Sumqayıt MFK

Sumqayıt MFK

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sumqayıt MFK, Sports Club, Sumqayıt şəhər. Sülh küçəsi 29, Sumqayıt.

Sumqayıt Minifutbol Klubu 03/08/2018 çı ildə Sumqayıt şəhərində yaranmışdır.İlk zamanlar Alfa Fc adı ilə daha sonradan yarandığı şəhərin adını götürmüş və Minifutbol üzrə Azərbaycan çempionatında iştirak etmişdir.Klubun təsisçisi Nicat Ələsgərovdur.

07/05/2026

🖤💙 RƏSMİ AÇIQLAMA

Sumqayıt MFK maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırır.

Klub Avropa Liqasına vəsiqə qazansa da, sponsor dəstəyinin olmaması səbəbindən turnirdə iştirakdan imtina etməli oldu. İllər boyu komanda yalnız öz maliyyə imkanları hesabına fəaliyyət göstərmişdir.

Son iki mövsümdə “Palıd Travel”, son mövsümdə isə “Azərfloat” komandaya dəstək göstərmiş və bunun nəticələri meydanda öz sözünü demişdir. Buna görə hər iki şirkətə təşəkkürümüzü bildiririk.

Sumqayıt şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlara müraciət olunsa da, ilkin müsbət münasibətə baxmayaraq, sonradan heç bir real dəstək göstərilmədi. Nəticədə klub fəaliyyətini dayandırmaq qərarı aldı.

8 illik fəaliyyəti ərzində Sumqayıt MFK minifutbola futbolçular qazandırmış, şəhərini layiqincə təmsil etmiş və ölkənin güclü klublarından birinə çevrilmişdir.

Klubun təsisçisi və rəhbəri — Nicat Ələsgərov
Klubun ən uğurlu və sonuncu baş məşqçisi — Nicat Məhərrəmov

Son kapitanlarımız:
* Emil Abbaszadə
* İmaməli Nağıyev
* Süleyman Piriyev
* Çingiz Həziyev

Klubumuzun bütün futbolçularına, məşqçi heyətinə və əməkdaşlarına göstərdikləri zəhmətə görə sonsuz təşəkkür edirik. Hər birinizə gələcək karyera və həyatınızda uğurlar arzulayırıq.

Bir tarix yazıldı.
Bir ailə quruldu.
Və bu ailə heç vaxt unudulmayacaq.

“FƏALİYYƏTİNİ DAYANDIRDI!”

Photos from Sumqayıt MFK's post 11/04/2026

Minifutbol üzrə Azərbaycan Çempionatı 2025/2026 mövsümündə komandamızın şərəfini qoruyan bütün futbolçularımıza təşəkkür edirik 🇦🇿⚽️

Siz bu uğurun əsas qəhrəmanlarısınız 💪🔥
İndi isə növbə Avropadadır! 🌍

Avropa səfərində dəstəyinizi bizdən əsirgəməyin 🙌
Birlikdə daha güclüyük ❤️

04/04/2026

Turniri 4-cü pillədə tamamladıq və Avroliqada iştirak haqqı qazandıq 🏆✨

Bu uzun və çətin yolda sonadək bizimlə olan hər bir oyunçuya klubumuz adından dərin təşəkkür edirik 🙏
Çünki bir yolun sonuna çatmaq üçün güc, səbr, cəsarət və sadiqlik lazımdır.

Bu yola çıxanda bizə söz verənlər çox oldu… “arxanızdayıq” deyənlər də.
Amma zaman göstərdi ki, onlar sözün əsl mənasında arxamızda dayanaraq sadəcə yıxılmağımızı gözləyirmiş.

Biz isə yıxılmadıq. Ayaqda qaldıq və bu turniri ləyaqətlə başa vurduq 💪🔥

Təşəkkürlər, dəyərli Sumqayıt minifutbol ailəsi ❤️
TƏŞƏKKÜRLƏR!

Qismət olsa, Avroliqa səfərində yenidən görüşəcəyik 🌍⚽️

Photos from Sumqayıt MFK's post 04/04/2026


Azərbaycan çempionatı:
3-cü yer :”Sumqayıt MFK” 4-6 “Aznur”

18/03/2026

Minifutbol üzrə Azərbaycan Çempionatı 2025/2026 mövsümü 🇦🇿⚽️

1/2 FİNAL | Cavab qarşılaşması 🔥
“Zirə” ilə həlledici oyuna hazırıq!

Komandamız bu gün meydanda qələbə üçün mübarizə aparacaq 💪
Sizin dəstəyiniz bizim gücümüzdür 🙌

İrəli, komandamız! 🔵⚪️
futbol

14/03/2026

🔥 OYUN GÜNÜ 🔥

1/2 finalın cavab qarşılaşması!

Komandamız bu gün səfərdə vacib oyuna çıxır. Rəqibimiz Zirədir və hədəfimiz finala bir addım da yaxınlaşmaqdır! 💪⚽

🆚 Zirə
📅 18 mart 2026
🕘 21:00
📍 Bakı Tennis Akademiyası stadionu

Komandamıza uğurlar! Dəstəyinizi hiss edirik! 💙🤍

Photos from Sumqayıt MFK's post 13/03/2026


Azərbaycan çempionatı:
1/2 FİNAL: “Sumqayıt MFK” 1-3“Zirə”

05/03/2026

🔵⚪ TARİXİ NAİLİYYƏT! ⚽🔥

Komandamız tarixində ilk dəfə yarımfinala yüksəldi və bununla da Avroliqaya vəsiqəni təmin etdi! 🙌

Bu uğur komandamızın əzmi, birliyi və böyük zəhmətinin nəticəsidir. Qarşıdakı mərhələdə isə hədəfimiz mümkün qədər irəliləmək və Çempionlar Liqasına vəsiqə qazanmaqdır! 💪🏆

Bizi dəstəkləyən hər kəsə təşəkkür edirik! Bu yolun sonu daha böyük uğurlara aparsın! 🔥

Baş Sponsor: Azerfloat

⚽💙

Photos from Sumqayıt MFK's post 05/03/2026


Azərbaycan çempionatı:
1/4 FİNAL(Cavab oyunu): "Sumqayıt MFK" 4-3 "Galaxy"

Want your business to be the top-listed Gym/sports Facility in Sumqayıt?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Sumqayıt şəhər. Sülh Küçəsi 29
Sumqayıt
AZ5000