Masallı Taekwondo Team

Masallı Taekwondo Team

Share

Masallı Taekwondo Team

Photos from Masallı Taekwondo Team's post 15/05/2026

Mayın 14-də Masallı şəhər “Dəfinə” texniki-riyaziyyat təmayüllü liseyində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Güclü Qızlar,Sağlam Gələcək” adlı maarifləndirici tədbir keçirildi.

Tədbirin əsas məqsədi qadınların və yeniyetmə qızların bədən tərbiyəsi və idmana marağının artırılması, onların sağlam həyat tərzinə təşviq olunması, eləcə də cəmiyyətdə qadının idmandakı rolunun təbliği olub.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri, “Dəfinə” texniki-riyaziyyat təmayüllü liseyin direktoru və taekvondo üzrə məşqçi-müəllim Sadiq Ağayev çıxış edərək qadınların idmana cəlb olunmasının vacibliyindən, fiziki aktivliyin sağlam cəmiyyətin formalaşmasındakı rolundan və qızların idmanda qazandıqları uğurların gənc nəslə nümunə olmasından bəhs ediblər.

Tədbir məktəbin idman zalında davam etdirilib. Taekvondo üzrə məşqçi-müəllim Sadiq Ağayev şagirdlərə taekvondo idman növü haqqında ətraflı məlumat verib, bu idman növünün uşaqların fiziki və mənəvi inkişafındakı əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra Masallı Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri-yeniyetmə qızlar arasında taekvondo üzrə Respublika birinciliyinin mükafatçıları Şahanə Baxşıyeva, Zəhra Hüseynova, Zeynəb Cəfərova, beynəlxalq turnirin qalibi Ayan Əliyeva və digər idmançılar nümunəvi çıxışlarla iştirakçılar qarşısında öz bacarıqlarını nümayiş etdiriblər. İdmançıların çıxışları tədbir iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.

Photos from Masallı Taekwondo Team's post 15/05/2026

Mayın 2-3-də Gürcüstanda taekvondo üzrə “Georgian Liga Open” turniri keçirilib.
Yarışda ölkəmizi təmsil edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı UGİM-in yetirmələri uğurla çıxış edərək ümumilikdə 1 qızıl, 3 bürünc medal qazanıblar.

Kiçik yeniyetmələr arasında Ayan Əliyeva (27 kq) qızıl, Yunis Həşimli (24 kq) və Əli Əliyev (27 kq) bürünc medallara sahib çıxıblar. Yeniyetmələr arasında yarışda Zaur Rəsulzadə (45 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki,idmançıların məşqçi-müəllim Masallı UGİM-in taekvondo bölməsinin baş məşqçisi Sadiq Ağayevdir.

Photos from Masallı Taekwondo Team's post 15/05/2026

29.04.2026 Yeniyetmələr arasında.Azərbaycan Birinciliyi Hüseynova Zəhra 37kq 🥉

Photos from Masallı Taekwondo Team's post 23/03/2026

Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Masallı taekvondo klubunun 3 idmançısı və 1 məşqçi-müəllimi pul mükafatı və hədiyyələrlə təltif olunublar.

Dəvətə görə Ərkivan Xeyriyyə Cəmiyyətinə Masallı Taekvondo komandası adından təşəkkürümüzü bildiririk.

Photos from Masallı Taekwondo Team's post 20/03/2026

13.03.2026 Kəmər İmtahanı

Photos from Masallı Taekwondo Team's post 06/03/2026

1ci Regional İdman Festifalı
04.03.2026

Photos from Masallı Taekwondo Team's post 06/03/2026

Məşqçilərin 1ci Formu
02.03.2026 Bakı

Photos from Masallı Taekwondo Team's post 07/02/2026
Photos from Masallı Taekwondo Team's post 31/12/2025

Masallıda 31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Bir olaq, həmrəy olaq" adlı görüş keçirilib.

Tədbir Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə idarə və müəssisə rəhbərləri, nümayəndələr, həmçinin Masallı UGİM-in idmançıları və müəllim heyəti iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Masallı rayon Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov 2025-ci ildə gənclər və idman sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib.

Sonda il ərzində fərqlənən gənclər və idmançılar Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamə və hədiyyələri ilə təltif olunublar.

Photos from Masallı Taekwondo Team's post 28/12/2025

Azərbaycan birinciliyi və çempionatı
Cəlilov Ədiş 51kq 🥉
26.12.2025

Want your business to be the top-listed Gym/sports Facility in Masallı?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Azərbaycan
Masallı
AZ4400