01/05/2026
Lәnkәran PİK
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lәnkәran PİK, Professional Sports Team, 2-ci mkr, İdman məktəbi, Lankaran.
01/05/2026
01/05/2026
27-30 aprel tarixlərində, Bakı şəhərində Taekvondo üzrə, yeniyetmələr arasında Ölkə Birinciliyi keçirildi, bu yarışmaya Lənkəran komandası dörd idmançı ilə qatıldı, bunlardan ikisi uğur qazanaraq, mükafatçılar sırasına çıxdı.
Uğur qazanmış idmançılarımız bunlardır :
41 kq. Məmmədli Yusif 3- cü yer
57 kq. Dədəyev Hüseyn 3- cü yer.
16/03/2026
16/03/2026
Serbiyanın Zrenyanin şəhərində təşkil olunmuş U-23 Avropa çempionatında, Lənkəran Yunan-Roma güləş məktəbinin yetirməsi Elmin Əliyev 83 kq.çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Klubumuz adından Çempionumuzu, valideynlərini və şəxsi məşqçisi Alı Ağayevi təbrik edirik, uğurların davamlı və daha da yüksək olmasını arzu edirik.
28/12/2025
Ənənəvi olaraq ilin yekununda, Ölkə rəhbərliyinin idmançılarla görüşü olur. Cənab Prezident uğur qazanmış idmançıları və məşqçilərini mükafatlandırır və fəxri adlar təltif edir. Sevindirici haldır ki, Klubumuzun yetirməsi, “ Azərreyl “ klubunun Prezidenti Ramin Əzizovun komandası 2025-ci ilin ən yaxşı komandası olduğu üçün, xüsusi mükafatla təltif olunub.
Klubumuz adından Ramin Əzizovu və komandasını təbrik edirik, uğurların davamlı və daha da yüksək olmasını arzu edirik.
20/12/2025
Klubumuzun yetirməsi, İsazadə Bəşir Əli oğlu Güləş idman növü üzrə “Olimpiya Dərəcəli Hakim” adına layiq görülüb.
Klubumuz adından, bu böyük uğur münasibəti ilə, Bəşir müəllimi təbrik edirik.
Beynəlxalq yarışlarda Ölkəmizi layiqincə, ədalətli və uğurla təmsil etməsini arzu edirik !
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Lankaran
AZ4200