Meetingpart

Meetingpart

Share

📺 Youtube Kanalımız:
http://youtube.com/meetingpart 👈 Ümumi Qaydalar (2023)
Hər şey sizin rahatlığınız üçün qeydə alınmışdır...
Maddə 1.

Qadağalar:
• 1.1 – Meetingpart olan hər yerdə siyasi, futbol, dini, irqi, cinsi mövzu açmaq və ya müzakirə etmək qadağandır. (Qaydanı pozan şəxsə, ilk dəfə üçün xəbərdarlıq edilir. Təkrar edildikdə isə bir müddət görüşlərə buraxılmır);
Açıqlama: Asudə zamanımızı maraqlı, xoş, fəqli və əyləncəli keçirmək üçün Meetingpart qrupu çeşidli tədbirlər təşkil edir. Müzakirəsinə icazə verilməyən mövzular

Photos from Meetingpart's post 10/08/2026

İldə 1 dəfə Şahdilinə getməsək elə bilirik dənizdən uzaq düşmüşük 😁

06/08/2026

🌲 Gedirik hara? Çiləgir gölünə! 🏕️💚
Bu dəfə şəhərin səs-küyündən uzaqlaşıb Qusarın meşəliklərində, yaşıl rəngi və duru, sərin suyu ilə diqqət çəkən Çiləgir gölünün kənarında kamp qururuq. 🌿🏞️

Gündüz sərin göldə çimib, oyunlar oynayacaq, musiqi və rəqs ilə əylənəcəyik. Axşam isə ocaq başında çayımızı içib, açıq havada film izləyəcəyik. 🔥🎶🎬
Bir sözlə, iki günlük yay istirahətini birlikdə keçirəcəyik. 😎

Tarix: 29-30 avqust,
Bakıdan çıxış: 08:00, Bakıya çatmaq: 21:00 (+/- 1 saat)

🌿 Bizi nələr gözləyir?
🏊 Göldə çimmək, kəndirlə və ya ağacdan gölə tullanmaq
⚽ Top, Domino, UNO, Mafia və digər oyunlar
🧺 Dincəlmək üçün 2 ədəd 2x4 həsir
🎶 Musiqi, rəqs və əyləncə — səsgücləndirici ilə
🎬 Açıq havada film seyri — proyektorla
👥 Seçilmiş kollektiv, yaş məhdudiyyəti və keyfiyyətli ortam

💰 75 manatlıq paketə daxildir:
🚌 Nəqliyyat
⛺ 4–6 nəfərlik çadırlar + izolyasiya
🍽️ 2 gün ərzində 6 dəfə qidalanma
🍵 Limitsiz ocaq çayı
💡 İşıqlandırma, qab-qacaq, stol-stul və digər kamp ləvazimatları
🎉 Əyləncə proqramı
🎬 Film seyri
🛡️ Gecə mühafizəsi
🚻 Səyyar ayaqyolu

📌 Qaydalarımız:
🚫 Spirtli içkiyə icazə verilmir.
⛺ Xanımlar ayrı, bəylər ayrı çadırlarda gecələyir.
🚗 Avtomobildə yerləşmə öncədən boy və çəkiyə görə təşkilatçılar tərəfindən siyahılaşdırılır.
🌄 Təbiət, göl, kamp, musiqi, oyunlar və yaxşı kollektiv... Daha nə lazımdır? 😎

Qatılmaq istəyənlər “+” qoysun və ya 070 267 07 28 nömrəsinə yazsın. 📲

💚 Bizim üçün əsas məqsəd sadəcə bir yerə gedib qayıtmaq deyil. Yaxşı insanlarla, yaxşı atmosferdə, yadda qalacaq bir həftəsonu keçirməkdir. Görüşərik Çiləgirdə! 🌿🏕️💚

Photos from Meetingpart's post 04/08/2026

Görüş günü üzürlü səbəblərdən gəlib çıxa bilməyən dostlarımız olsa da, voleybol oyunumuz maraqlı keçdi. İsti havalarda rayon səfərlərinə üstünlük versək də, idmanı bu dəfə də unutmadıq 😇
Haykinq etmək üçün gərək sağlam bədən olsun 😁

24/07/2026

İstəklərinizi nəzərə alaraq bu dəfə yolumuzu yenidən Şahdilinə salırıq. 🌊

Xəritədə "Qartalın dimdiyi" kimi tanınan bu möhtəşəm nöqtəyə gedəcəyik. Duru və təmiz dəniz suyu, özünəməxsus mənzərəsi ilə seçilən bu məkan əvvəlki yürüşümüzdə bizə unudulmaz xatirələr yaşatmışdı. 📍
Avtomobildən düşdükdən sonra dənizkənarı təxminən 2 km piyada yürüş edərək buruna çatacağıq. 🚶‍♀️🚶‍♂️

📅 Yola düşmə: 9 avqust(bazar günü), saat 10:00
⏳ Məkan üzrə vaxt: Təxminən 6 saat

Tədbirə daxildir:
🚌 Gediş-gəliş nəqliyyatı
🍱 1 dəfə qida təminatı
🎫 Qoruğa giriş bileti
⛺ Geyim dəyişmə çadırı
🧺 2 ədəd 4×4 m həsir
🏐 Masa, top, kolonka və digər əşyalar
🤝 Seçilmiş kollektiv

💵 İştirak haqqı: 35 AZN

✍️ Bizə qoşulmaq üçün şərhdə *+* yazın.
📞 Əlaqə: 070 267 07 28

22/07/2026

🏐 Gəzib-dolandıqdan sonra dedik ki, bir az da voleybol oynayaq! 😄

Oynaya bilmək vacib deyil. Məqsədimiz yarışmaq yox, birlikdə əylənmək və gözəl vaxt keçirməkdir. 🤝

📅 Tarix: 2 avqust
🕒 Saat: 15:00
⏳ Müddət: 4 saat
💵 Qiymət: 15 AZN

👥 Komandalarda həm xanımlar, həm də bəylər iştirak edəcək.

📍 Məkan: İçərişəhər metrosunun yaxınlığında.

💧 Oyun boyunca sərin su təmin olunacaq.
🚿 Geyim dəyişmə otağı və yuyunmaq imkanı da mövcuddur.

✅ Bizə qoşulmaq üçün şərhdə "+" yazın.

📞 Əlaqə: 070 267 07 28

Photos from Meetingpart's post 20/07/2026

18 iyul saat 01:00-da yola düşdüyümüz Zaqatala səfəri gözlədiyimizdən də maraqlı və daha əyləncəli keçdi. 🌿✨

Əsas məqsədimiz Qanslar şəlaləsinə çatmaq idi. Lakin çayın su səviyyəsinin qəfil yüksəlməsi buna imkan vermədi. Biz də planımızı dəyişərək Mişleş kəndinə yollandıq və adrenalin dolu bir yürüş etdik. 🥾🏞️

Keçdiyimiz çaylar, qalxdığımız dağ yolları və sərinlədiyimiz şəlalə bu günü unudulmaz xatirəyə çevirdi. 💙

İndi isə həmin möhtəşəm gündən yadda qalan fotoları sizinlə bölüşürük. 📸😊

Photos from Meetingpart's post 12/07/2026

MP 🫶

💙💛

Photos from Meetingpart's post 12/07/2026

💠 💠

08/07/2026

🌿 Növbəti yürüşümüzün ünvanı Zaqatalanın füsunkar Qanslar şəlaləsidir. 💙

Hər getdiyimiz məkana özümüzəməxsus rəng qatmağa davam edirik. Bu dəfə də proqramımızı böyük həvəslə hazırlamışıq və sizi unudulmaz bir gün gözləyir. ✨

🕛 Vaxta qənaət etmək üçün yola gecə saat 00:00-da çıxacağıq. 19 iyul səhər tezdən Zaqatalada olacağıq.

🚙 Bizi dağ maşını ilə həm adrenalin dolu bir yolçuluq, həm də piyada məsafəsini minimuma endirən rahat bir marşrut gözləyir.

🥙 Səhər yeməyi və 🍗🥗 günorta yeməyi əvvəlcədən hazırlanacaq. Gün ərzində rahat və ləzzətli şəkildə qidalanacaqsınız.

🤝 Seçilmiş kollektiv, möhtəşəm təbiət və xoş xatirələr sizi gözləyir.

💰 Bütün xərclər daxil olmaqla iştirak haqqı cəmi 60₼-dir.

📩 Bu möhtəşəm yürüşdə bizimlə olmaq istəyirsinizsə, posta ➕ yazın və ya 070 267 07 28 nömrəsi ilə əlaqə saxlayın.

Photos from Meetingpart's post 07/07/2026

Bəzi insanlar təbiətə sadəcə baxır, bəziləri isə onu hiss edir. 🌿

Bu kamp bizim üçün təkcə bir həftəsonu deyildi. Burada yeni dostluqlar quruldu, tonqal ətrafında söhbətlər edildi, gülüşlər meşəyə qarışdı, telefon ekranlarını isə təbiətin özü əvəz etdi.

Hər kamp bitir, amma yaşanan hisslər uzun müddət yadda qalır.

Bu gözəl anların bir parçası olan hər kəsə təşəkkür edirik. 💚

📸 Budur, həmin xatirələrdən bir neçəsi...
Bəlkə növbəti fotolarda siz də olasınız. 🏕️

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address

Baku