Azərbaycan Respublikası Qələbə Ağır Atletika və Paralimpiya İdman Klubu

Azərbaycan Respublikası Qələbə Ağır Atletika və Paralimpiya İdman Klubu

Share

Qələbə Ağır Atletika İdman Klubu

22/07/2022

22 iyul Milli Mətbuat günüdür!
Bütün mətbuat orqanlarını təbrik edirik!

08/07/2022

Qurban bayramı münasibətilə Sizləri səmimi qəlbdən təbrik edirik, Allahdan kəsilən Qurbanlarınızın və edilən Dualarınızın Qəbul olunmasını diləyirik!
Müqəddəs Qurban Bayramınız Mübarək!

06/07/2022

Bu gün Gənclər və İdman Nazirinin müavini Mariana xanımın doğum günüdür!
"Qələbə" Ağır Atletika İdman Klubu kollektivi adından Mariana xanımı təbrik edir, idari fəaliyyətində uğurlar arzulayırıq!
Doğum Gününüz Mübarək! 🌹

07/06/2022

"Qələbə" İdman Festivalına həsr olunmuş Press Konfrans....
06.06.2022, Bakı İdman Sarayı


06/06/2022

Bu gün Bakı İdman Sarayında 18-19 iyun 2022-ci il tarixdə keçiriləcək "Qələbə" İdman Festivalına həsr olunmuş "Press Konferans" keçirilib.
Konfransda Festivalın layihə rəhbəri, "Qələbə" Ağır Atletika İdman Klubunun və lNBA Qlobal Azərbaycan birliyinin prezidenti Elnur Şıxəliyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi Seymur Qurbanov, Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev, "Makkabi Azərbaycan" Mədəni - İdman İctimai Birliyinin prezidenti Aleksandr Mardvinkin və Hakimlər Kollegiyasının sədri Fərhad Ocaqverdiyev iştirak ediblər.Layihə rəhbəri Elnur Şıxəliyev festivalın mahiyyəti barədə məlumat verib.O, bildiridi ki, Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qəhrəman oğularımız düşmən üzərində qələbə qazanaraq tarix yazdılar.
Bizdə təşkilat komitəsi olaraq "Qələbə" İdman Festivalını vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr etməyi qərara aldıq. Qələbəni bizə bəxt edən Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevə və qəhrəman oğullarımıza təşəkkür edirik, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Festivalın məqsədi sağlam həyat tərzini, kütləvi bədən tərbiyəsi və idman təbliğ etmək,idmançılar arasında sağlam rəqabəti təmin etmək, idmanda zorakılığa qarşı mübarizə aparmaqdır. Festivalın layihə rəhbəri qeyd etdi ki, biletlərdən əldə edilən gəlirlər Yaşat Fonduna ianə olunacaq. Daha sonra Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov Festivalda iştirak edəcək idmançılara uğurlar arzuladı və bu cür festivalların ölkəmizdə keçirilməsinin kütləvi bədən tərbiyəsi və idmanın təbliği üçün əhəmiyyətli olduğunu bildirdi. Sonra Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi Seymur Qurbanov, Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev, Hakimlər kollegiyasının sədri Fərhad Ocaqverdiyev və "Makkabi Azərbaycan" mədəni-idman ictimai birliyinin prezidenti Aleksandr Mardvinkin festivalın proqramına daxil olan idman növləri və yarış qaydaları haqqında verilən sualları cavablandırıblar.
Bütün idmançılara Təşkilat Komitəsi adından uğurlar arzulayırıq!

02/06/2022

16 iyun 2022 - ci il tarixdə Türkiyə "Halat Çekme" Federasiyasının, "Tug of War" Azərbaycan birliyinin təşkilatçılığı və "OCEP" layihəsinin dəstəyi ilə 189-190 nömrəli tam orta məktəbin konfrans zalında kəndirlə mübarizə idman növü üzrə "Tug of War" Seminar keçiriləcək.
Seminarda Türkiyə "Halat Çekme" Federasiyasının prezidenti cənab Eray Aldemir və baş katib cənab Recep Yurtsever iştirak edəcəklər.
Həmçinin qardaş ölkənin "Halat Çekme" Federasiyasının prezidenti və baş katibi 18-19 iyun 2022-ci il tarixdə Bakı İdman Sarayında keçiriləcək "Qələbə" İdman Festivalında Fəxri qonaq olaraq iştirak edəcəklər!
Dəstəyə görə qardaş ölkə Federasiyasının rəhbərliyinə Təşəkkür Edirik!

31/05/2022

06 iyun 2022 - ci il tarixdə, saat 11:00- da Bakı İdman Sarayının konfrans zalında "Qələbə" İdman Festivalına həsr olunmuş Mətbuat orqanları üçün açıq "PRESS KONFRANS" təşkil olunacaq. Konfransda Gənclər və İdman Nazirliyinin nümayəndələri, "Qələbə" İdman Festivalının təşkilat komitəsinin üzvləri, hakimlər və məşqçilər iştirak edəcəklər.
Konfransa bütün mətbuat orqanları dəvətlidir!
Dəstəyə görə bütün mətbuat orqanlarına təşəkkür edirik!

azerbaijan
az




26/05/2022

Photos from Azərbaycan Respublikası Qələbə Ağır Atletika və Paralimpiya İdman Klubu's post 26/05/2022

25 may 2022-ci il tarixdə Avropa Kəndirlə Mübarizə Federasiyasının Azərbaycan nümayəndəliyinin və “Qələbə” Ağır Atletika İdman Klubunun təşkilatçılığı, Şuşa rayon Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyasının Şuşa rayon Təşkilatının dəstəyi ilə 7 saylı Şuşa rayon tam orta məktəbin idman zalında, “Müstəqilik Günü” - nə həsr olunmuş kəndirlə mübarizə idman növü üzrə Şuşa rayon məktəblərarası birincilik keçirilmişdir.
Əvvəlcə Avropa Kəndirlə Mübarizə Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, beynəlxalq dərəcəli idman ustası Elnur Şıxəliyev yarışın məqsədi haqqında ətraflı məlumat verdi.
O bildirdi ki, ölkəmizdə kəndirlə mübarizə idman növünun təbliğinə üç aydır başlamışıq,buna baxmayaraq qısa zaman ərzində iki məktəblərarası birincilik təşkil etmişik. Həmçinin kəndirlə mübarizə idman növü Gənclər və İdman Nazirliyi tərəfindən, 18-19 iyun tarixlərində Bakı İdman Sarayında keçiriləcək “Qələbə” İdman Festivalının əsasnaməsinə daxil edilib.Sentyabr ayında kəndirlə mübarizə idman növü üzrə Respublika Çempionatı keçirməyi planlaşdırırıq.
Məqsədimiz yeniyetmə və gənclərimizi idmana cəlb edərək, onları piş vərdişlərdən uzaq tutmaq və kəndirlə mübarizə idman növünü kütləviləşdirməkdir.
Daha sonra Avropa Kəndirlə Mübarizə Federasiyasının Azərbaycan nümayəndəliyinin baş katıbi və hakimi Mahir Talıbov yarışın qaydaları haqqında məşqçilərə və idmançılara ətraflı məlumat verdi.O, bildirdiki yarışda 10 məktəbdən 16 komanda birincilik uğrunda mübarizə qatılıb. Ümumilikdə 120 şagird birincilikdə mübarizə aparır.Sonra Avropa Kəndirlə Mübarizə Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri birinciliyi açıq elan etdi.
Qızların mübarizəsində
7 nömrəli məktəbin “Dəmir Yumruq” komandası 1 -ci,
Malıbəyli kənd 1 nömrəli məktəbin “Qızıl Qaya" komandası 2-ci,
Şuşa şəhər 1 nömrəli məktəbin “Böyük Kirs” komandası 3-cü yerə layıq görüldülər.
Oğlanların mübarizəsində
Malıbəyli kənd 1 nömrəli məktəbin “Qızıl Qaya" komandası 1-ci,
Xankəndi 4 nömrəli orta məktəbin “Xankəndi” komandası 2-ci,
Şuşa rayon 6 nömrəli məktəbin “Zəfər” komandası 3-cü yerə layıq görüldülər.

14/05/2022

18.05.2022- ci il tarixdə Azərbaycan Milli Antidopinq Agentliyinin və lNBA Qlobal Azərbaycan birliyinin təşkilatçılığı ilə "Royal" Otelin Konfrans Zalında "Qələbə" İdman Festivalı və Natural Bodibildinq və Fitnes üzrə İtaliyanın Florensiya şəhərində keçiriləcək Dünya Çempionatı öncəsi Hakimlər, Məşqçilər və Atletlər üçün Seminar keçiriləcək.
Məqsəd idmançıları istifadəsi qadağan olunmuş dərman preparatlarından uzaq tutmaq, idmanda sağlam rəqabəti təmin etmək və idmanda zorakılığa qarşı mübarizə aparmaqdır.
Dəstəyə görə Milli Antidopinq Agentliyinin rəhbərliyinə və kollektivinə Təşəkkür Edirik!

azerbaijan



01/05/2022

Bayramınız Mübarək!
Allah dualarınızı qəbul etsin! Amin!

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Baku
AZ1052

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00