25/12/2025
🤼♂️Neftçala rayonunda sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
📌23-24 dekabr 2025-ci il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" ilə əlaqədar yeniyetmə və gənclər arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
41 nəfər idmançının mübarizə apardığı turnirdə müxtəlif çəki dərəcələrində 🥇I, 🥈II və 🥉III yerlərə layiq görülənlər müvafiq diplomlarla təltif edilib.
Qalib gələn yeniyetmə və gənc idmançılarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
31Dekabr HəmrəylikGünü
23/11/2025
Bugünkü yarışımızdan. Cəlilabad komandası qonağımız oldu...
18/09/2025
🤼♂️Neftçala rayonunda sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
📌17-18 sentyabr 2025-ci il tarixlərində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli" çərçivəsində “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
🔹 Tədbirdə Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşı Əliheydər Qarayev, adı çəkilən qurumların digər əməkdaşları və idmançılar iştirak edib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.🇦🇿
40 nəfər idmançının mübarizə apardığı turnirdə müxtəlif çəki dərəcələrində 🥇I, 🥈II və 🥉III yerlərə layiq görülənlər müvafiq diplomlarla təltif edilib.
Qalib gələn yeniyetmə idmançılarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
26/06/2025
🤼♂️Neftçala rayonunda sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
📌24-25 iyun 2025-ci il tarixlərində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli" çərçivəsində 2009-2013-cü il təvəllüdlü idmançılar arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.🇦🇿
40 nəfər idmançının mübarizə apardığı turnirdə müxtəlif çəki dərəcələrində 🥇I, 🥈II və 🥉III yerlərə layiq görülənlər müvafiq diplomlarla təltif edilib.
Qalib gələn yeniyetmə idmançılarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
31/05/2025
✅Neftçala rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib.
✅Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilati dəstəyi ilə Neftçala rayonunda fəaliyyət göstərən idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
İlk öncə Ümummili Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.🇦🇿
Göstərdikləri fəallığı ilə fərqlənən bir qrup məktəblilər RİH-in başçısı tərəfindən təşəkkürnamələrlə təltif olunub.👏
09/03/2025
🤼♂️Neftçala rayonunda “idman həftəsi” çərçivəsində sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
📌08-09 mart 2025-ci il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində "idman həftəsi" çərçivəsində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
42 nəfər idmançının mübarizə apardığı turnirdə müxtəlif çəki dərəcələrində 🥇I, 🥈II və 🥉III yerlərə layiq görülənlər müvafiq diplomlarla təltif edilib.
Qalib gələn yeniyetmə və gənc idmançılarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
05/03/2025
U-15 zona birinciliyindә nәticә verdiklәrinә görә İcra başçısı Mirhәsәn Seyidov tәrәfindәn Zeynallı Hikmәt Quluzadә Ayaz Fәxri fәrmanla tәltif olundular. Tәbrik edirik!
08/02/2025
✅Neftçalalı güləşçilərdən qələbə xəbəri 🤼♂️
📌03-04 fevral 2025-ci il tarixində Sabirabad rayonunda keçirilən sərbəst və yunan-roma güləşi idman növləri üzrə U-15 zona birinciliyində Neftçala rayonunu təmsil edən⤵️
- Quluzadə Ayaz Bəxtiyar oğlu 48kq çəki dərəcəsində (sərbəst güləş)
- Zeynallı Hikmət Allahverdi oğlu 52kq çəki dərəcəsində (sərbəst güləş)
- Abdullazadə Mirhəsən Talıb oğlu 62kq çəki dərəcəsində (sərbəst güləş) rəqiblərini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
İdmançılarımızı təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq.👏
📌Məşqçi-müəllimlər:
- Əliyev Famil
- Ələkbərov Fərrux
- Fərəcov Ceyhun
28/12/2024
🤼♂️Neftçala rayonunda sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
📌27-28 dekabr 2024-cü il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" ilə əlaqədar yeniyetmə və gənclər arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.🇦🇿
52 nəfər idmançının mübarizə apardığı turnirdə müxtəlif çəki dərəcələrində 🥇I, 🥈II və 🥉III yerlərə layiq görülənlər müvafiq diplomlarla təltif edilib.
Qalib gələn yeniyetmə və gənc idmançılarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
09/11/2024
Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.
Seminarın növbəti mərhələsi Şirvan şəhərində keçirilib.
Adı çəkilən şəhərlə yanaşı, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının güləş üzrə məşqçi-müəllimlərinin iştirak etdiyi tədbirin nəzəri hissəsi Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin akt zalında keçirilib. İdarənin idman şöbəsinin müdiri Rövşən Mehrəliyev qonaqları salamlayıb, Azərbaycan Güləş Federasiyasına (AGF) bu seminarın təşkilinə görə təşəkkürünü bildirib və bu seminarın bölgə məşqçilərinin inkişafına böyük töhfə verəcəyini deyib. AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiya tərəfindən görülmüş işlərdən və qarşıdakı planlardan danışıb. Yeniyetmə və gənc qızlardan ibarət millinin böyük məşqçisi Rövşən Umudov və yunan-Roma güləşi üzrə U-20 milli komandanın məşqçisi Zöhrab Abbasov yerli məşqçilərlə təcrübələrini bölüşərək, tövsiyələrini çatdırıblar. I-S kateqoriyalı hakim Sədi Quliyev müxtəlif yarışlarda keçirilmiş görüşlərdə mübahisə doğuran epizodları şərh edib. Öz növbəsində yerli mütəxəssislər bölgənin mövcud problemlərini və təkliflərini diqqətə çatdırıblar.
Seminarın praktiki hissəsi Şirvan Olimpiya İdman Kompleksində keçirilib. Burada S.Quliyev xalçada bir neçə məqamı hakim gözüylə izah edib. R.Umudov sərbəst, Z.Abbasov isə yunan-Roma güləşçilərinə nümunəvi məşq keçib.
Qeyd edək ki, növbəti belə seminar noyabrın 14-də Qubada keçiriləcək.
19/08/2024
🤼♂️ Neftçala rayonunda yunan-roma və sərbəst güləş idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
📌15-16 avqust 2024-cü il tarixlərdə Neftçala Olimpiya İdman Kompleksində "İdman hamı üçün" layihəsi çərçivəsində yunan-roma və sərbəst güləş idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
🔹️Nümunəvi çıxışlar məşqçi-müəllimlər Ələkbərov Fərrux Rövşən oğlu və Musayev Xalid Mirxamməd oğlu tərəfindən nümayiş olunub.
🔹️Ümumilikdə 42 nəfər yeniyetmə və gəncin iştirakı ilə keçirilən tədbirdə məşqçi-müəllimlər iştirakçılara bu idman növünə olan marağın artmasından danışaraq, praktiki olaraq müxtəlif texniki fəndlər göstərdi.
🔹️Nümunəvi çıxışların keçirilməsində məqsəd güləş idman növünün təbliği, texniki və taktiki hazırlıqların yüksəldilməsi, sağlam həyat tərzinə çağırışdan ibarət olmuşdur.
17/05/2024
🤼♂️Neftçala rayonunda sərbəst güləş idman növü üzrə üzrə nümunəvi çıxışlar təşkil olunub.
📌17 may 2024-cü il tarixdə Neftçala Olimpiya İdman Kompleksində sərbəst güləş idman növü üzrə nümunəvi çıxışlar göstərilib.
🔹️Nümunəvi çıxışlar Neftçala UGİM-nin məşqçi-müəllimləri Fərəcov Ceyhun Həsrət oğlu və Ələkbərov Fərrux Rövşən oğlu tərəfindən nümayiş olunub.
🔹️Ümumilikdə 60 nəfər idmançının iştirakı ilə keçirilən tədbirdə məşqçi-müəllimlər iştirakçılara bu idman növünə olan marağın artmasından danışaraq, praktiki olaraq müxtəlif texniki fəndlər göstərdi.
🔹️Nümunəvi çıxışların keçirilməsində məqsəd sərbəst güləş idman növünün təbliği, texniki və taktiki hazırlıqların yüksəldilməsi, sağlam həyat tərzinə çağırışdan ibarət olmuşdur.
🔹️Sonda cütlüklər arasında qarşılaşmalar keçirildi.