17/06/2026
Dünya məktəbi və NextGen Sports Academy-nin birgə təşkilatçılığı ilə uşaqların sağlam inkişafı və düzgün qidalanmasına həsr olunmuş maarifləndirici görüş keçirilib.
Görüşün qonağı Qəbələ Futbol Akademiyasının və Futbol Klubunun tibb departamentinin rəhbəri İlkin İslamov olub. Tədbir zamanı uşaqların fiziki inkişafı, sağlam qidalanma vərdişlərinin formalaşdırılması, aktiv həyat tərzinin əhəmiyyəti və idmanın bu prosesdəki rolu haqqında iştirakçılarla faydalı məlumatlar bölüşülüb, onları maraqlandıran suallar cavablandırılıb.
Bu cür görüşlər şagirdlərin sağlam həyat tərzi ilə bağlı məlumatlılığının artırılmasına və düzgün vərdişlərin formalaşdırılmasına töhfə verir.
11/06/2026
Sağlam inkişaf və düzgün qidalanma mövzusunda maarifləndirici görüş
Dünya məktəbi və NextGen Sports Academy-nin birgə təşkilatçılığı ilə uşaqların sağlam inkişafı və düzgün qidalanmasına həsr olunmuş görüş keçiriləcək.
Tədbirin qonağı Qəbələ Futbol Akademiyasının və Futbol Klubunun tibb departamentinin rəhbəri İlkin İslamov olacaq. Görüş zamanı uşaqların fiziki inkişafı, düzgün qidalanma vərdişləri, sağlam həyat tərzinin formalaşdırılması və idmanın bu prosesdəki rolu haqqında faydalı məlumatlar paylaşılacaq.
📅 12 iyun
🕐 13:00
📍 Dünya məktəbi

📍 Dünya Məktəbi
30/05/2026
⚽ NextGen Sports Academy ödənişsiz açıq dərslərə dəvət edir!
Peşəkar məşqçilərin rəhbərliyi altında keçiriləcək açıq dərslərdə uşaqlar futbol bacarıqlarını inkişaf etdirmək və məşq prosesini yaxından tanımaq imkanı əldə edəcəklər.
📍 Gəncə Dünya məktəbi
• I–III günlər — 2017–2020 təvəllüdlü uşaqlar
• II–IV günlər — 2013–2016 təvəllüdlü uşaqlar
📍 Sumqayıt Dünya məktəbi
• I–III günlər — 2017–2020 təvəllüdlü uşaqlar
• II–IV günlər — 2013–2016 təvəllüdlü uşaqlar
26/05/2026
Görkəmli pedaqoq, xeyriyyəçi və Dünya məktəbinin həmtəsisçisi Nailəxanım İsayevanın əziz xatirəsinə həsr olunmuş “DUNYA CUP” futbol turniri yekunlaşıb.
Turnir boyunca müxtəlif məktəb və futbol akademiyalarını təmsil edən komandalar yaşıl meydanda maraqlı və gərgin mübarizə aparıblar. Final qarşılaşmasında isə Dünya IB məktəbi ilə Dünya məktəbinin Nərimanov korpusunun komandaları üz-üzə gəlib.
Turnirin qalibi olan Dünya IB məktəbinə kubok isə “Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin direktoru Aygun İsayeva Gardiner tərəfindən təqdim olunub.
26/05/2026
Görkəmli pedaqoq, xeyriyyəçi və Dünya məktəbinin həmtəsisçisi Nailəxanım İsayevanın əziz xatirəsinə həsr olunmuş “DUNYA CUP” futbol turniri yekunlaşıb.
Turnir boyunca müxtəlif məktəb və futbol akademiyalarını təmsil edən komandalar yaşıl meydanda maraqlı və gərgin mübarizə aparıblar. Final qarşılaşmasında isə Dünya IB məktəbi ilə Dünya məktəbinin Nərimanov korpusunun komandaları üz-üzə gəlib. Gərgin keçən oyunun nəticəsində Dünya IB məktəbi turnirin qalibi olub.
Medalların və kubokların təqdimat mərasimində Qarabağ Futbol Klubunun Futbol Akademiyasının meneceri Nail Kərimov, Məşqçilərin Maarifləndirmə Şöbəsinin rəhbəri Aslan Kərimov, “Kirpi Tekstil” və “Djevo Sport”un direktoru Cavid Salayev iştirak ediblər.
Turnir çərçivəsində fərqlənən oyunçular xüsusi kuboklarla təltif olunublar:
• Ən yaxşı oyunçu – Firuddin Dadaşov (Dünya Məktəbi, Nərimanov filialı)
• Ən məhsuldar oyunçu – Zeyd Əliyev (Dünya IB Məktəbi)
• Ən yaxşı qapıçı – Raul Qaziyev (Hədəf Liseyi). Kubok Hədəf Liseyinin məşqçisinə təqdim olunub.
26/05/2026
Görkəmli pedaqoq, xeyriyyəçi və Dünya məktəbinin həmtəsisçisi Nailəxanım İsayevanın əziz xatirəsinə həsr olunmuş “DUNYA CUP” futbol turniri yekunlaşıb.
Turnir boyunca müxtəlif məktəb və futbol akademiyalarını təmsil edən komandalar yaşıl meydanda maraqlı və gərgin mübarizə aparıblar. Final qarşılaşmasında isə Dünya IB Məktəbi ilə Dünya Məktəbinin Nərimanov korpusunun komandaları üz-üzə gəlib.
Gərgin oyun anlarını, emosional qarşılaşmaları və turnirdən maraqlı fotoşəkilləri sizə təqdim edirik.
26/05/2026
Görkəmli pedaqoq, xeyriyyəçi və Dünya məktəbinin həmtəsisçisi Nailəxanım İsayevanın əziz xatirəsinə həsr olunmuş “DUNYA CUP” futbol turniri yekunlaşıb.
Turnir boyunca müxtəlif məktəb və futbol akademiyalarını təmsil edən komandalar yaşıl meydanda maraqlı və gərgin mübarizə aparıblar. Final qarşılaşmasında isə Dünya IB Məktəbi ilə Dünya Məktəbinin Nərimanov korpusunun komandaları üz-üzə gəlib.
Gərgin oyun anlarını və turnirdən maraqlı fotoşəkilləri sizə təqdim edirik.