Azərbaycan Futbolu

Azərbaycan Futbolu

Share

"Azərbaycan Futbolu" - Rəsmi Facebook Səhifəsi (The Official page) "Azerbaijan Football" Azerbaijan Football Media Group was established in 2014.

Dəqiq, doğru və qərəzsiz. Ölkə futbolunun inkişafı, yeniliklər. Yalnız ölkə futbolunun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq və edirik. Təmənnasız fəaliyyət göstərən səhifəmiz adından bizi izləyən hər bir Azərbaycan Futbolu izləyicisinə böyük hörmət və ehtiramla təşəkkür edirik! Avrokubok.com page starting with the first unit, aired at futboltvideo.com
azerbaijanfootball.com sites.

15/08/2026

"Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiya Liqa Kubokunda fərqlənməyi bacarıb. O, "Dandi Yunayted"lə oyunda "Seltik"in ikinci qolunu vurub.

O, həftənin əvvəlində Kolumbiyada baş vermiş dağıdıcı zəlzələdən sonra ölkəsi ilə həmrəylik nümayiş etdib: "Güclü ol, Kolumbiya".

15/08/2026

⚡️ Abdullah Zubir Bakını tərk etdi ❗️

"Qarabağ"ın futbolçusu Abdullah Zubir uzun illərdən sonra Ağdam klubundan ayrılıb. Fransalı yarımmüdafiəçi bu gün Azərbaycanı tərk edib. Zubir karyerasını Qətərdə davam etdirəcək.

Fransalı futbolçu bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına beynəlxalq hava limanından paytaxtı tərk edərək, Qətərə uçub. Təcrübəli futbolçu bundan sonra Qətərin “Əl-Şahaniya” klubunda çıxış edəcəyi gözlənilir. Tərəflər arasında müqavilə ilə bağlı razılığın əldə olunduğu daha əvvəl də bildirilmişdi. Beləliklə, Abdullah Zubirin “Qarabağ”dakı uzunmüddətli macərası başa çatıb.

14/08/2026

🇦🇿 Uzun müddətdir Azərbaycanda olan "Turan Tovuz"un türkmən baş məşqçisi Kurban Berdıyev Azərbaycan himnini əlini ürəyinin üstünə qoyaraq dinləyib.

14/08/2026

🏟 Azərbaycan Premyer Liqasının yeni mövsümü Tovuzda start götürür.

14/08/2026

Bu həyatda futboldan da, qələbədən də daha vacib şeylər var.

"Qarabağ" klubu daun sindromlu balaca azarkeşinin arzusunu yerini yetirib.
Kadi Borqes onunla meydançaya çıxan balaca Harunun ayaqqabısının bağını bağlayaraq insanların ürəyini fəth edib.

13/08/2026

Azərbaycanlı futbolçu Murad Məmmədov "Pafos"un heyətində ilk qolunu vurub.

UEFA Avropa Liqasında "Zalsburq"a qarşı keçirilən matçın 82-ci dəqiqəsində oyuna daxil olan Murad 84-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub. Matç 3:3 hesabı ilə başa çatıb.

13/08/2026

Elvin Cəfərquliyev: "Hardasa üç-dörd aya yaxın asfaltda məşq etmişəm. Bu, mənim üçün həqiqətən çox çətindir. Təzə-təzə adaptasiya oluram, öyrəşirəm. Düşünürəm ki, hələ tam formamda deyiləm. Daha yaxşı Elvin görə bilərsiniz və bunun üçün əlimdən gələni edəcəyəm".

13/08/2026

🇦🇿 "Qarabağ" "Dinamo"nu məğlub edərək UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəldi.

13/08/2026

"Qarabağ"ın "Dinamo" ilə oyuna çıxacağı start heyəti bilindi.

Koxalski ehtiyatda qaldı.

12/08/2026

Qurban Qurbanov: "Problem varsa, hamısını qəbul edirəm. Standart vəziyyətlərdən qol vura bilmiriksə, problem qəbul edirəm. Amma o demək deyil ki, bunun üzərində işləmirik. Məşqlərdə istifadə edirik. Ola bilər ki, hansısa anda alınmır. Bəlkə də hansısa dönəm əksi olacaq. Küncdən zərbədən xeyli qollarımız var. Problem varsa, bunu niyə qəbul etməməliyəm? Ən yaxşı vaxtımızda da problemimiz olub.

Kaşukun ən üstün cəhəti vuran ayağıdır. Onun qol vurmaq qabliyyəti yaxşıdır. Məşqlərdə də ən sərrast oyunçulardan biridir. Sadəcə ola bilər ki, o mövqe onun üçün bir o qədər də uyğun deyil. Duruma görə belə addım atdıq. Sabah üçün yenə götür-qoy edirik. Amma ümumi götürsək, oyunçular arasında fiziki cəhətdən ən hazırlıqlı odur. Sefas da var, o mövqedə oynaya bilər. Sabah hansısa rotasiyalar edəcəyik. Buna baxmayaraq, Kaşuk bir neçə qol epizoduna girdi, sadəcə istifadə edə bilmədi. Fikrimizi yayındıracaq halda deyilik".

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Baku
AZ1074