Fenerbahçe tərəfdarlarının Azərbaycan zirvəsi... SON SÖZÜMÜZ FENERBAHÇE ! http://instagra Fuat Hüsnü Kayacan'ın, 1899.
k gəncləri arasında Black Stocking FC qurulmasına səbəb olmuşdur. Fəqət daha sonra, klub monarxiya rejiminin əngəllənməsini önləmək məqsədilə dağıdılmışdır. Sonradan eyni insanlar bir neçə əlavə yeni insanlarla birlikdə, 1902. ildə bu səfər Kadıköy Futbol Klubu adı altında yığışdılar. Ancaq bu istək də həmin vaxt gerçəkləşə bilməmişdir...
1907-ci ilin yazında yenə bir matç sonrası Ziya, Ayetullah və Necip evlərində çay içərkən ideyaları haqda bir daha fikirləşdilər. Monarxiya rejimi artıq devrilmiş, bu ideya bu səfər baş tutmuş və FENERBAHÇE FUTBOL KLUBU bir daha bağlanmamaq təməli ilə qurulmuşdur. Fenerbahçe Futbol Klubu'nun ilk yönətim üzvləri belədir:
Ziya Bəy "Prezident", Ayetullah Bəy "Əsas Menecer" və Necip Bəy də "Əsas Kapitan və Vəznədar"dır. Təbii ki, quruluş illəri asan olmamış, zaman-zaman futbolçu tapmaqda çətinlik çəkilmiş və bir neçə dəfə gəmilərdən müvəqqəti futbolçu alaraq liqdəki mübarizə davam etdirilmişdir. 1909-cu ildə klubun adı "Fenerbahçe Spor Klubu" olaraq dəyişmiş, rəngləri də sarı-ağdan bugünkü rəngi olan sarı-lacivərtə (sürməyi) çevrilmişdir. 1909-1911 illəri Fenerbahçe'miz üçün çox çətin keçmiş bir ara dağılma nöqtəsinə belə gəlinmiş, ancaq Elkatipzade Mustafa adlı bir üzv, klubu qurtaran adam olmuşdur. Lokalı dahi olmayan klubun komandaları çox p*s vəziyyətdəykən St. Joseph, Robert College və Kadıköy Nümunə Məktəbi'ndən yığılan gənc futbolçularla, klubun gənc komandaları qurulmuş, bir alt yetişdirmə təməli qoyulmuşdur. Bu cəhd uğursuz keçən 2 ilin ardından Fenerbahçe'yə heç məğlub olmadan ilk çempionluğunu gətirmişdir. Bu çempionluq isə Fenerbahçe'yə var olmaq gücü vermiş və klub Altıyol ağzında 2 otaqlı bir lokala birləşmişdi. Balkan Döyüşü səbəbi ilə baş tutmayan 1912-1913 liq matçlarından sonra üst-üstə və məğlub olmadan qazanılan 2 çempionluq, Fenerbahçe Cümhuriyyəti'ni yaratmağa başlamışdır. Fenerbahçe'miz həm də 1914 ilində tərtib olunan Gənc komandalar çempionluğunu da qazanmış və 10 il içində ən çox çempionluq qazanmış komanda olmaq ünvanını alaraq ingilislər tərəfindən verilən tarixi şilti də almağa haqq qazanmışdır. Qurucular: Nurizade Ziya Songülen Bəy, Osmanlı Bankası memurlarından Ayetullah Bəy, Bahriye Məktəbi tələbəsi Necip Okaner Bəy, Hindli adıyla tanınan Asaf Beşpınar Bəy və Ənvər Yetiker tərəfindən qurulmuşdur.
İlk Prezident: Nurizade Ziya Songülen
Rəngləri: Sarı Lacivert
Emblem: Fenerbahçe'nin ilk emblemi, Fenerbahçe burnundakı işıq saçan ağ fənəri, rəngləri isə sarı ilə ağ olmuşdu. Ancaq klub mənsubları bunu uyğun görmədikləri kimi, anlam baxımından da içində olduqları monarxiya rejimini təhdid edici sayıla biləcəyi həyəcanı ilə qısa vaxtda ləğv etdi. 1910-cu ildə Fenerbahçelilər arasında rəsm - cizgi məharətiylə tanınan futbolçu Hikmet (Topuz)'in çəkdiyi (bugünkü) emblem isə hər kəsin rəğbətini qazandı və qəbul edilərək bu günlərə qədər də çatdı. "Sarı və lacivərt" ağırlıq içində olmaq üzrə 5 rəngdən ibarət olan emblem bu anlamları verməkdəydi;
"FENERBAHÇE SPOR KULUBÜ 1907" yazılı ağ dairə çərçivə, təmizlik və açıqürəklilik ifadəsiydi. Qırmızı fon isə, Fenerbahçelilər arasındakı sevgi ve bağlılığı bildirərkən bu arada türk bayrağını da simvol etməkdə, ortadakı sarı rəng Fenerbahçe üçün duyulan qibtə və qısqanclığı, qəlb şəklindəki lacivərt rəng əsaləti təmsil etməkdəydi. Sarı lacivərt rənglər içində yüksələn çiçək budağı Fenerbahçelilik güc və qüdrətini simvol etməkdə, yaşıl rəng isə yüksələn bu qüdrət üçün uğurun gərəkli olduğunu açıqlamaqdaydı. Beləcə "milli rənglər arasında doğan Fenerbahçe"nin, sarı ilə lacivərt rənglər bərabərindəki bu emblemi üzvlər də qəbul gördüyündən, əsası İngiltərə'yə Manchester şəhərinə yollanmış və Fenerbahçe Spor Klubu'nun bugünkü rozeti olaraq ilk dəfə 1910-ci ildə düzəldilmişdi. Rozet; 1929 ilindən etibarən üzərindəki köhnə türkcə hərfləri yeni türkcə hərflərə buraxılmış ve bəzi kiçik dəyişikliklərlə qorunaraq günümüzə qədər gəlib çatmışdır.