ARAF/ EFAR

ARAF/ EFAR

Share

Equestrian Federation of Azerbaijan Republic/ Azerbaycan Respublikası Atçılıq Federasiyası

For more information visit our web-site www.araf.az Elchin Guliyev.

"In terms of genetic features our nation is a nation comprised of physically healthy people. Physical health and strength along with mental health are characteristics of our nation." H.Aliyev
In the middle of the last age the interest to various kinds of sport increased all over the world. And surely Azerbaijan took part in this process. July 26, 1994 the National Great Leader Heydar Aliyev signed

26/07/2026
Photos from ARAF/ EFAR's post 26/07/2026

Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin ikinci turunun oyunları keçirilmişdir

24-25 iyul 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin ikinci turunun oyunları keçirilmişdir.

İyulun 24-də keçirilən turun ilk oyununda “Embawood” çövkən komandası “Şamaxı” komandası üzərində inamlı oyun nümayiş etdirərək 2:0 hesablı qələbə qazanmışdır. Növbəti oyunda isə “Buta Golden” və “Zəfər” komandalarının qarşılaşması 1:1 hesabı ilə başa çatmışdır.

İyulun 25-də “Sərhədçi” və “Omar” komandaları arasında keçirilən görüş “Sərhədçi” komandasının xeyrinə 6:0 hesabı ilə yekunlaşmışdır. Günün ikinci oyununda isə “Elit” komandası “Xəzər” komandası üzərində 3:0 hesablı üstünlük əldə etmişdir.
“Polad” və “Atilla” komandaları arasında keçirilməsi planlaşdırılan oyunda isə “Atilla” komandası iştirak etmədiyi üçün “Polad” komandasının aktivinə 6:0 hesablı texniki qələbə yazılmışdır.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin üçüncü turunun oyunları 11-12 sentyabr 2026-cı il tarixlərində keçiriləcəkdir.

Photos from ARAF/ EFAR's post 19/07/2026

Cıdır mövsümünün növbəti yarışları keçirilmişdir

18 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində növbəti cıdır yarışlarını keçirmişdir.

Yarışlarda ümumilikdə 10 Qarabağ və Dilbaz atının iştirakı ilə 2 maraqlı qaçış təşkil edilmiş, iştirakçılar yüksək peşəkarlıq və gərgin mübarizə nümayiş etdirmişlər.

Üç yaşlı Dilbaz atları arasında 1400 m məsafədə keçirilən qaçışda Sadiq Azayev “Şans” ləqəbli atla birinci yerə layiq görülmüş, Mahmud Ağazadə “Sarban” ləqəbli atla ikinci, Rəşid Musayev isə “Sarıyer” ləqəbli atla üçüncü olmuşdur.

Beş yaş və yuxarı Qarabağ atları arasında 2000 m məsafədə baş tutan qaçışda isə Rauf Tahirov “Xatun” ləqəbli atla birinciliyi əldə etmiş, Hilal Nəzərov “Sultan” ləqəbli atla ikinci, Mahmud Ağazadə “Toxtamış” ləqəbli atla üçüncü yerdə qərarlaşmışdır.

Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışlarının 5 sentyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.

Photos from ARAF/ EFAR's post 12/07/2026

Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin birinci turunun oyunları keçirilmişdir

10-11 iyul 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin birinci turunun oyunları keçirilmişdir.

İyulun 10-da keçirilən turun ilk oyununda “Şamaxı” çövkən komandası “Zəfər” komandası üzərində inamlı oyun nümayiş etdirərək 1:0 hesablı qələbə qazanmışdır. Növbəti oyunda isə “Embawood” və “Omar” komandalarının qarşılaşması 3:0 hesabı ilə başa çatmışdır.

İyulun 11-də “Buta Golden” və “Elite” komandaları arasında keçirilən görüş 0:0 hesablı bərabərliklə yekunlaşmışdır. Günün ikinci yarısında isə “Sərhədçi” komandası “Atilla” komandası üzərində 7:0 hesablı üstünlük əldə etmişdir.
Turun son oyununda “Xəzər” və “Polad” komandaları qarşılaşmış, görüş 0:6 hesabı ilə bitmişdir.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasının ikinci dövrəsinin ikinci turunun oyunları 24-25 iyul 2026-cı il tarixlərində keçiriləcəkdir.

Photos from ARAF/ EFAR's post 05/07/2026

Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir
03-04 iyul 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının IX turunun oyunları keçirilmişdir.
Turun ilk oyun günündə, iyulun 3-də saat 12:00-da keçirilən qarşılaşmada “Polad” çövkən komandası “Şamaxı” komandası üzərində inamlı oyun nümayiş etdirərək 8:1 hesablı qələbə qazanmışdır. Günün növbəti oyununda isə “Xəzər” və “Atilla” komandaları qarşılaşmış və oyunu 1:1 hesabı ilə bitirmişlər.
İyulun 4-də baş tutan oyunlarda “Sərhədçi” və “Elite” komandaları qarşılaşmış, oyun 1:2 hesabı ilə “Elite” komandasının xeyrinə başa çatmışdır. Növbəti oyunda “Buta Golden” və “Omar” komandaları qarşılaşmışdır. Gərgin mübarizə ilə yadda qalan oyun 4:1 hesabı ilə “Buta Golden” komandasının qələbəsi ilə başa çatmışdır.
Turun son oyununda “Embawood” və “Zəfər” komandaları qarşılaşmışdır. Hər iki komanda bərabər səviyyədə oyun nümayiş etdirərək tamaşaçılara həyəcanlı anlar bəxş etmişlər və oyun 1:1 hesabı ilə bitmişdir.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasının birinci dövriyyəsi başa çatmışdır. İkinci dövriyyənin ilk turunun qarşılaşmaları 10-11 iyul 2026-cı il tarixlərində keçiriləcəkdir.

Photos from ARAF/ EFAR's post 05/07/2026

Cıdır mövsümünün növbəti yarışları keçirilmişdir

04 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində yerli atçılıq ictimaiyyətinin nümayəndələri və çoxsaylı atsevərlərin iştirakı ilə növbəti cıdır yarışlarını keçirmişdir.

Yarışlarda ümumilikdə 20 Qarabağ və Dilbaz atının, eləcə də İngilis atlarının iştirakı ilə 5 maraqlı qaçış keçirilmiş, iştirakçılar yüksək peşəkarlıq və gərgin mübarizə nümayiş etdirmişlər.

Üç yaşlı Dilbaz atları arasında keçirilən qaçışda Rauf Tahirov “Zilahar” ləqəbli atla birinci yerə layiq görülmüş, Sadiq Azayev “Şans” ləqəbli atla ikinci, Mahmud Ağazadə isə “Sarban” ləqəbli atla üçüncü olmuşdur.

Dörd yaşlı Dilbaz atlarının mübarizəsində Rauf Tahirov “Zəmzəm” ləqəbli atla birinci yeri tutmuş, Sadiq Azayev “Nişan” ləqəbli atla ikinci, Ramal Əliyev isə “Lavin” ləqəbli atla üçüncü olmuşdur.

Beş yaş və yuxarı Qarabağ atlarının yarışında Hilal Nəzərov “Sultan” ləqəbli atla birinciliyi əldə etmiş, Rauf Tahirov “Xatun” ləqəbli atla ikinci, Ramal Əliyev “Nihat” ləqəbli atla üçüncü yerə sahib çıxmışdır.

Beş yaş və yuxarı Dilbaz atlarının yarışında isə Hilal Nəzərov “Bar-Bar” ləqəbli atla birinci, Ramal Əliyev “Senator” ləqəbli atla ikinci, Mahmud Ağazadə isə “Həkəri” ləqəbli atla üçüncü yerə sahib çıxmışdır.

İngilis atlarının yarışında Rauf Tahirov “Calix” ləqəbli atla birinci, Hilal Nəzərov “Bahr” ləqəbli atla ikinci, Sadiq Azayev isə “Nazlıcan” ləqəbli atla üçüncü olmuşdur.

Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışlarının 05 sentyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Binə Qəsəbəsi, Mərdəkan şossesi, Binə Atcılıq Mərkəzinin Yanı
Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00