19/08/2026
Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə avqust–oktyabr aylarını əhatə edəcək məşqçilik kurslarına bu gün — 19 avqust tarixində start verildi.
Kursun ilk günündə xarici mütəxəssis Ognyanov Ognyan tərəfindən sprint və sədlərlə qaçış üzrə xüsusi təlim keçirildi.
Təlim çərçivəsində əsas diqqət sprint və sədlərlə qaçışın texniki və praktiki aspektlərinə, məşq prosesinin daha effektiv qurulmasına və idmançıların inkişafına yönəldildi.
Bu kursun həm məşqçilər, həm də idmançılar üçün yeni bilik və təcrübə baxımından faydalı olacağına inanırıq. Qarşıdakı günlərdə iştirakçıları daha maraqlı və faydalı təlimlər gözləyir!
14/08/2026
10–16 avqust tarixlərində Böyük Britaniyanın Birmingem şəhərində keçirilən Avropa Çempionatında üçtəkanla tullanma növündə ölkəmizi təmsil edən atletlərimiz Yekaterina Sariyeva və Rüstəm Məmmədov çıxışlarını başa vurublar.
10 avqust tarixində çıxış edən Yekaterina Sariyeva 13.91 m nəticə göstərərək 16-cı yeri tutub və bu nəticə ilə Azərbaycanın yeni ölkə rekordunu müəyyənləşdirib. 🇦🇿👏🏼
12 avqust tarixində isə Rüstəm Məmmədov üçtəkanla tullanma növündə mübarizə aparıb və 15.71 m nəticə ilə 19-cu yeri tutub.
Atletlərimizə qarşıdakı yarışlarda uğurlar arzulayırıq! 🇦🇿🏆
10/08/2026
Yekaterina Sariyeva 10 Avqust 2026-cı il tarixində Böyük Britaniyanın Birmingem şəhərində keçirilən Avropa Çempionatında üçtəkanla tullanma növü üzrə göstərdiyi 13.91m nəticə ilə ümumilikdə 16-cı yerdə qərarlaşıb və qadınlar arasında yeni ölkə rekorduna imza atıb🇦🇿
İdmançımızı təbrik edirik!
05/08/2026
Bir dəyərli insanı, itirməyin ağır kədərini yaşayırıq. Tofiq öz samimiyyətilə həmişə qəlbimizdə yaşayacaq. Sənin adın da, əziz xatirən də həmişə dualarımızda yaşayacaq. Ruhun şad olsun! 🤲
04/08/2026
Azərbaycan atletika millisinin üzvü Quliyeva İlahə 5–9 avgust tarixlərində ABŞ-ın Yucin şəhərində keçiriləcək U20 Dünya Çempionatında 400 metr məsafəyə qaçışda ölkəmizi təmsil edəcək.
🇦🇿 Uğurlar İlahə!
02/08/2026
Bu gün Azərbaycan Atletika ailəsi ağır itki ilə üzləşib. Azərbaycan Atletika Federasiyasının atmalar üzrə məşqçisi və təlimçi vəzifəsində fəaliyyət göstərən Tofiq Məmmədov dünyasını dəyişib.
Mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Məkanı cənnət olsun."
29/07/2026
Azərbaycan Atletika Federasiyasının milli komandasının üzvü Yekaterina Sariyeva 10–16 avqust tarixlərində Böyük Britaniyanın Birmingem şəhərində keçiriləcək Avropa Çempionatında (Stadionda) ölkəmizi təmsil edəcək.
İdmançımız çempionatda üçtəkanla tullanma növü üzrə mübarizə aparacaq.
İdmançımıza uğurlar! 🇦🇿 European Athletics
29/07/2026
Azərbaycan Atletika Federasiyasının milli komandasının üzvü Rüstəm Məmmədov 10–16 avqust tarixlərində Böyük Britaniyanın Birmingem şəhərində keçiriləcək Avropa Çempionatında (Stadionda) ölkəmizi təmsil edəcək.
İdmançımız çempionatda üçtəkanla tullanma növü üzrə mübarizə aparacaq.
İdmançımıza uğurlar! 🇦🇿 European Athletics
16/07/2026
Bu gün Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib. Toplantıda qəbul olunan qərara əsasən, Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib. Cavid Qurbanov Mariana Vasilevaya fəaliyyətində uğurlar və yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.