01/09/2017
Qurban Bayramınız Mübarək !
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Əlincə Futbol Klubu, Sports Club, Abşeron Rayonu, Masazır Kənd, Qurtuluş 93 yaşayış kompleksi, Baku.
01/09/2017
Qurban Bayramınız Mübarək !
13/06/2017
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş çempionatın final görüşündə Əlincə idman klubu ilə Zəngilan polis şöbəsi qarşı-qarşıya gəlib. "Əlincə Arena"da keçirilən görüşün əsas vaxtı 3-3 bərabərliklə bitib. Qalib komanda isə penaltılarla müəyyənləşib:
Əlincə idman klubu 4:5 Zəngilan polis şöbəsi
28/05/2017
28 May Respublika Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirik!
04/04/2017
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən 14 yaşadək (U-14) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının XIX turuna yekun vurulub. Final mərhələsinə vəsiqəni bir neçə tur öncədən təmin etmiş futbolçularımızın rəqibi "Qəbələ" klubu olub.
Cəfər Hüseynovun yetirmələri matçın gedişində hesabda öndə olsalar da, sona qədər üstünlüklərini qoruyub saxlaya bilməyiblər - 1:1.
(U-14): "Qəbələ" - "Əlincə" 1:1 - VİDEO (U-14): "Qəbələ" - "Əlincə" 1:1 - VİDEO
04/04/2017
AFFA-nın təşkilatçılığı ilə keçirilən 10 yaşadək futbolçuların yarışında (U-10 Liqası) XXII tura yekun vurulub. Final mərhələsinə vəsiqəni təmin etmiş balacalarımız "Neftçi"li həmyaşıdları ilə qarşılaşıblar.
"Ağ-narıncılar" matçın gedişində hesabda geridə olsalar da, Bayram Həsənli və Murad Musazadənin qolları sayəsində əzmkar qələbə qazanıblar - 2:1.
(U-10) : "Əlincə" "Neftçi" üzərində əzmkar qələbə qazandı (U-10) : "Əlincə" "Neftçi" üzərində əzmkar qələbə qazandı
28/03/2017
“Əlincə”nin U-10 komandanın baş məşqçisi İlkin Hacıyev artıq Masazır əhalisində futbola marağın artmağa başlamasının səbəbini klubunun uşaq futbolunun inkişafında apardığı düzgün siyasətinin nəticəsi olduğunu bildirib:
"Bu gün "Əlincə" klubunda uşaq futboluna o qədər yüksək səviyyədə diqqət göstərilir ki, bunun nəticəsi kimi artıq Masazır əhalisinin də futbola olan marağı daha da artıb. Bu da klub rəhbərliyinin uşaq futboluna olan böyük qayğısının nəticəsidi və biz məşqçilər də bu məsuliyyəti dərk edirik. Valideynlər də bu qayğını, diqqəti gördükləri üçün öz övladlarını bizə həvalə edirlər.
2014-cü ilin aprel ayından bu yaş qrupu mənə həvalə olunub. İldən-ilə uşaqların sayı daha da artıb və istedadlı uşaqlar seçilərək ayrı bir qrup şəklində məşqlərə cəlb olunub. Ötən ildən klub tərəfindən mənə göstəriş verildi ki, U-10 Liqasına komanda çıxarılacaq. Bundan sonra bu yaş qrupuna daha da diqqət göstərildi. Artıq göstərilən diqqət öz töhvəsini verməkdədi. Elə bu fürsətdən istifadə edərək mənə göstərdikləri etimada görə klub rəhbərləri - fəxri prezidentimiz Hacı Məhərrəm Novruzova, prezidentimiz Elşad Kəlbəliyevə və icraçı direktorumuz Ceyhun Abbasova öz təşəkkürümü bildirirəm. İlk 2 dövrədən sonra komandamız 17 komanda arasında 3-cü pillədə qərarlaşıb. Artıq final mərhələsinə də vəsiqəni təmin etmişik. Oyun baxımından da günü-gündən uşaqlar artım hiss olunur. Bunu məşqçi həmkarlarımdan eşitmək, bir daha həm biz məşqçilərin, həm də klub siyasətinin düzgünlüyündən xəbər verir".
sportmedia.az / Masazırdan Sportmedia.az-ın reportajı (LAYİHƏ)
26/03/2017
U-14 Liqasında XVIII turun oyunları keçirilib. Cəfər Hüseynovun yetirmələri "Vətən" klubu ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən matçda tərəflər hərəyə bir dəfə fərqləniblər -1:1.
Komandamızın heyətində Teymur Kərimov fərqlənib.
14 yaşlılarımızdan qollu heç-heçə - VİDEO | Elince FC 14 yaşlılarımızdan qollu heç-heçə - VİDEO | Elince FC
23/03/2017
"Əlincə" - U-12 (Azərbaycan) - "Saburtalo" - U-12 (Gürcüstan) - Yoldaşlıq görüşü
23/03/2017
U-12 komandamız ölkəmizdə təlim-məşq toplanışında olan Gürcüstanın "Saburtalo" klubunun U-12 komandası ilə yoldaşlıq görüşü keçirib.
Komandamızın təlim-məşq bazasında keçirilən oyun 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Sonda hər iki komandanın üzvləri xatirə şəklii çəkdiriblər.
(U-12) : "Əlincə"miz Gürcüstanın "Saburtalo" klubu ilə yoldaşlıq görüşü keçirib - FOTOLAR U-12 komandamız ölkəmizdə təlim-məşq toplanışında olan Gürcüstanın "Saburtalo" klubunun U-12 komandası ilə yoldaşlıq görüşü keçirib. Komandamızın təlim-məşq bazasında keçirilən oyun 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
23/03/2017
Kişilərdən ibarət voleybol komandamız həvəskarlar arasında keçirilən voleybol turnirindəki çıxışını başa vurub.
Voleybolçularımız 3-cü yer uğrunda "Şərur" klubu ilə qarşılaşmalı olsalar da, rəqib komanda oyuna gəlməkdən imtina edib və komandamız qalib elan olunub. Voleybolçularımıza Azərbaycan Voleybol Federasiyası tərəfindən kubok və diplomlar təqdim olunub.
Voleybolçularımız "Həvəskarlar Kuboku"nun bürünc medallarını qazandılar - FOTOLAR Voleybolçularımız "Həvəskarlar Kuboku"nun bürünc medallarını qazandılar - FOTOLAR
16/03/2017
10 yaşlılardan ibarət komandamız U-10 Liqasında növbəti oyununu keçirib.
İlkin Hacızadənin rəhbərlik etdiyi komanda "Leon"la qarşı-qarşıya gəlib. Əli Cəbiyev, Bayram Həsənli və Ramal Məmmədovun qolları sayəsində "Əlincə"miz rəqibini 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, komandamız 42 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
(U-10) : "Əlincə" - "Leon" 3:1 (U-10) : "Əlincə" - "Leon" 3:1
14/03/2017
14 yaşlılardan ibarət komandamız U-14 Liqasında növbəti oyununu keçirib.
Cəfər Hüseynovun rəhbərlik etdiyi komanda liqanın hazırki lideri "Neftçi" ilə qarşı-qarşıya gəlib. Vüsal Əliyevin vurduğu qollar "Əlincə"mizə 2:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, komandamız 33 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Komandamız "Neftçi" üzərində inamlı qələbə qazanıb - VİDEO Komandamız "Neftçi" üzərində inamlı qələbə qazanıb - VİDEO