçisi Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıb.
16/06/2023
https://www.facebook.com/100063716074134/posts/730555619078301/
Cüdoçumuz Gültac Məmmədəliyeva “Böyük dəbilqə” turnirində mükafata layiq görülüb
"Neftçi" İdman Klubunun cüdoçusu Gültac Məmmədəliyeva Qazaxıstanın paytaxtı Astanada start götürmüş "Böyük dəbilqə" turnirin ilk günündə bürünc medal qazanıb. Əlli iki kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gəlib.
Qeyd edək ki, iyunun 18-dək davam edəcək nüfuzlu yarışda 42 ölkədən 300-dən çox idmançı qalib adı uğrunda mübarizə aparır.
20/09/2022
«Neftçi İdman Klubu»nun yetirmələri Yunan-Roma güləşi üzrə Dünya Çempionatının qalibləri Eldəniz Əzizli, Taleh Məmmədov, Ülvi Qənizadə, Arif Niftullayev
08/09/2022
Tezliklə Neftçi İk Xırdalan
14/06/2022
“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin işçiləri arasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam və mən» idman-turizm yarışı keçiriləcək. Masallı rayonunda təşkil olunacaq turnir iyunun 17-dən 19-dək davam edəcək.
19/05/2022
http://neftchi.org/xeberler/2583-kikboksumuz-turkish-open-beynlxalq-turnirind-mkafata-layiq-grlb.html
Kikboksçumuz “Turkish Open” beynəlxalq turnirində mükafata layiq görülüb
İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə dünya kuboku yarışı sayılan Turkish Open beynəlxalq turnirinə yekun vurulub.Neftçi İdman Klubu”nun milli
02/04/2022
Spamdayıq nöqdə vergül zəhmət olmasa
28/03/2022
Dünən İmişli şəhərində keçirilmiş Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə Klubumuzun idmançıları
Musayev Eyyub 33kq
Yaqubov Əbülfəz 48 kq
Nəbiyev İsmayıl 75+ kq çəki dərəcəsində Birinci yer
Nəsrullazadə Hikmət 46 kq
Novruzov Ayxan 51 kq
Muradlı Məlik 75 kq çəki dərəcəsində ikinci yer
Ələkbərov Amin 3 cü yerə çıxıblar.idmançılarımızı təbrik edirik