Baku Spor Time

Baku Spor Time

Share

Elaqe: ............ Spor is healthy...

3.bp.blogspot.com 21/06/2017

1. İdmana başlamazdan ən azı yarım saat əvvəl yemək-içməyi dayandırmalısınız. Çünki məşq əsnasında mədənin dolu olması məsləhət deyil. Əgər vaxtınız yoxdursa, aclığı aradan qaldırmaq üçün alma, banan və s. yeyə bilərsiniz.

2. Salona daxil olarkən çantanızda sizin üçün daha rahat olan idman paltarı və ayaqqabı olmalıdır.

3. İdmana makiyajsız başlayın. Çünki hərəkət edərkən bədən hərarətinin artması ilə əlaqədar makiyaj tərlə birləşərək dəriyə zərər verə, allergik dəri xəstəliklərinə, hətta qaşınmalara səbəb ola bilər.

4. Əvvəlcə, kiçik hərəkətlərlə bədənin, necə deyərlər, qızmasına nail olun. Qaçış lentinin üzərində keçirəcəyiniz bir neçə dəqiqə və ardından bir neçə aktiv hərəkət sizin üçün həyati əhəmiyyət daşıyır. Əgər bunu etməsəniz, şikəstliklər meydana çıxa bilər.

5. Məşq proqramına düzgün əməl edin. İlk həftələrdə proqram sizə çətin gəlsə də, sonradan uyğunlaşacaqsınız.

6. İdman zamanı uzun-uzadı danışıqlara yol verməyin.

7. İdman edərkən sizi müşayiət edəcək faktorlardan biri də musiqidir, yəni musiqi sədaları altında idman etmək daha yaxşı nəticə verir.

8. İdman əsnasında su itkisinə laqeyd yanaşmayın, əks halda əzələlərinizdə spazma (yəni yığılma) meydana gələcək.

9. Bir də ki, “idman edirəm” deyə çox yemək də ziyandır. Yaxşı olar ki, gündəlik kalori ehtiyacınıza görə qidalanasınız.🤗

3.bp.blogspot.com

Photos 21/06/2017

😍💪

28/05/2017

SABAHINIZ XEYR😊

26/05/2017


Hücumu alınmadı 😃

Photos from Baku Spor Time's post 26/05/2017

🌇
🌞 izləyiciləri😊
Gününüz gümrah və uğurlu keçsin

s-media-cache-ak0.pinimg.com 25/05/2017

💪Əzələ kütləsi hesabına çəki artırmaq üçün YEMƏK PROQRAMI:

UNUTMAYIN: düzgün rejim və proqrama uyğun qidalanma + düzgün məşq proqramı 100% öz bəhrəsini verir. Bunu sizə zəmanət veririk. Bir şərtlə ki, proqramlara və rejimə düzgün riayət edəsiniz.

Nə vaxt və Nə Yemək Lazımdı?

Yuxudan oyanma 9:00 – Yuxudan oyanan kimi bir stəkan su için (Əgər BCAA kompleksi varsa ac qarına onu içə bilərsiniz). Dərhal yemək qəbul etmək olmaz. Çünki orqanizm hələ oyanmayıb. 20-30 dəq gözləmək lazımdı.
9:30 Səhər yeməyi: 100 qr süddə hazırlanmış Yulaf (ovsyanka) (və ya yulaf yoxdursa 100 qr makaron olar) + banan + 3 əd soyutma yumurta
11:30 1-ci Ara Yemək: 50 qr düyü + 50 qr ət (toyuq, mal əti və ya balıq) + Tərəvəzlər (Əgər ara yeməyi qəbul etmək alınmırsa onun əvəzinə Geyner içə bilərsiz)
14:00 Nahar 100 qr Qarabaşaq (Qreçka) + 100 qr ət (Toyuq döş əti) + Tərəvəzlər
16:00 2-ci Ara Yemək 50 qr Düyü + 2 əd Soyutma Yumurta + Tərəvəzlər
Məşqdən 30 dq əvvəl Whey Protein içə bilərsiniz (Misal üçün məşq 17:30-da başlayırsa 17:00-da qəbul edin)
17:30 – 18:30 – Məşq (Məşq vaxtınız 1 saatı keçməsin)
18:30 – Məşqdən sonra sadə Karbohidratlar qəbul etmək (Misal üçün Snikers, Banan və s.) + Sadə tez həzm olan zülal (Misal üçün whey protein və ya BCAA). Əzələlərin bərpası üçün bu çox vacibdir.
19:15 Axşam Yeməyi 100 qr düyü + 150 qr ət + Tərəvəz (Əgər kreatin içirsinizsə axşam yeməyindən dərhal sonra 5 qr qəbul edə bilərsiz. Şirin sokla qarışdırıb içmək daha effektlidir)
21:00 3-cü Ara Yemək 50 – 100 qr ət + Tərəvəz
23:00 Yuxudan əvvəl 200 qr dietik kəsmik (tvoroq). Əgər kəsmiyi quru formada yeyə bilmirsinizsə onu blenderdə su ilə qarışdırıb kokteyl halında içə bilərsiniz. Ümumiyyətlə qəbul edə bilmirsinizsə onda Kazein proteini içə bilərsiniz.
Mütləq şəkildə yeməklərdən 30 dq sonra su için. Gün ərzində 2 litr su içmək lazımdı.👊💪☝️👌

s-media-cache-ak0.pinimg.com

25/05/2017

Azərbaycan güləşçidən ermeniyə dərs...( Şəfiyev Əfrahim) 😀

BƏYƏNƏK VƏ PAYLAŞAQ

cf.kizlarsoruyor.com 24/05/2017

Orqanizmimizin bütün ehtiyaclarını ödəmək üçün bizə nə qədər su lazımdır?

Belə bir formul mövcuddur - insan çəkisinin hər 1 kiloqramı üçün 30-40 ml su. Digər formula görə - 1500 ml + insan çəkisinin hər 1 kq-na 20 ml su (bədən çəkisi 20 kq-dan artıq olduqda). Orta hesabla 70 kq bədən çəkisi olan insan gün ərzində 2,5 l və daha artıq su qəbul etməlidir. Təbii ki, bu heç də o demək deyil ki, insan hər gün mütləq düz 3 l su içməlidir. Axı biz suyu digər mənbələrdən də alırıq - suplar, şirələr, meyvə və tərəvəzlərdə olan su və s.
Hər gün insan orqanizmindən orta hesabla 2 l (isti yay günlərində bundan da artıq) maye ifraz olunur.

cf.kizlarsoruyor.com

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address

Baladjari
Baku

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00