13/08/2026
Boksçumuz 🇰🇿 Qazaxıstanda qızıl medal qazanıb🥇
Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir keçirilib. 5️⃣ ölkənin iştirakı ilə təşkil olunan yarışa 🇦🇿Azərbaycan millisi iki idmançı ilə qatılıb və onların hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Məktəbimizin boks bölməsinin yetirməsi Sərxan Haqverdiyev (şəxsi məşqçisi-İbrahimov Bəhruz) 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib. Finalda yerli idmançılarla döyüşən təmsilçimiz görüşü vaxtından əvvəl tam üstünlüklə xeyrinə bitirib.
İdmançımızı və şəxsi məşqçisini təbrik edir, gələcək yarışlardada uğurlar arzu edirik.
| | |
13/08/2026
Bugün məktəbimizin direktoru,"Şöhrət" Ordenli paralimpiya çempionumuz Ramil Qasımovun doğum günüdür.
Bu münasibətlə onu bütün kollektivimiz adından səmimi qəlbdən təbrik edir,uzun ömür,can sağlığı və işlərində yeni-yeni nailiyyətlər arzu edirik!
Ramil Qasımov 2001-ci ildə Moldovada (Kişinyov) gənclər arasında keçirilən dünya çempionatında I yer, 2007-ci ildə Tələbələrin Ümumdünya Universiadasında (Bankonq) I yer, 2013-cü ildə Paralimpiya üzrə Avropa çempionatında (Macarıstan) I yer, 2014-cü ildə Paralimpiya üzrə Dünya Çempionatında (ABŞ) I yer, 2015-ci ildə Paralimpiya üzrə Avropa Çempionatında (Portuqaliya) I yer, 2016-cı ildə Rio-XV Paralimpiya Oyunları (Braziliya) I yer, 2017-ci ildə IV İslam Həmrəylik Oyunları (Bakı) I yerin sahibi olub. Həmçinin 2008-ci ildə XXIX Yay Olimpiya Oyunlarının (Çin, Pekin) iştirakçı olmuşdur.Azərbaycan Respublikasının Əməkdar məşqçisidir.
02/08/2026
Məktəbimizin güləş bölməsinin yetirməsi, 5️⃣1️⃣ kq çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov 🇦🇿(şəxsi məşqçisi-Rauf Xəlilov) finalda iranlı Benyamin Mayvana 🇮🇷 1:5 hesabıyla məğlub olaraq U17 dünya çempionatında gümüş🥈medal qazandı.
Təbriklər, İbrahim 👏
Uğurların davamlı olsun!
01/08/2026
Son dəqiqə!
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatında 5️⃣1️⃣ kq çəki dərəcəsində mübarizə aparan məktəbimizin yetirməsi İbrahim Həsənov yarımfinalda 🇦🇿 rusiyalı İslam Kuraxmayevə 🇷🇺 10:6 hesabıyla qalib gələrək finala yüksəldi 💪
İdmançımızı təbrik edir, final görüşündə uğurlar arzu edirik!
01/08/2026
İkiqat Avropa çempionumuz dünya çempionatına uğurlu start verdi.
Məktəbimizin yetirməsi İbrahim Həsənov(şəxsi məşqçisi-Rauf Xəlilov) Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
51 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov 1/8 final mərhələsində Gürcüstan təmsilçisi Giorgi Narimanidzeni 4:2 hesablı qələbə ilə üstələyib.
Xatırladaq ki, İbrahim Həsənov bundan əvvəl Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa çempionatında qızıl medal qazanıb. Bu, onun Avropa çempionatlarında əldə etdiyi ikinci qızıl medal olub.
İdmançımıza uğurlar arzu edirik!
01/08/2026
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib və qloballaşma şəraitində milli dilimizin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Bayramınız mübarək!
23/07/2026
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, akademik Çingiz Hüseynzadənin 7️⃣5️⃣ illik yubileyidir.
"Təhsil" RİM Gəncə şəhər 1 nömrəli UGİŞM-in rəhbərliyi başda olmaqla bütün kollektivi adından Çingiz müəllimi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ölkəmizdə idmanın, Olimpiya Hərəkatının inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Ad gününüz mübarək!
22/07/2026
22 İyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Bu tarix Azərbaycanın ilk milli mətbu orqanı olan və Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan "Əkinçi" qəzetinin 1875-ci ildə ilk nömrəsinin çapdan çıxdığı gündür.
21/07/2026
18-19 İyul 2026-cı il tarixlərində Azərbaycan Karate Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Gəncə İdman Sarayında “Olimpiya Ümidləri” beynəlxalq karate turniri baş tutub.
Yarışlarda Azərbaycanın müxtəlif bölgələrindən olan karateçilərlə yanaşı, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyanı təmsil edən komandaların ümumilikdə 600 idmançısı mübarizə aparıb.
İki gün davam edən turnirdə müxtəlif yaş və çəki kateqoriyaları üzrə qarşılaşmalar keçirilib.
Məktəbimizin karate bölməsinin idmançılarıda yarışda qüvvələrini sınayıb və uğurlu nəticələr əldə ediblər:
1.Rodin Məhərrəmov (U13 kumite) 48 kq I yer🥇 (şəxsi məşqçisi-Elnur Məmmədov)
2.İlham Əliyev (U18 kata) II yer🥈 (şəxsi məşqçisi-Yasin Cəfərov)
3.Aytac Tahirli (U16 kata) II yer🥈 (şəxsi məşqçisi-Yasin Cəfərov)
4.Yusif Səmədov (U14 kata) III yer🥉 (şəxsi məşqçisi-Yasin İsmayılov)
5.Zeynəb İsmayılova (U10 kata) II yer🥈 (şəxsi məşqçisi-Yasin İsmayılov)
6. Zeynəb İsmayılova (U10 kumite) 35 kq III yer🥉 (şəxsi məşqçisi-Yasin İsmayılov)
7.Alim Əmiraslanov (U12 kata) II yer🥈 (şəxsi məşqçisi-Kamal Məmmədov)
8.Məryəm İsmayılova (U10 kumite) 30 kq II yer🥈 (şəxsi məşqçisi-Kamal Məmmədov)
Qaliblər müvafiq olaraq medal və diplomlarla təltif olunublar.
Xatırladaq ki, turniri yerli və xarici mütəxəssislərdən ibarət 32 nəfərlik hakimlər heyəti idarə edib. Hakimlər heyətiində 12 beynəlxalq dərəcəli hakim təmsil olunub.
Qalib idmançımızı və məşqçi-müəllimini təbrik edir, gələcək yarışlardada uğurlar arzu edirik!