07/04/2026
Fenerbahçe İdman Məktəbini unikal edən cəhətlərdən biri mütəmadi olaraq öz sahəsi üzrə öncül, ulduz şəxslərin ziyarətidir. Bu ulduzlardan biri milli qürurumuz, hazırda aktiv voleybol həyatına davam edən Ayşən Abdüləzimovadır. Ayşən voleybol məktəbimizi ziyarət etdi, gənc idmançılarla birəbir görüşlər keçirdi və bu yola yeni başlamış qızlarla öz tövsiyələrini bölüşdü. Ayşənə bu faydalı ziyarət üçün öz təşəkkürlərimizi bildiririk!
01/04/2026
Fenerbahçe ruhu meydanda! 💛💙
Fəxri rəhbərimiz və məktəbimizin yetirməsi artıq Super Liqa səviyyəsində üz-üzə gəldi.
Bu, doğru sistemin və düzgün inkişafın nəticəsidir.
20/03/2026
Baharın gəlişini, yenilənmə və ümidin rəmzi olan Novruz bayramı, eyni zamanda mərhəmət, birlik və mənəvi zənginlik ayı olan Ramazan bayramı münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.
Bu əziz günlərin həyatınıza sağlamlıq, sevinc, bolluq və mənəvi rahatlıq gətirməsini arzulayırıq. Qoy həm Novruzun yenilənmə enerjisi, həm də Ramazanın mənəvi dərinliyi sizə yeni uğurlar və gözəl başlanğıclar bəxş etsin.
Bayramlarınız mübarək olsun!
07/02/2026
Kiçik addımlar, böyük sevgi!⚽️
3–4 yaş qrupu üçün futbol məşqlərimizə başlayırıq. Uşaqlar üçün oyun, hərəkət və futbolu sevdirməyi ön planda tuturuq. Ətraflı məlumat üçün əlaqə saxlaya və ya zəng edə bilərsiniz.
🏟️ Gənclik idman-sağlamlıq mərkəzi
📱+994 55 580 19 07
📱+994 50 580 19 07
03/12/2025
Fenerbahçemizin yetirməsi, hal hazırda ispaniyanın Marcet klubunda karyerasını davam etdirən Səttar eyni zamanda U-17 milli komandamızın kapitanıdır. Səttara gələcək karyerasında daha böyük uğurlar arzulayırıq! 💙💛