20/08/2025
📌 Juveyə transfer olunması ehtimalı olan futbolçular. Hər 3 futbolçu ilə şəxsi razılıq əldə olunub, qalıb klubları ilə razılıq əldə etmək.
- PSG 55 mln avro istəyir. Juve icarə +35 mln təklif edir.
- Atletiko Nico ilə dəyişikliyi qəbul edir amma üstündə pul istəyir.
- Lill isə 25 mln istəyir Juve 20 təklif edir.
11/08/2025
Sunderland Lloyd Kelly üçün Juventusdan qiymət soruşub, Juve €18/20m istəyib. Lloyd Kelly satışı Randal Kolo Muani transferində açar rol oynayacaq. Belə ki, Juve artıq PSG ilə transferdə razılığa gəlib 30 mln avro + bonuslar . Kolo Muani israrla Juveyə qayıtmaq istəyir , klubundan xahiş edib onu satsınlar .
Bundan əlavə Nico da satılarsa Sanço alınacaq .Hər şey satışlardan ibarətdir .
Görək bizim "ağıllı -qoçaq" Comollimiz nəyə qadirdir! )))
Mənbə: Gazzetta Dello Sport
10/04/2025
📌Cristiano Giuntolinin transfer siyahısında ən başda olan 3 futbolçu :
Mərkəz müdafiəçisi : Pietro Comuzzo 🇮🇹
Y/m : Sandro Tonali 🇮🇹
Striker: Victor Osimhen 🇳🇬
📌Hər 3 futbolçunun agentləri və klubları ilə danışıqlar gedir.
✍️ Gazzetta Dello Sport
04/02/2025
🚨‼️ RƏSMİ - Nicolo Fagioli Fiorentinaya transfer olundu. Keçidin detalları ⬇️
2.5M€ icarə + 0.2M€ bonus
13.5M€ satınalma məbləği
2.5M€ sonrakı çıxışa görə bonuslar.
Toplamda : 18.7M€ ✅️
02/02/2025
📌Rəsmi :
🚨👀 Lloyd Kelly Nyukasldan Juventusa transfer olundu. Keçidin detalları: ⬇️
● 3M€ +icarə .
● 14M€ məcburi satınalma bəndi .
● 3M€ bonuslar.
P. S: 26 yaşı var, mərkəz müdafiəçisidir, ingilisdir. Maraqlı məqam odur ki, Nyukasl klubuna məhz bu yay azad agent kimi Bournmoth klubundan keçmişdi. Nyukaslda start heyyətin futbolçusu deyildi. Bu sezon 14 oyunda meydana çıxıb, 1 qol assisti var. 1.9 boyundadır, solaxaydır.
13/01/2025
🚨 JUVE Vitoria Gimaraynş klubundan sağ cinah müdafiəçisi Alberto Costanın transferin bitirmək üzərədir. Bu həftə rəsmi elan olunacaq. Bu transfer Juveyə 12 milyon avroya başa gələcək.
11/01/2025
Ənənəvi hesab 😡 Nə deyək, zaman göstərəcək bunun axırı necə olacaq.
17/12/2024
🚨İtaliya kubokuna inamlı qələbə ilə start verdik. Nico Gonzalezin qolu isə kooonfet idi lap 😉🔥💣
Conseçao isə konkret hücumda 1 nömrəli silahımızdır. Forza Juve ⚫⚪Görək ardı gələcəkmi...
📌Bu qələbə ilə 1/4 finala çıxdıq. Orda isə rəqibimiz Empoli klubu olacaq. 5 fevralda baş tutacaq bu oyun. Öz meydanımızda olacaq.
13/12/2024
Dusan Vlahovic 2024-cü il başlayandan Serie A futbolçuları içərisində ən çox qol vura bilən futbolçudur. Bura bütün turnirlər daxildir
11/12/2024
🚨Motta bu dəfə sınaqdan üzü ağ çıxdı. City heç da yaxşı günlərini yaşamır, doğrudur, amma bun Juvenin qələbəsinə kölgə sala bilməz! Juvenin də zədəlisi çoxdur, ona görə bu qələbə qara zolaqdan çıxmaq üçün əla şans ola bilər. Komandanın özünə inamı qayıtmalıdır. Daha yaradıcı, sürətli və dəqiq oynasalar istənilən rəqibə qalib gələ bilər. Heyyətdə fərq yarada biləcək futbolçular var. Sadəcə onlardan yerində və zamanında istifadə etmək lazımdır. Mottanın öz sözləri ilə desək bizim işimiz sadə oynamaqdır, bunu bacarsaq qələbələr gələcək. FORZA JUVE⚪⚫😍