Gules

Gules

Share

Meqsedimiz butun Gules heveskarlarini bura toplamaqdir.... En yeni xeberler ve Gules haqda en yeni melumatlar bizde.

Photos 19/10/2013

Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri start götürüb.

Yarışda 1994-1996-cı il təvəllüdlü güləşçilər mübarizə aparıb. İki gün davam edən turnirin ilk günündə 50, 55, 60, 66, 74, 84, 96 və 120 kq çəkidə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.

50 kq
Final - Nihad Bağırzadə, Gəncə, UGİM - Tofiq Sadıqlı, DİN İC 7*-7
Bürünc medal görüşü - Pirqəm Əliyev, Azəri İK - Fərid İsmayılov, Cəlilabad, Lokomotiv 7-0
Bürünc medal görüşü - Coşqun Məmmədov, Neftçi İSM - Arif Hüseynov, Abşeron, Neftçi İSM 0-7

55 kq
Final - Elçin Vəliyev, Gəncə, DİN İC - Ruslan Qasımov, Abşeron, Neftçi İSM 6-7
Bürünc medal görüşü - Sultan Nəsrullayev, Atasport - Ayaz Abdullayev, Zenit İC 0-8
Bürünc medal görüşü - Taleh Məmmədov, Gəncə, Zenit İC - Məhəmməd Abdullayev, Qax 3-10

60 kq
Final - Əmrah İlyaslı, Qazax - Cahid Həsənzadə, Abşeron, Neftçi İSM 3-10
Bürünc medal görüşü - Xəqan Xəlilov, Cəlilabad, Lokomotiv - Şamil Makarov, Zaqatala 8-0
Bürünc medal görüşü - Abdulrahman Myidov, Rusiya - Ağabəy Ramazanzadə, MOİK 0-7

66 kq
Final - Rəşid Həsənov, Rusiya - Kamil Hüseynov, BÖTL 9-2
Bürünc medal görüşü - Ənvərbəy Dalqatov, Atasport - Elvin Xıdırov, BÖTL 7-3
Bürünc medal görüşü - Murad Süleymanov, Gəncə, Neftçi İSM - Coşqun Əzimov, İmişli 0-7

74 kq
Final - Kənan Əliyev, Qazax - Elmar İsmayılov, Cəlilabad, Gömrük 1-1*
Bürünc medal görüşü - Bəhruz Süleymanov, Neftçi İSM - Hacımurad Ömərov, Atasport 1-8
Bürünc medal görüşü - Oktay Cəmşidli, Lokomotiv - Elçin Məmmədov, Şirvan, Neftçi İSM 0-8

84 kq
Final - Şamil Sadullayev, Atasport - Nurmaqomed Hacıyev, Atasport 0-7
Bürünc medal görüşü - Anar Əhmədzadə, Qazax - Orxan Şərifov, Abşeron, Neftçi İSM 0-7
Bürünc medal görüşü - Zeynulla Qurbanov, Rusiya - Maqomed Abdulxaliqov, Atasport 0-5

96 kq
Final - Pərviz Axundov, Abşeron, Neftçi İSM - Çermen Baqayev, Atasport 1-6
Bürünc medal görüşü - Allahşükür Fərzəliyev, Lokomotiv
Bürünc medal görüşü - Zaur Məmmədli, Gömrük - Turxan Qurbanov, Zenit İC 0-3


Kamran

Photos 19/10/2013

Gulescilerimiz Namaz qilarken

Kamran

Photos 18/10/2013

10-13 oktyabrda keçirilən Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika seçim turnirinin final mərhələsi və 14-15 oktyabrda keçirilən “Hünər meydanı” Respublika seçim turnirində görüşlərin idarə olunmasında yeni milli hakimlər də iştirak edib.

Görüşlərin idarə edilməsində iştirak edən yeni milli hakimlər üçün yarışdan öncə və yarış günlərində hakimlik kursu təşkil edilib. AGF Hakimlər Kollegiyasının sədri, Olimpiya dərəcəli hakim Bəhmən Talebi tərəfindən keçirilən kursun məqsədi hakimliyə namizədlərin həvəsini, biliyini və təcrübəsini artırmaq, onların arasından seçim edib milli və gələcəkdə beynəlxalq dərəcəli hakimliyə layiq olanları müəyyən etmək, gələcək yarışlarda iştirakını təmin etməkdir

Olimpiya Güləş Mərkəzində baş tutan kursda iştirakçılara FİLA-nın yeni qaydaları nəzəri və praktiki formada izah olunub.

Kamran

18/10/2013

Salam bu seyfeni beyenin , Seyfe yeni acilib , Gules haqda butun xeberleri burdan oxuya bilersiz.

Gules Meqsedimiz butun Gules heveskarlarini bura toplamaqdir.... En yeni xeberler ve Gules haqda en yeni melumatlar bizde.

Photos 18/10/2013

Oktyabrın 18-20-də Dağıstanın Xasavyurt şəhərində sayca 5-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcək.

Yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, bu turnirdə 7 idmançımız iştirak edəcək. Məşqçilər David Kurtsiya və Semyon Çterevin rəhbərliyi altında Xasavyurtda Mircəlal Həsənzadə, Ruslan Surxayev (hər ikisi 55 kq), Məhəmməd Müslümov (66 kq), Cəbrayıl Həsənov (74 kq), İbrahim Yusubov (84 kq), Hacı Şərifov (96 kq) və Əli Maqomedabirov (120 kq) mübarizə aparacaq.

Bundan başqa, beynəlxalq dərəcəli referilərimiz Qərib Əliyev, Vaqif Zeynallı, Zakir Məmmədov, Sədi Quliyev, Xanmirzə Məlikəliyev, Natiq Hacıyev və Əbdul Nuriyev hakim kimi görüşlərin idarə olunmasında iştirak edəcəklər.

K@mr@n

Want your business to be the top-listed Gym/sports Facility in Qazakh?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Azerbaycan
Qazakh