Gəncədə Cüdo - Judo in Ganca
Bu səhifə heç bir təşkilata, idman cəmiyyətinə, rəsmi qruma aid deyil. Bu səhifə cüdosevərlərin şəxsi təşəbbüsləri ilə yaradılıb.
05/06/2026
Sadıq Sadıqov vəfat edib.
O, Azərbaycan Cüdo Federasiyasının sabiq vitse prezidentidir.
Allah rəhmət eləsin.
31/05/2026
Önəmli məlumat!
26/05/2026
🥋 30–31 may tarixlərində Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
🇦🇿 Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 11 çəki dərəcəsində 26 cüdoçu (16 oğlan, 10 qız) ilə təmsil olunacaq. Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli; qadınlardan ibarət yığmanın böyük məşqçi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.
📌 Beynəlxalq turnirdə 34 ölkədən 676 idmançı (420 oğlan, 256 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.
Heyəti təqdim edirik:
Oğlanlar
-60 kq
Ayxan Mirzəzadə
-66 kq
Nihad Məmişov
Məhəmməd Musayev
Sadiq İsgəndərli
-73 kq
Mehdi Cəfərov
Əbil Yusubov
Səlim Sultanov
-81 kq
Cəsur İbadlı
Mehdi Abbasov
Roman Qarayev
-90 kq
Aslan Kotsoyev
Əli Qazıməmmədov
Süleyman Şükürov
-100 kq
Davud Namazlı
Canpolad Əliyev
+100 kq
Ramazan Əhmədov
Qızlar
-48 kq
Nərgiz Əhmədova
Gülşən Hüseynova
-52 kq
Çinarə Sadıqova
Aysun Məmmədova
Nuranə Hacızadə
Fəridə Mirzəyeva
-57 kq
Xədicə Qədəşova
Aytən Verdiyeva
-63 kq
Nilgün Rzayeva
Ayan Əliyeva
Click here to claim your Sponsored Listing.