05/06/2019
Bi em dabulu
aktiv olun millet
05/06/2019
08/06/2018
E36
02/11/2017
BMW E36 (1990-2000) 3 series [troyka]
13/04/2017
:))
22/12/2016
Gewey
BMW 7 ci seriya ( 2001-2008)
Biznes klass avtomobili olan BMW 7 ci seriya özündə həm güc həm prestij və həm də komfortu əks etdirir. BMW e65 və e66 (long ) kimi tanınan 7 ci seriya xarici görünüşü ilə ilk vaxtlar çox tənqidlərə məruz qaldı.
Bu artıq hamının tanıdığı və sevdiyi aqressiv və idman sayağı görünüşə malik e38 dən tamamilə fərqli bir model idi.
Amma çox keçmədən BMW 7 ci seriya yenə öz fanatlarının rəğbətini qazandı. Bu avtomobildən BMW şirkəti 330 000 ədəd satıb. Long versiyada olan BMW e66 e65 dən 140 mm uzundu. BMW e66 həmçinin zirehli versiyada da buraxılıb.
BMW e65/e66 2005 ci ildə restaylinq olunub, xarici görünüşü bir qədər dəyişib və avtomobilə bir sıra əlavələr olunub.
Mühərrik və texniki göstəricilər:
2001 - 2005 ci illərdə BMW e65/e66 aşağıdakı mühərriklər quraşdırılıb:
M54 mühərriki: (730İ /730 Li modellərində)
3.0 litr benzin, 6 silindr, 24 klapan, 231 at gücü
maksimal sürət 237 km/saat
0-100 sürətlənməsi 8.1 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 10,8 litr/100 km
N62 mühərriki: (735İ /735 Lİ və 745İ / 745 Lİ modellərində)
735İ /735 Lİ
3.6 litr benzin, V8, 32 klapan 272 at gücü
maksimal sürət 250 km/saat limited
0-100 sürətlənməsi 7.5 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 10,9 litr/100 km
745İ / 745 Lİ
4.4 litr benzin, V8, 32 klapan 333 at gücü
maksimal sürət 250 km/saat limited
0-100 sürətlənməsi 6.3 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 11.2 litr/100 km
N73 mühərriki: (760İ /760 Li modellərində)
6.0 litr benzin, V12. 48 klapan, 445 at gücü
maksimal sürət 250 km/saat limited
0-100 sürətlənməsi 5.5 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 13.7 litr/100 km
M57 mühərriki: (730 d modelində)
3.0 litr dizel, 6 silindr. 24 klapan, 218 at gücü.
maksimal sürət 235 km/saat
0-100 sürətlənməsi 8.0 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 8.6 litr/100 km
M67 mühərriki (740 d modelində)
4.0 litr dizel, V8. 32 klapan. 258 at gücü.
maksimal sürət 250 km/saat limited
0-100 sürətlənməsi 7.4 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 9.8 litr/100 km
------Restayldan sonra mühərriklər: 2005-2008 ci illərdə------
N52 mühərriki : (730İ / 730Lİ modellərində)
3.0 litr benzin, 6 silindr, 24 klapan. 258 at gücü
maksimal sürət 244 km/saat
0-100 sürətlənməsi 7.8 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 10.1 litr/100 km
N62 mühərriki: (745İ /745 Lİ və 750İ / 750 Lİ modellərində)
745İ /745 Lİ
4.4 litr, benzin, V8, 32 klapan, 333 at gücü.
maksimal sürət 250 km/saat limited
0-100 sürətlənməsi 6.8 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 11.2 litr/100 km
750İ / 750 Lİ
4.8 litr, benzin, V8, 32 klapan 367 at gücü
maksimal sürət 250 km/saat limited
0-100 sürətlənməsi 5.9 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 11.4 litr/100 km
N73 mühərriki: (760İ /760 Li modellərində)
6.0 litr benzin, V12. 48 klapan, 445 at gücü
maksimal sürət 250 km/saat limited
0-100 sürətlənməsi 5.5 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 13.6 litr/100 km
M57 mühərriki: (730 d / 730 L/d modellərində)
3.0 litr dizel, 6 silindr. 24 klapan, 231 at gücü.
maksimal sürət 238 km/saat
0-100 sürətlənməsi 7.8 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 7.9 litr/100 km
M67 mühərriki: (745 d modelində )
4.4 litr dizel, V8, 32 klapan. 330 at gücü.
maksimal sürət 250 km/saat limited
0-100 sürətlənməsi 6.6 san
yanacaq sərfiyyatı qarışıq rejimdə 9 litr/100 km
Mühərriklər arasında ən çox populyar olan M54 (730İ /730 Li) və N62 (735İ /735 Lİ və 745İ / 745 Lİ) qeyd etmək olar. Mühərriklər yüksəktexnologiyalı və etibarlı hesab olunur. Bu mühərriklər ilk dəfə olaraq valvetronik sistemi ilə təchiz olunub. Valvetronik - mühərrikin dövriyyəsinə uyğun olaraq klapanların açılıb bağlanmasını təmin edir. Bu həm ekoloji cəhətdən həm də qənaət baxımından mühərrikə üstünlüklər qazandırır. Ancaq unutmaq olmazki bu yenilik mürəkkəb olduğu üçün təmiri və ya dəyişilməsi də ucuz deyil. Valvetronik sistemi sərt şəraitdə istismar olduqda tez sıradan çıxa bilir. Normalda bu sistem 200,000 km ə qədər problem yaratmır.
Həmçinin vanos sistemi bu mühərriklərdə də istifadə olunub.
Bu mühərriklər 105-110 C dərəcə temperaturda çalışır.
BMW e65/e66 mühərriklərinə yenə də vanos sistemi quraşdırılıb.
Bu mühərriklər çox dinamikdir. Xüsusilə 745 və 750 modelləri. 760 modeli isə öz sırasında ən güclü hesab olunsada bu mühərrik daha çox problemli hesab olunur və təmiri daha baha başa gəlir. Həcmi 6.0 litr olan mühərrik hətta transmissiyanın resursunu belə aşağı salır. Çünki 6 pilləli transmissiya həddindən artıq güclü olan mühərrikə bəzən davam gətirə bilmir.
BMW –nin dizel mühərrikləri də çox etibarlı sayılır. Ancaq bunun üçün dizelin keyfiyyətli olması əsas şərtdir.
Asqı (xodovoy )
BMW e65/e66 olduqca komfortlu avtomobildi. Avtomobilin böyük olması, təkərlər arası məsafənin çox olması ( xüsusiləı long versiyada ) böyük təkərlər və disklər avtomobili əsl “gəmiyə” çevirir və bu avtomobildə yoldakı çuxurlar demək olar ki, hiss olunmur. Avtomobilin asqısı mürəkkəb olduğundan ( pnevma balonlar, elektron sistemlə idarə olunan amortizatorlar, Dynamic Drive sistemi və çox detallı mürəkkəb asqı ) avtomobildə unudulmaz rahatlığı təmin edir. Həmçinin arxa asqıda olan mexanizm döngələrdə arxa təkərləri azacıq döndərir və bu səbəbdən avtomobil sürətlə hərəkət edərkən döngələrə rahat girə bilir.
Transmissiya
6 pilləli ZF şirkətinə məxsus avtomat transmissiya olduqca etibarlı hesab olunur, ancaq avtomobil aqressiv idarə olunduqda bu onun istismar müddətini azaldır. Normal şəraitdə transmissiya 250,000 km problemsiz gedir.
Salon
BMW e65 / e66 avtomobilləri artıq könə hesab olunsalar da bu avtomobilin salonuna əyləşdikdə çoxlu sayda düymələr və elektronika bu fikrin əksini deyir. Bu avtomobilin salonunda həm sürücü həm sərnişin özünü evindəki kimi hiss edir. Salon detalları keyfiyyətli dəri, ağac və plastik materiallardan hazırlanıb. Bir sözlə salon əsl sənət əsəridir.
Yekun qeyd: İlk illərdə buraxılan BMW e65/e66 almaq məsləhət görülmür. Çünki avtomobilin ilk illərdə zəif cəhətləri üzə çıxır və sonrakı illərdə şirkət onları aradan qaldırır. Misalçun bu avtomobillərdə 2004 ə qədər elektrikanın blok upravleniyasında problemlər olurdu.
Ümumiyyətlə belə avtomobillərin qiyməti hal hazırda ucuzdu. Amma avtomobili alannan sonra onu saxlamaq çox çətindi. Çünki indi belə avtomobillərin yaxşı halda olanı çox azdı. Yenə də almaq istəyənlərə aşağıda qeyd olunan
hissələri yoxlatdırmaq tövsiyyə olunur.
Mühərrik:
BMW e65 / e66 olan mühərriklər digər avtomobillərə də quraşdırılıb. BMW mühərrikləri yalnız ili köhnə olduqda, p*s qulluq olunduqda, istismar qaydalarına diqqət yetirmədikdə və sərt şəraitdə çalışdırdıqda p*s adlandırıla bilər. Əks halda BMW dözümlü və uzunömürlü mühərriklər istehsal edir.
BMW e65 / e66 aldıqda mütləq mühərriki endoskopla yoxlatdırın. ( Mühərrikin içinə kameralı şlanq salınır və silindirləri və bəzi detalları vizual olaraq yoxlatdırmaq ). Əgər silindrlərdə cızıq və kəsik izlər varsa bu nasazlıq olmasından xəbər verir. Nə dərəcədə qorxulu olduğunu isə yaxşı motorist müəyyən edə bilər.
Generatorun kronşteyninin prokladkalarını yoxlatdırın.
- valvetronik
-vanoslar
-maslosyomni kolpachokları
- Karter qazlarını
- katuşkaları
- Soyutma su generatoru
- kardanın muftası
Və ən əsas komputer diaqnostikası
Elektronika
Belə bir avtomobil alarkən servisdə hər bir detalını yoxlatdırmaq lazımdı. Çünki avtomobil bir çox avadanlıqla təchiz olunub və bu avadanlıqlar digər avtomobillərlə müqayisədə çox bahadı. Komputer diaqnostikası ( həmçinin birbaşa salona əyləşib bir bir düymələri yoxlamaq, işlədiyinə əmin olmaq, bort kompyuteri yoxlamaq, varsa aşibkalara baxmaq. Əgər avtomobilin elektronikasında problem olarsa bir çox halda tez bir zamanda akumlyatorun yatmasına səbəb olacaq.
Asqı
Asqını tam şəkildə yoxlamaq mühüm şərtdir (pnevma varsa pnevma balonlar, amortizatorlar, stabilizatorlar, saylent bloklar, bəzən qabaq asqı pnevmasız arxa pnevmalı olur. ) reduktor və s.
Rulevoy reykanı yoxlamaq. Bütün köhnə avtomobillərin zəif yeri hesab olunduğu kimi bu avtomobildədə rulevoy reykada nasazlıqlar olur.
BMW e65/e66 modellərində qapılar hidravlik silindrlərlə təchiz olunub. Bu qapıların istənilən vəziyyətdə dayanmasını təmin edir. Bu sistemin işlək olmasına da xüsusilə diqqət yetirmək lazımdır.
Transmissiya
Transmissiyanı yoxladıqda olduqca həssas davranmaq lazımdı. Çünki bu avtomobilin çox bahalı hissəsidir və diaqnostika zamanı hər hansı bir problem aşkar olunarsa belə avtomobili almaq məsləhət görülmür.
18/12/2016
Şəkildəki şəxsin adı Kadirdir. Ona "Mersedes Kadir" deyirlər. Əqli qüsuru var. Türkiyənin Malatya şəhərində yaşayır. Kadir, qarşısında mersedes loqosu olan taxta parçası ilə bütün günü şəhərdə gəzir. Kadir elə bilir ki, bu taxta parçası onun avtomobilidir. Əsas məsələ burasındadır ki, böyük şəhərdə heç kim Kadirə gülüb, onu ələ salmır. Bütün şəhər Kadiri tanıyır. Kadir "avtomobili" ilə bəzi sürücülərdən fərqli olaraq bütün qaydalara riayət edir. Qırmızı işıqda dayanır, düzgün qaydada park edir. Yol polisləri də onu tanıyır və hələ ki, heç bir polis onu ələ salmayıb. Polislər hətta onun xətrinə dəyməmək üçün, taxta parçasının onun avtomobili olduğunu qəbul etmək üçün ona cərimə də yazıblar. Kadiri avtomobil təmirçiləri də tanıyır. Kadir bir neçə dəfə öz "avtomobili"ni təmirə də aparıb. Ustalar da onun xətrinə dəyməyib. Onlar taxta parçasına bəzi əşyalar asıb və güzgü bağlayıblar.
Bundan əlavə Kadirin taxta parçasına hər gün onlarla müştəri əyləşir. Kadirlə şəkil çəkdirirlər. Bununla da Kadirin gündəlik qazancı təmin edilir.
Trajikomik əlavə: Bir gün Kadir yenə öz "avtomobili"ni ustaya aparıb. Usta deyib ki, 1 gün sonra gəl götür maşını. Kadir 1 gün sonra gəlib. Usta deyib ki, hələ hazır deyil sabah gələrsən. Səhəri yenə ustanın yanına gələn Kadir, bunu deyib "Səninki olmadı usta. 2 gündür piyada gəzməkdən ayaqlarım ağrıyır".
09/12/2016
Cliquez ici pour réclamer votre Listage Commercial.
Emplacement
Type
Contacter l'entreprise
Site Web
Adresse
Baku
1000