Azərbaycan Üzgüçülük Federasiyasi / Azerbaijan Swimming Federation - ASF

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Üzgüçülük Federasiyasi / Azerbaijan Swimming Federation - ASF

Azərbaycan Üzgüçülük Federasiyasi / Azerbaijan Swimming Federation - ASF Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Üzgüçülük Federasiyasi / Azerbaijan Swimming Federation - ASF, Sports, 29 Gurban Abbasov st. Bayil Plaza, Baku.

01/09/2026

🇦🇿 "Aquatic Palace Mini Water Polo Festival"ın yadda qalan anları! 🏆

🤽 "Aquatic Palace Mini Water Polo Festival" keçirilib! 🇦🇿 Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı S...
31/08/2026

🤽 "Aquatic Palace Mini Water Polo Festival" keçirilib!

🇦🇿 Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında keçirilmiş turnirdə 10 komanda (4 böyük və 6 yeniyetmə) iştirak edərək, maraqlı və gərgin mübarizə, yüksək əhval-ruhiyyə və əsl idman ruhu nümayiş etdirdi 🤝

Yarışdan sonra bütün iştirakçılar sertifikatlarla, qaliblər isə medal 🥇🥈🥉 və diplomlarla təltif olundular.

🏅Mükafatlandırma mərasimində ASF-nin baş katibi Oqtay Atayev, Su İdmanı Sarayının direktoru Əjdər Abbasov və su polosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qoran Sabliç iştirak etdilər.

Yeniyetmələr arasında qalib olmuş komandalar:

🥇 Sharks 🦈
🥈 Sea Lions 🦭
🥉 Dolphins 🐬

Böyüklər arasında qalib olmuş komandalar:

🥇 Eagles 🪶
🥈 Panthers 🐆
🥉 Wolves 🐺

27/08/2026

🏊‍♀️ Suda hər məşq bir addım, hər addım yeni bir uğurdur!

8 yaşlı bədii üzgüçü Məryəm Əzimzadə məşqləri, suya olan sevgisi və qazandığı təəssüratları bölüşür 🌊

Balaca idmançıya bol-bol uğurlar! 💪🏆

🇦🇿 Üzgüçülük üzrə Azərbaycan milli komandasının yeni üzvü – Timur Nikiforov.🏊‍♂️ “Ganja Cup 2026” yarışında sərbəst üsul...
26/08/2026

🇦🇿 Üzgüçülük üzrə Azərbaycan milli komandasının yeni üzvü – Timur Nikiforov.

🏊‍♂️ “Ganja Cup 2026” yarışında sərbəst üsul ilə 1500 metr məsafədə gümüş medal qazanmış idmançı WA balını 554-ə çatdırıb və beləliklə o, yığmaya (U-18) dəvət alıb.

👏 Uğurlar, Timur. Milli Komanda formasında daha böyük qələbələrə doğru!

Möhkəm elmi-hüquqi bazaya əsaslanan institusional inkişaf Azərbaycan Üzgüçülük Federasiyasının prioritet istiqamətlərind...
25/08/2026

Möhkəm elmi-hüquqi bazaya əsaslanan institusional inkişaf Azərbaycan Üzgüçülük Federasiyasının prioritet istiqamətlərindən biri olaraq qalır.

ASF-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi proqramının dəstəyi ilə üzgüçülük təhsili və yerli mütəxəssislərin hazırlanmasına dair bir sıra istiqamətlərin inkişaf etdirilməsi məqsədilə Boro Ştrumbel əməkdaşlığa cəlb olunub 🤝

🏊‍♂️ 2019-2024-cü illərdə Sloveniya Üzgüçülük Assosiasiyasına rəhbərlik etmiş təcrübəli mütəxəssisin kurasiyası ilə aşağıdakı fəaliyyət sahələri üzrə iş aparılacaq:

🔹 məşqçilərin və hakimlərin sertifikasiyası və lisenziyalaşdırılması
🔹 Azərbaycan İdman Akademiyasına qəbul və tədris prosesi
🔹 “Üzməyi Öyrənək” layihəsi.

Qeyd edək ki, Boro Ştrumbel Lyublyana Universitetinin idman fakültəsinin dosentidir. O, idman elmi, idman diaqnostikası, suda təhlükəsizlik və məşqçi hazırlığı sahələrində geniş təcrübəyə malikdir.

Avropa Su İdmanı Federasiyasının (European Aquatics) “Üzməyi Öyrənək” Komissiyasının sədri və həmsədri kimi fəaliyyət göstərmiş Ştrumbel hazırda Sosial Məsuliyyət Komissiyasına rəhbərlik edir.

Beynəlxalq ekspert təcrübəsinin Azərbaycan üzgüçülüyünə cəlb olunması mütəxəssis hazırlığı sisteminin və bu idman növünün gələcək inkişafı naminə mühüm addımlardan biridir.

21/08/2026

2023-cü ildə Berlində keçirilmiş Xüsusi Olimpiya Dünya Oyunlarında III yeri tutmuş Ağasəlim Abdullayev Maltada baş tutacaq Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı üçün hazırlıqlarını davam etdirir 🏊‍♂️

Onun hekayəsi göstərir ki, inanmaq, çalışmaq və heç vaxt təslim olmamaq böyük uğurların əsas açarıdır!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi


18/08/2026

Suyun üzərində sənət, ritm və güc…

Bədii üzgüçülük — hər hərəkətin zərifliklə, hər saniyənin isə böyük zəhmətlə qurulduğu möhtəşəm idman növüdür 🌊

Suda sadəcə üzmürsən — öz hekayəni hərəkətlə danışırsan.

17/08/2026

🏊‍♂️ Gələcəyin çempionlarını kim yetişdirir?

Bu dəfə suya tullanma üzrə yeniyetmələrdənibarət milli komandamızın baş məşqçisi Anton Melnikov suallarımızı cavablandırır.

Bəs adi bir uşağı gələcəyin çempionuna çevirən əsas keyfiyyətlər hansılardır? 🏆

Cavabını videoda izləyin! 👇

🇦🇿 Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Süleyman İsmayılzadə Parisdə keçirilən böyüklər arasında Avropa Çem...
14/08/2026

🇦🇿 Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Süleyman İsmayılzadə Parisdə keçirilən böyüklər arasında Avropa Çempionatında çıxışını başa vurub.

⏱️ 1500 metr məsafəyə sərbəst üsulla yarışı 15:29:22 nəticə ilə tamamlayaraq, Süleyman 17-ci yerdə qərarlaşıb.

🏊‍♂️ Öncə 17 yaşlı idmançımız 800 metr məsafədə şəxsi rekordunu yeniləmişdi – 08:04.28.

_____________

Member of the Azerbaijan national swimming team Suleyman Ismayilzade has completed his performance at the European Aquatics Championships in Paris.

⏱️ Competing in the 1500m freestyle, Suleyman finished in 17th place with a time of 15:29.22.

🏊‍♂️ Earlier, the 17-year-old swimmer set a new personal best in the 800m freestyle, clocking 8:04.28.

13/08/2026

🤽‍♂️ Su polosu sürətin, gücün və komanda ruhunun bir araya gəldiyi idman növüdür.

Oyunun hər anında komanda yoldaşları ilə düzgün koordinasiya qurmaq, vəziyyəti tez qiymətləndirmək və doğru qərar vermək olduqca önəmlidir! 💙

Address

29 Gurban Abbasov St. Bayil Plaza
Baku
AZ-1003

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Üzgüçülük Federasiyasi / Azerbaijan Swimming Federation - ASF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category