Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi

Share

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İB 21.06.2019-cu ildə təsis edilmişdir.

Photos from Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi's post 15/11/2024

8 Noyabr 2024-cü il tarixində Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi və Sosial İnkişafa yardım İctimai Birliyinin təşkilatçılığı ilə COP29 çərçivəsində “COP29: Yaşıl Dünya naminə cari və gələcək perspektivlər” mövzusunda seminar keçirildi. Seminarın məqsədi ekoloji məsələlərin, davamlı inkişafın və ətraf mühitin qorunmasının cari vəziyyətini və gələcək perspektivlərini müzakirə etmək idi. Bu seminarın əhəmiyyəti xüsusilə 8 Noyabr - Zəfər Günü ilə üst-üstə düşdüyü üçün daha böyük diqqətlə qarşılandı.

Tədbir 44 günlük vətən müharibəsində canından keçmiş şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu. Zəfər Gününün önəmindən bəhs edilərək iştirakçılara bu qələbənin Azərbaycan üçün mənəvi dəyərindən danışıldı və milli birlik ruhunun ekoloji təşəbbüslərdə də önəmli rol oynadığını vurğulandı.

İşaldan azad edilmiş ərazilərimizin təbii resurslarının düzgün istifadəsinin və ətraf mühitin mühafizəsinin vacibliyini qeyd edilərək vurğulandı ki, ekosistemin bərpası və dayanıqlı inkişaf bu ərazinin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
AOPE-nin əməkdaşı, Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır 2023” qrant müsabiqəsinin “Yaşıl İqtisadiyyatın dayanıqlı inkişafın təmin olunmasında rolu” adlı layihənin qalibi, tədqiqatçı Fədai Mərdanlı gənclərə ətraf mühitin mühafizəsində fərdi məsuliyyətin önəmini izah etdi və onları ekoloji problemlərin həllində aktiv iştirak etməyə çağırdı. Həmçinin, Qarabağ ərazisinin potensial ekoloji layihələr üçün ideal bir sahə olduğuna diqqət çəkdi, bu sahədə irəli sürülən yeni texnologiyaların və innovativ yanaşmaların ətraf mühitə müsbət təsir göstərə biləcəyini vurğuladı.

Daha sonra gənc tədqiqatçı Fədai Mərdanlı seminarın əsas mövzusuna toxundu. O, COP29-un aktual mövzuları və Yaşıl Dünya üçün cari və gələcək perspektivlərdən danışaraq COP29-un əhəmiyyəti, əvvəlki və gələcək Cop-lar arasında COP 29 körpü rolu, dünya və həmçinin ölkəmiz üçün gündəlikdə duran prioritet məsələlər, dünya üçün yeni gözləntilər haqqında ətraflı məlumat verdi.
Fədai Mərdanlı çıxışında eyni zamanda ekoloji təmiz məhsul istehsalı, ixracı və bu sahədəki texnoloji yeniliklərin əhəmiyyətini qeyd etməklə Şərqi Zəngəzur və Qarabağda ekoloji təmiz məhsul fəaliyyətləri üçün münbit şəraiti iştirakçıların diqqətinə çatdırdı, iştirakçılara davamlı inkişaf məqsədlərinə çatmaq üçün ekoloji təmiz məhsul fəaliyyətlərində yeni yanaşmalar barədə ətraflı məlumat verdi.

Photos from Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi's post 18/07/2023

“Gələcəyin Assosiasiyaları Akademiya”-nın “Səmərəli idarəçilik” təlimi keçirildi.

Training of the "Associations for the Future Academy" on the topic of "Good governance" is held.




12/07/2023

...🇦🇿

2020-ci ilin bu günlərində Azərbaycan xalqının, o cümlədən beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindən gələn informasiyalara yönəlmişdi. Xəbərlər isə çox həyəcanverici idi. Çünki iyulun 12-dən etibarən düşmən sərhədin Tovuz rayonu ərazisində irimiqyaslı təxribatlara əl atmışdı.

Təxribatlar zamanı Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə alıb. Döyüşlər nəticəsində ermənilərin neçə-neçə dayaq məntəqəsi dağıdılıb, bir çox döyüş texnikası sıradan çıxarılıb, onlarla hərbçisi məhv edilib. Tovuz hadisələri zamanı Azərbaycan əsgərinin döyüş hazırlığı, qələbə ruhu, vətənpərvərliyi düşmənin işğalçılıq niyyətinə qalib gəlib.

Bir sözlə, bu döyüşlər böyük qələbənin başlanğıcı oldu. Belə ki, düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu - 44 günlük Vətən müharibəsinin...🇦🇿🇦🇿🇦🇿

Photos from Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi's post 06/07/2023

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən icra olunan, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən, Əlil Təşkilatları İttifaqı (ƏTİ) və “Finance and Social İnnovation Consulting” (FSİC) ilə birgə həyata keçirilən USAID “Gələcəyin Assosiasiyaları” (AFA) layihəsinə start verildi. Tədbir çərçivəsində “Səmərəli Assosiasiyada Sənədləşmənin Əsasları” mövzusundə seminar keçirildi. Daha sonra assosasiyaları təmsil edən nümayəndələrə strateji planlaşdırma, missiya, uzunmüddətli baxış və s. mövzularda faydalı məlumatlar verildi. Seminarda "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İctimai Birliyi-nin nümayəndələri Gülay Rövşən və Əsbət Sofiyeva iştirak etmişdir.

05/07/2023

23 iyun 2023-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən icra olunan, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən, Əlil Təşkilatları İttifaqı (ƏTİ) və “Finance and Social İnnovation Consulting” (FSİC) ilə birgə həyata keçirilən USAID “Gələcəyin Assosiasiyaları” (AFA) layihəsi çərçivəsində 1-ci il üçün seçilmiş 6 benefisiar assosiasiya ilə USAID Azərbaycan ofisində görüş keçirilmişdir. Görüşün məqsədi iştirakçılarla tanış olmaq və layihə çərçivəsində planlaşdırılan potensialın gücləndirilməsi fəaliyyətini təqdim etmək olmuşdur.
***********************************************************************
On June 23, 2023, within the framework of the "Associations for the Future" (AFA) Activity, implemented by the Azerbaijan Micro-finance Association (AMFA), financed by the United States Agency for International Development (USAID), implemented jointly with the Union of Disabled People Organizations (UDPO) and "Finance and Social Innovation Consulting" (FSIC) a meeting was held at the USAID Azerbaijan office with 6 beneficiary associations selected for the 1st year within the framework of the (AFA) Activity. The purpose of the meeting was to get acquainted with the participants and to present the capacity building activity planned within the project.



03/07/2023

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.

Leyla xanımı təbrik edir, fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq!


02/07/2023

Vəzifə borcunu şərəflə və məsuliyyətlə yerinə yetirən, xalqına xidmət edən Azərbaycan Polisləri, ailəsi adından sizi peşə bayramınız münasibətilə təbrik edirik! 🇦🇿

02/07/2023

Vəzifə borcunu şərəflə və məsuliyyətlə yerinə yetirən, xalqına xidmət edən Azərbaycan Polisləri, adından sizi peşə bayramınız münasibətilə təbrik edirik! 🇦🇿

27/06/2023

Qurban Bayramınız Mübarək!

26/06/2023
26/06/2023

Əlində silahı, ürəyində vətən sevgisi ilə keşiyimizdə duran müzəffər ordumuzun yaranmasından 105 il ötür.

Bütün hərbiçilərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirik.

Yaşasın Azərbaycan ordusu!

Photos from Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi's post 25/06/2023

23 iyun 2023-cü il tarixində AOPE və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi”nin idarə heyətinin sədri Emin Əliyev Sumqayət gəncləri ilə "Karyera və biznes quruculuğu" mövzusunda çox məhsuldar görüş baş tutdu.🤩

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Bakı, Kral Hüseyn Küçəsi 64B
Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 18:00