Bakı Şəhər Gənclər və İdman İdarəsi

Bakı Şəhər Gənclər və İdman İdarəsi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı Şəhər Gənclər və İdman İdarəsi, Adil Babayev 5, Baku.

Photos from Bakı Şəhər Gənclər və İdman İdarəsi's post 09/07/2026

08 iyul 2026-cı il tarixində Suraxanı Gənclər evində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Suraxanı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Tərəqqi yolunun başlanğıcı” adlı rəsm sərgisi keçirilmişdir.

Tədbirdə Suraxanı rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Suraxanı Gənclər evinin kollektivi və rayon gəncləri iştirak etmişlər.

Sərgidə nümayiş etdirilən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbir çərçivəsində Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın keçdiyi inkişaf yolu, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, müstəqillik illərində bu siyasi kursun uğurla davam etdirilməsi barədə ətraflı məlumat verilmişdir.

Sonda mövzu ətrafında gənclərlə fikir mübadiləsi aparılmış, onların sualları cavablandırılmış və diskussiya təşkil edilmişdir.

Photos from Bakı Şəhər Gənclər və İdman İdarəsi's post 08/07/2026

08 iyul 2026-cı il tarixində Pirallahı Gənclər evində “Bakı 2026 – Dünya İdman Paytaxtı” çərçivəsində Pirallahı rayonunun ahıl sakinləri arasında nərd üzrə turnir keçirilmişdir.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Pirallahı rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, təşkilat komitəsinin nümayəndələri və rayonun ahıl sakinləri iştirak etmişlər. Turnirin keçirilməsində əsas məqsəd ahıllar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği olmuşdur.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qalib iştirakçılar Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunmuş, daha sonra xatirə şəkli çəkdirilmişdir.

Photos from Bakı Şəhər Gənclər və İdman İdarəsi's post 08/07/2026

08 iyul 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Azfar” MMC-nin stadionunda Bakı 2026 – Dünyanın İdman Paytaxtı seçilməsi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində uşaqlar üçün minifutbol idman növü üzrə ustad dərsləri təşkil olunmuşdur.

Tədbir 244 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, futbol üzrə təcrübəli məşqçi Kamran Rəsulovun bilavasitə dəstəyi ilə keçirilmişdir. Ustad dərslərinin əsas məqsədi uşaqlarda oyun idman növlərinə marağın artırılması, sağlam həyat tərzinin təbliği və onların müntəzəm idman məşğələlərinə cəlb olunması olmuşdur.

Ustad dərsləri iştirakçılar və onların valideynləri tərəfindən böyük maraqla qarşılanmış, yüksək fəallıq şəraitində keçmişdir. Qeyd edək ki, tədbirin 2026-cı il FIFA Dünya Kuboku günlərində təşkil edilməsi də iştirakçılar arasında xüsusi maraq doğurmuşdur.

Photos from Bakı Şəhər Gənclər və İdman İdarəsi's post 07/07/2026

6–9 iyul 2026-cı il tarixlərində Türkiyənin Trabzon şəhərində keçirilən “Trabzon futbol məktəbləri turniri 2026” beynəlxalq turnirində Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə ölkəmizi təmsil edən Ulduz FA-nın U-12 komandası növbəti oyunlarını keçirib.

Komandamız turnirin ilk oyununda Türkiyənin Elazığ təmsilçisi üzərində 5:2 hesablı inamlı qələbə qazanaraq yarışa uğurlu start verib.

İkinci qarşılaşmada Ulduz FA Türkiyənin Gölcük komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda komandamız 0:1 hesabı ilə məğlub olub.

Növbəti oyununda isə Ulduz FA Türkiyənin Samandra komandası üzərində 5:2 hesablı əzmkar qələbə qazanaraq turnirdə ikinci qələbəsini əldə edib.

Photos from Bakı Şəhər Gənclər və İdman İdarəsi's post 07/07/2026

07 iyul 2026-cı il tarixində Azərbaycan Autizm Assosiasiyasında Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektorunun, Kəndirlə Mübarizə İdmanı İctimai Birliyi və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə autizmli uşaqlar və yeniyetmələr arasında kəndirlə mübarizə idman növü üzrə turnir keçirilmişdir.

Turnirin keçirilməsində əsas məqsəd autizmli uşaqların idmana marağının artırılması, onların fiziki inkişafının dəstəklənməsi, cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği olmuşdur.

Sonda turnirin qalibləri və fərqlənən iştirakçıları Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlarla, Garmin brendinin Azərbaycandakı rəsmi nümayəndəliyi tərəfindən müxtəlif hədiyyələrlə, Kəndirlə Mübarizə İdmanı İctimai Birliyi tərəfindən isə kuboklarla təltif olunmuşdur. Bununla yanaşı, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.

07/07/2026

7 iyul- Dünya Voleybol Günüdür.

Photos from Bakı Şəhər Gənclər və İdman İdarəsi's post 06/07/2026

04 iyul 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə gənclər və idman sektorunun və Blue Mall Ticarət və Biznes Mərkəzinin birgə təşkilatçılığı ilə gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, estetik zövqünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə şam hazırlığı üzrə masterklass təşkil olunub.

Masterklass rəssam Məryəm Qəmbərovanın rəhbərliyi ilə keçirilib. Tədbir zamanı iştirakçılar şam hazırlanmasının incəlikləri ilə tanış olub, yaradıcılıq prosesində fəal iştirak edərək əl bacarıqlarını nümayiş etdiriblər.

Masterklass, eyni zamanda gənclər arasında səmərəli ünsiyyət mühitinin formalaşmasına və yaradıcılıq bacarıqlarının inkişafına töhfə verib.

05/07/2026

5 iyul 2026-cı il tarixində Suraxanı rayonu Heydər Əliyev adına parkda Bakı Şəhər Gənclər və İdman İdarəsinin Suraxanı rayonu üzrə gənclər və idman sektorunun, “İgid” və “Jaquar” kikboksinq klublarının birgə təşkilatçılığı ilə Bakı 2026 – Dünyanın İdman Paytaxtı seçilməsi ilə əlaqədar olaraq “Səhər idmanı” keçirilib.

Səhər məşqi “Jaquar” klubunun baş məşqçisi Soltan Alidarov tərəfindən aparılıb.

İştirakçılar Soltan Alidarovun rəhbərliyi altında müxtəlif idman və fiziki hərəkətləri yerinə yetiriblər.

Tədbirin keçirilməsində başlıca məqsəd yeniyetmə və gənclərin fiziki hazırlığının möhkəmləndirilməsi, şəhər sakinləri arasında sağlam həyat tərzinin təbliği olub.

Photos from Bakı Şəhər Gənclər və İdman İdarəsi's post 05/07/2026

5 iyul 2026-cı il tarixində Suraxanı rayonu Heydər Əliyev adına parkda Bakı Şəhər Gənclər və İdman İdarəsinin Suraxanı rayonu üzrə gənclər və idman sektorunun, “İgid” və “Jaquar” kikboksinq klublarının birgə təşkilatçılığı ilə Bakı 2026 – Dünyanın İdman Paytaxtı seçilməsi ilə əlaqədar olaraq “Səhər idmanı” keçirilib.

Səhər məşqi “Jaquar” klubunun baş məşqçisi Soltan Alidarov tərəfindən aparılıb.

İştirakçılar Soltan Alidarovun rəhbərliyi altında müxtəlif idman və fiziki hərəkətləri yerinə yetiriblər.

Tədbirin keçirilməsində başlıca məqsəd yeniyetmə və gənclərin fiziki hazırlığının möhkəmləndirilməsi, şəhər sakinləri arasında sağlam həyat tərzinin təbliği olub.

05/07/2026

5 iyul - Dünya Badminton Günüdür.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Adil Babayev 5
Baku