22/04/2023
23 aprel tarixində Açıq Əyləncəli Məktəbli Futbol Liqasında 8-ci turun oyunları keçiriləcək. Oyunlar saat 12:00-da start götürəcək , Quba şəhər 2 nömrəli məktəb-liseyin futbol meydançasında keçiriləcək.
15/01/2023
Yanvarın 15-i Quba Açıq Əyləncəli Məktəbli Futbol Liqasında 1-ci dövrənin son oyunları keçirilib.
Şahdağ fk – Wolver fc – 5:0
Quba fk – Dəmir Yumruq- 12:1
Fc Tigers – Qafqaz fk – 5:1
7-ci turun mərkəzi qarşılaşması isə maraqla gözlənilən Qarabağ və Şuşa komandaları arasında keçirildi. 6 tur ərzində bütün oyunları qələbə ilə başa vuran Qarabağ komandası ilk məğlubiyyətini Şuşa komandasından aldı. Görüş Şuşa fk-nın 7:4 hesablı qələbəsi ilə yekunlaşdı.
Beləliklə 7 turdan sonra ilk dövrəyə yekun vuruldu. İlk dövrədə keçirilən oyunların nəticələrinə əsasən turnir cədvəlinə 18 xalla Qarabağ komandası başçılıq edir. Quba komandası 15 xalla 2-ci , Şuşa isə 13 xalla 3-cü pillədə qərarlaşıb. Son 3 görüşdə qələbə qazanan Şahdağ komandası 11 xalla 4-cü pilləyə yüksəlib. Qafqaz 10 xalla 5-ci pillədə, Dəmir Yumruq 9 xalla 6-cı , Fc Tigers 6 xalla xalla 7-ci pillədədir. Turnirin autsayderi Wolver fc komandası 7 turdan sonra bütün görüşləri məğlubiyyətlə başa vuraraq 0 xalla turnirin sonuncusudur.
İkinci dövrəyə yanvarın 22-si start veriləcək.
15/01/2023
Turun mərkəzi qarşılaşması. Lider Qarabağ komandası 3-cü pillədə qərarlaşan Şuşa komandasını qəbul edir.
08/01/2023
Oyun bitdi
Şuşa fk - Quba fk - 5-8
08/01/2023
21 ci dəqiqə oynanılır
Şuşa fk - Quba fk -3:6
08/01/2023
1-ci hissə yekunlaşdı.
Şuşa fk - Quba fk - 2:5
08/01/2023
Qooooooooool!
Kənan Niftiyev 1 ci hissənin son dəqiqəsində fərqi artırır.
Şuşa fk-Quba fk 2:5
08/01/2023
Qooooooooool!
Rafiq Mehtiyev yenidən fərqlənir.
Şuşa fk-Quba fk 2:4
08/01/2023
Qooooooooool!
Rafiq Mehtiyev 12 ci dəqiqədə hesabı öz xeyironə dəyişir.
Şuşa fk-Quba fk 2:3
08/01/2023
Qooooooooool!
Nicat Əşrəfov 9 cu dəqiqədə hesabı bərabərləşdirir.
Şuşa fk-Quba fk 2:2
08/01/2023
Qooooooooool!
İmran Hüseynov 7 ci dəqiqədə fərqi azaltır.
Şuşa fk-Quba fk 1:2