01/06/2023
OCEP layihəsi çərçivəsində 1️⃣8️⃣ may tarixində 🇲🇦Mərakeş Krallığının VI Məhəmməd orta məktəbi və 8️⃣2️⃣nömrəli tam orta məktəb arasında onlayn görüş keçirilib. Görüşdə ölkələr bir- birilərinə adət ənənələri, məktəbləri, şəhərləri, tarixi abidələri, mahnıları, rəqsləri və milli bayramları ilə tanış oldular. Onlayn görüş zamanı ilk öncə məktəbimizin direktoru Leyla Fətiyeva Mərakeş Krallığını VI Məhəmməd orta məktəbini təmsil edən müəllim və şagird kollektivini salamlayaraq görüşü açıq elan elədi. Hər iki ölkənin dövlət himni səsləndirildi.
Görüş zamanı məktəbimizin şagirdləri digər ölkənin şagirdlərini ərəb dilində salamlayaraq özlərini təqdim etdilər, şagirdlərimiz ölkəmiz, məktəbimiz, idman sahəsində şagirdlərimizin qazandığı uğurlar haqqında məlumatlar verib, rəqs və mahnı ifa etdilər. Mərakeş Krallığının şagirdləri də öz ölkələri, məktəbləri, təhsil sistemi, şəhərləri, mahnı və milli rəqsləri haqqında ətraflı çıxış etdilər.
Hər iki ölkənin şagirdləri tərəfindən çəkilmiş rəsmlər nümayiş edildi.
National Olympic Committee of Azerbaijan
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
OCEP 2019
Embassy of Morocco / Mərakeş səfirliyi
12/05/2023
Məktəbimizin qızlardan ibarət kəndirlə mübarizə komandası kəndirlə mübarizə idman növündə ölkə kubokunda qızlar arasında 🥇 yerə layiq görülüb və həmçinində qarışıq qrupda mükafatçılar arasında olublar. Qızlardan ibarət komandamız həmçinin OCEP layihəsi çərçivəsində keçirilən kəndirlə mübarizə idman növündə 🥉 yeri tutmuşdular.
Məktəbimiz adından qızlarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
Xatırladaq ki, Olimpiya hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə birləşdirən Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP) Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı dövründə Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən yaradılıb və hal hazırda yalnız Avorpa deyil dünyanın müxtəlif ölkələrini də əhatə edir.
National Olympic Committee of Azerbaijan
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Tug of War Azerbaijan
OCEP 2019
OCEP 82 nömrəli tam orta məktəb
82 nomrəli tam orta məktəb
06/04/2023
Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində...
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Elm və Təhsil
06/04/2023
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Kəndirlə mübarizə idman cəmiyyəti İB tərəfindən kəndirlə mübarizə yarışı təşkil olunub. 6️⃣ aprel Sülh və İnkişaf Naminə Beynəlxalq İdman günü və Ümumdünya Fiziki Aktivlik gününə həsr edilən yarışa 18 OCEP məktəbinin oğlan və qızlardan ibarət komandaları qatılıb.
Məktəbimizin qızlardan ibarət komandası 3 🥉cü yeri tutmuşdur. Şagirdlərimizi qalibiyyət münasibətilə təbrik edir, uğurlarının davamını arzu edirik.
Xatırladaq ki, Olimpiya hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə birləşdirən Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP) Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı dövründə Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən yaradılıb və hal hazırda yalnız Avropa deyil dünyanın müxtəlif ölkələrini də əhatə edir.
National Olympic Committee of Azerbaijan
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
EYOF Maribor 2023
10/03/2023
82 nömrəli məktəb və Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə OCEP layihəsi çərçivəsində görüş keçirildi. Görüşdə 82 nömrəli tam orta məktəbina direktoru Leyla Fətiyeva və təşkilat komitəsinin üzvləri iştirak etmişdir.
Görüşün sonunda xatirə şəkli çəkilmişdir.