26/06/2026
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunmuş şahmat üzrə daxili birincilik keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra məktəbin təlimatçıları və məşqçi-müəllimlər tərəfindən 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü haqqında iştirakçılara geniş məlumat verilmiş, Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolu, qəhrəman hərbçilərimizin göstərdikləri şücaət və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyəti vurğulanmışdır.
Yarış 8, 10, 12, 14 və 16 yaş qrupları üzrə İsveçrə sistemi ilə 7 tur olmaqla oğlan və qızlar arasında keçirilmişdir. Yarışda 41 oğlan və 20 qız olmaqla ümumilikdə 61 idmançı iştirak etmişdir.
Hər yaş qrupu üzrə I, II və III yerləri tutan şagirdlər diplomlarla təltif olunmuşlar.
Qaliblər:
8 yaş oğlanlar
🥇 Quliyev Mehdi Arzu
🥈 Səmədov Ayxan Ruslan
🥉 Rzayev Yusif Fəxrəddin
8 yaş qızlar
🥇 Nəbiyeva Nilay Vadim
🥈 Abdullayeva Tünzalə Xaliq
🥉 Hüseynova Zeynəb Vüqar
10 yaş oğlanlar
🥇 Həsənli İlkin Tural
🥈 Əhmədli Turan Elvin
🥉 Hüseynov Nurxan Xanəli
10 yaş qızlar
🥇 Mustafalı Züleyxa Arzuman
🥈 Abdullayeva Damla Səməd
🥉 Əliyeva Aylin Mürvət
12 yaş oğlanlar
🥇 Abdullayev Qiyas Hafiz
🥈 Bağırov Kamil Fazil
🥉 Səlimov Xanlar Sərxan
12 yaş qızlar
🥇 Vəliyeva Fatimə Asim
🥈 Hümbətova İlhamə Gülağa
🥉 İsmayılzadə Gülər Məhəmməd
Tədbirin sonunda qaliblər diplomlarla təltif edilmiş, onlara gələcək yarışlarda uğurlar arzulanmışdır. Yarışın keçirilməsində məqsəd məktəblilər arasında şahmat idman növünün inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği, vətənpərvərlik hisslərinin gücləndirilməsi və gənc şahmatçıların yarış təcrübəsinin artırılması olmuşdur.
24/06/2026
🇦🇿 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş dama üzrə məktəbdaxili birincilik keçirilib
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə 64 xanalı dama üzrə məktəbdaxili birincilik təşkil olunub.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin rəhbərliyi, təlimatçıları və məşqçi-müəllim heyəti çıxış edərək Silahlı Qüvvələr Gününün tarixi əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat veriblər.
Turnirdə 2016, 2017, 2018 və 2019-cu il təvəllüdlü ümumilikdə 28 nəfər şagird iştirak edib. İştirakçılardan 14 nəfəri oğlan, 14 nəfəri isə qız olub.
🏆 Turnirin qalibləri:
👧 Qızlar
🥇 Əliyeva Fidan Məmməd qızı (2016)
🥇 Abdullayeva Səma Niyaməddin qızı (2017)
🥇 Hüseynova Əsmər Rövşən qızı (2018)
👦 Oğlanlar
🥇 Əliyev Adəm Sərxan oğlu (2016)
🥇 Qasımov Toğrul Turxan oğlu (2017)
🥇 Rəhimov Yusif Nicat oğlu (2018)
Yarışın sonunda qaliblər diplomlarla təltif olunublar.
Qalibləri təbrik edir, bütün iştirakçılara gələcək yarışlarda uğurlar arzulayırıq!
24/06/2026
20-26 iyun 2026-cı il tarixlərində
Bakı şəhərində keçirilən Məktəblilərin İdman Olimpiadasında Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbinin velosiped idmanı və atletika bölmələri üzrə komandaları iştirak etmişdir. Yarışda velosiped idmanı üzrə 6 idmançı və 1 məşqçi, atletika üzrə 4 idmançı və 2 məşqçi təmsil olunmuşdur. Məktəbin direktoru komandanın rəsmi nümayəndəsi qismində yarışda iştirak etmişdir. Komandamız ilk dəfə belə mötəbər yarışda çıxış edərək dəyərli təcrübə qazanmış, velosiped və atletika növlərində 4-cü yerlə yarışları başa vurmuşdur. Medal sırasına düşməsələr də, idmançılarımızın göstərdiyi əzm və mübarizə ruhu yüksək qiymətləndirilir.
17/06/2026
Məktəbimizin direktoru Beyrək Bağırov taekvondo idman növü üzrə uşaq, yeniyetmələr və gənclər arasında keçirilən Gədəbəy rayon Açıq Birinciliyində iştirak edib.
15/06/2026
15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü