Qəbələ Olimpiya İdman Kompleksi

Qəbələ Olimpiya İdman Kompleksi

Share

Qəbələ Olimpiya İdman Kompleksi

Photos from Qəbələ Olimpiya İdman Kompleksi's post 22/12/2025

20–21 dekabr 2025-ci il tarixlərində Qəbələ Olimpiya İdman Kompleksində Kikboksinq üzrə açıq turnir baş tutub.

Turnirdə ölkənin 10 rayon və şəhərindən 25 klub, ümumilikdə isə 270 idmançı iştirak edib.

Photos from Qəbələ Olimpiya İdman Kompleksi's post 20/12/2025

Dekabrın 20-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “Üzgüçülük hamı üçün” yarışına start verilib.

̇mi̇bi̇rli̇kdə
Azərbaycan Üzgüçülük Federasiyasi / Azerbaijan Swimming Federation - ASF

Photos from Qəbələ Olimpiya İdman Kompleksi's post 16/01/2025

Yanvarın 16-da Qəbələdə “İdman Paytaxtı 2025” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdən öncə Qəbələ şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Mərasimdə idman növlərinin paradından sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Təyyarə qəzasında həlak olanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.

Ardınca “İdman Paytaxtı”nın rəmzi açarı Qubadan alınaraq Qəbələyə təqdim olunub.

Sonra “İdman Paytaxtı 2025”in maskotu ictimaiyyətə təqdim olunub. Daha sonra bölgə idmançıları haqqında videoçarx nümayiş olunub. “İdman səfirləri” - Aliyə Paşayeva, Xəyyam Orucov, İlqar Qurbanov, Orxan Səfərov çıxış ediblər.

Taekvondo, gimnastika, cüdo, futbol, güləş, stolüstü tennis, şahmat, boks, MMA, basketbol və digər idman növlərinin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda loqo və şüar müsabiqəsinin qalibləri - Aynurə Qurbanova və Fərid Əliyev mükafatlandırılıb. Mükafatları “İdman səfirləri” Aliyə Paşayeva və Orxan Səfərov təqdim ediblər.

Tədbir gənc müğənni Mərdan Kazımovun ifasında musiqi nömrələri ilə davam edib.

13/01/2025

Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın idman paytaxtı seçilib.
“İdman Paytaxtı” çərçivəsində il ərzində Qəbələ şəhərində bir çox idman yarış və tədbirləri keçiriləcək.
Yanvarın 16-da Qəbələ şəhərində “İdman Paytaxtı” nın açılış mərasimi təşkil olunacaq. Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək tədbirdə ölkəmizin tanınmış idmançıları, idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
"Qəbələ İdman paytaxtı" nın maskotu da tədbir iştirakçılarının görüşünə gələcək.

Photos from Qəbələ Olimpiya İdman Kompleksi's post 08/01/2025
07/01/2025
Photos from Qəbələ Olimpiya İdman Kompleksi's post 02/12/2024

02 dekabr Qəbələ olimpiya idman kompleksində "Üzməyi öyrənək" layihəsinə start verildi

Want your business to be the top-listed Gym/sports Facility in Qabala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Qabala
AZ3600

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 21:00