Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası AHİİTA AHİK-in İcraiyyə Komitəsinin 12 may 1993-cü il tarixli qərarına əsasən təsis edilmişdir.

♟️ “Yay macərası” uşaq düşərgəsində şahmat yarışı keçirilibAzərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasi...
21/08/2026

♟️ “Yay macərası” uşaq düşərgəsində şahmat yarışı keçirilib

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( ) Şahmat və Zəka Oyunları bölməsinin təşkilatçılığı ilə “Yay macərası” uşaq düşərgəsində növbəti şahmat yarışı keçirilib.

Yarışda 68 düşərgə iştirakçısı mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışın sonunda qaliblər diplom və medallarla mükafatlandırılıblar. 🏅

🇦🇿 DÜNYA ÇEMPİONATININ MEDALÇILARI VƏTƏNƏ QAYIDIB🥈🥉🥉Slovakiyanın paytaxtı Bratislavada keçirilən U20 dünya çempionatında...
21/08/2026

🇦🇿 DÜNYA ÇEMPİONATININ MEDALÇILARI VƏTƏNƏ QAYIDIB🥈🥉🥉

Slovakiyanın paytaxtı Bratislavada keçirilən U20 dünya çempionatında mükafat qazanan yunan-Roma güləşçilərimiz vətənə qayıdıblar 🤼‍♂️🇦🇿

İdmançılarımızı hava limanında assosiasiyanın rəhbərliyi və məşqçi heyəti qarşılayıb, onların uğurlarını yüksək qiymətləndirərək qarşıdakı yarışlarda yeni qələbələr arzulayıblar 👏🏆

Güləşçilərimizi və məşqçilərimizi təbrik edir, Azərbaycan bayrağını dünya arenasında layiqincə təmsil etdikləri üçün təşəkkür edirik 🇦🇿💪

Qeyd edək ki, güləşçilərimiz dünya çempionatında 1 gümüş və 2 bürünc medal qazanıblar.

🥉 AHİİTA CÜDOÇUSU BEYNƏLXALQ TURNİRDƏ FƏRQLƏNDİ 🇦🇿🥋18-19 avqust tarixlərində Misirin İsgəndəriyyə şəhərində keçirilən Mi...
21/08/2026

🥉 AHİİTA CÜDOÇUSU BEYNƏLXALQ TURNİRDƏ FƏRQLƏNDİ 🇦🇿🥋

18-19 avqust tarixlərində Misirin İsgəndəriyyə şəhərində keçirilən Midar Arab Judo Championship beynəlxalq turnirində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( ) cüdoçusu Muhsin Məmmədov 73 kq çəki dərəcəsində bürünc medal qazanıb🥉

İdmançımızı və şəxsi məşqçi-müəllimi, Əməkdar məşqçi Mətanət Süleymanovanı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq 🇦🇿👏

19/08/2026
🏆 AHİİTA güləşçiləri U20 dünya çempionatında 3 medal qazanıblar 🥈🥉🥉Avqustun 16-da start götürən, Slovakiyanın paytaxtı B...
19/08/2026

🏆 AHİİTA güləşçiləri U20 dünya çempionatında 3 medal qazanıblar 🥈🥉🥉

Avqustun 16-da start götürən, Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( ) yunan-Roma güləşçiləri uğurlu çıxışları ilə yadda qalıblar 🤼‍♂️🔥

🥈 Cavidan Nehmətov – 77 kq gümüş medal
Məşqçi-müəllim: Sənan İsgəndərov

🥉 Emin Cavadlı – 55 kq bürünc medal
Məşqçi-müəllim: Əməkdar məşqçi Akif Əliyev

🥉 Tural Əhmədov – 63 kq bürünc medal
Məşqçi-müəllim: Fuad Aydınlı

Beləliklə, güləşçilərimiz U20 dünya çempionatını 3 medalla başa vurublar 💪🇦🇿

İdmançılarımızı və məşqçi heyətini təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayırıq 👏

🥇 İlham Zəkiyev – 10 qat Avropa çempionu 🇦🇿🥋Almaniyada keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoç...
16/08/2026

🥇 İlham Zəkiyev – 10 qat Avropa çempionu 🇦🇿🥋

Almaniyada keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) final görüşündə İspaniya təmsilçisi Suarez Garrosa üzərində ipponla qələbə qazanaraq 10-cu dəfə Avropa çempionu tituluna sahib olub🥇🇦🇿

İlham Zəkiyev eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( ) Layiqli Əmək Səfiri olaraq ölkəmizi və idmanımızı layiqincə təmsil edir 👏

Əfsanəvi idmançımızı bu möhtəşəm uğur münasibətilə təbrik edir, yeni qələbələr arzulayırıq 🇦🇿❤️

🇦🇿 U20 Dünya Çempionatında 5 AHİİTA güləşçisi Avqustun 16-dan 23-dək Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 d...
14/08/2026

🇦🇿 U20 Dünya Çempionatında 5 AHİİTA güləşçisi

Avqustun 16-dan 23-dək Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı keçiriləcək.

Mundialda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( ) idmançıları da ölkəmizi təmsil edəcəklər:

🤼‍♂️ Yunan-Roma güləşi
55 kq — Emin Cavadlı
63 kq — Tural Əhmədov
67 kq — Murad Əliyev
77 kq — Cavidan Nehmətov
87 kq — Orxan Hacıyev

İdmançılarımıza dünya çempionatında uğurlar arzulayırıq 🇦🇿💪

🏊‍♂️ Mingəçevirdə “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçirilib8 avqust tarixində Mingəçevir şəhərində, Kür çayının s...
09/08/2026

🏊‍♂️ Mingəçevirdə “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçirilib

8 avqust tarixində Mingəçevir şəhərində, Kür çayının sahilində Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçirilib.

Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə, bu il ilk dəfə olmaqla 350 və 1000 metr məsafələrində təşkil olunub.

Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( ) əməkdaşı Niyazi Məmmədov da iştirak edib.

Niyazi Məmmədova idman tədbirində göstərdiyi fəallığa görə təşəkkür edir, gələcək yarışlarda uğurlar arzulayırıq.

🥋 AHİİTA cüdoçuları beynəlxalq arenada növbəti uğura imza atıblar25-26 iyul tarixlərində Abşeron Olimpiya İdman Kompleks...
30/07/2026

🥋 AHİİTA cüdoçuları beynəlxalq arenada növbəti uğura imza atıblar

25-26 iyul tarixlərində Abşeron Olimpiya İdman Kompleksində keçirilən U-14 və U-16 yaş kateqoriyaları üzrə Avropa Cüdo Ümidləri Turnirində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) cüdoçuları uğurlu çıxış edərək növbəti beynəlxalq uğura imza atıblar.

U-14 yaş kateqoriyası
🥉 Gülay Ağayeva (-40 kq) bürünc medal
🥇 Ayla Məmmədli (-48 kq) qızıl medal

U-16 yaş kateqoriyası
🥈 Kənan Gəncəliyev (-50 kq) gümüş medal
🥉 İsmayıl Həsənli (-73 kq) bürünc medal

Bu əlamətdar nailiyyət münasibətilə idmançılarımızı və onların şəxsi məşqçi-müəllimləri – Əməkdar məşqçi Mətanət Süleymanovanı və Yunus Yunusovu təbrik edir, gələcək yarışlarda yeni uğurlar və parlaq qələbələr arzulayırıq.

Qeyd edək ki, beynəlxalq turnirdə 10 ölkədən 81 klubu təmsil edən 289 cüdoçu mübarizə aparıb.

👏 AHİİTA ailəsi olaraq idmançılarımızla qürur duyuruq!

🇦🇿 Azərbaycan İdman Akademiyasının futzal komandası EUSA Oyunlarını gümüş medalla başa vurub15-25 iyul tarixlərində İtal...
25/07/2026

🇦🇿 Azərbaycan İdman Akademiyasının futzal komandası EUSA Oyunlarını gümüş medalla başa vurub

15-25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən “European Universities Games – Salerno 2026” beynəlxalq idman turnirinin futzal yarışlarına yekun vurulub.

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA), Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ) və Azərbaycan İdman Akademiyasının (ASA) dəstəyi ilə ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının futzal komandası turniri gümüş medalla başa vurub.

Final görüşündə komandamız Xorvatiyanın University of Split komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib və rəqib 4:3 hesabı ilə üstün olaraq çempionluğa yiyələnib. Azərbaycan İdman Akademiyasının komandası isə nüfuzlu turnirin gümüş medalını qazanıb.

Bundan əlavə, Azərbaycan İdman Akademiyasının tələbəsi Ədalət Ələkbərov turnirin ən yaxşı beş oyunçusundan biri seçilərək fərdi mükafata layiq görülüb.

Komandamızı qazandığı gümüş medal münasibətilə təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq.

Address

Bakı şəhəri, Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78 V
Küçəsi

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+9944936722

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası:

Shortcuts

Share

Category