Peşəkar təlimçimiz Rəşid Ramazanovun təqdimatında keçirilən “Hündürlükdə işlərin təhlükəsiz görülməsi” təlimindən vacib məqamları əks etdirən videonu diqqətinizə çatdırırıq.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.
📲 055 512 22 52
📲 077 218 08 00
📲 051 205 82 17
📍Bakı şəh., Neftçilər pr.103
📩[email protected]
̇ş
IST
GÜVƏN ZONASI Qayəmiz – gördüyümüz hər bir işdə müştərilərimizin istəklərini nəzərə alaraq, onların məmnuniyyətini qazanmaqdır.
BİZİM DƏYƏRLƏRİMİZ
Dürüstlük və Bütünlük - Biz, bir-birimiz, müştərilərimiz, təchizatçılarımız və ictimaiyyətimiIndustrial Support and Training Services (IST Services) Əlavə Təhsil Mərkəzi bir qrup peşəkar mühəndislər, təhlükəsizlik üzrə mütəxəssislər və insan resursları menecerləri tərəfindən yaradılmış təşkilatdır. Bizim məqsədimiz neft-qaz və digər sənaye müəssisələri əməkdaşlarına yüksək səvi
28/07/2026
28 iyul tarixində “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC (IST) ilə Marsol Group arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC-nin baş direktoru İbrahim Zeynallı və “MARSOL GROUP”-un direktoru Bilal Qasımlı imzalayıblar.
Memorandumun məqsədi “MARSOL” partnyorları arasında sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) sahəsində məlumatlılığın artırılması, hüquqi və əməliyyat risklərinin erkən müəyyən edilməsi, təkmilləşdirmə istiqamətlərinin təqdim olunması və təhlükəsizlik mədəniyyətinin təşviqinə dəstək göstərməkdir. Əməkdaşlıq çərçivəsində maarifləndirici və məsləhət xarakterli fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənayedə keyfiyyətli və təhlükəsiz işə həm nəzəri, həm də praktiki cəhətdən hazır olmaq peşəkarlığın əsasıdır!
Texniki vərdişlərin düzgün mənimsənilməsi məqsədilə keçirdiyimiz qaynaqçı təlimimizdən qısa bir kadrı sizinlə bölüşürük. 👨🏭
Fövqəladə hallara həm nəzəri, həm də praktiki cəhətdən hazır olmaq həyat xilas edir!
Təhlükəsizlik qaydalarının düzgün mənimsənilməsi məqsədilə keçirdiyimiz yanğından mühafizə təlimimizdən qısa bir kadrı sizinlə bölüşürük. 🧯
13/07/2026
Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təqdim olunan Beynəlxalq Dəniz Təşkilatının DHDNÇ (STCW) konvensiyasının tələblərinə tam uyğunluğumuzu təsdiq edən yeni şəhadətnaməmizi sizinlə bölüşməkdən qürur duyuruq!
08/07/2026
“Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC (IST) və PMO.az-ın rəhbərliyi və əməkdaşlarının iştirakı ilə əməkdaşlıq görüşü keçirilib.
Əməkdaşlıq çərçivəsində peşəkar təlim proqramlarının təşkili, layihələrin hazırlanması və idarə olunması, korporativ inkişaf həllərinin təqdim edilməsi, eləcə də yerli və beynəlxalq layihələrin planlaşdırılması və icrası istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
03/07/2026
Beynəlxalq SƏTƏMM mütəxəssisi Mir Ramin Yunusov Peşəkar SƏTƏMM kursunda “Fövqəladə halların idarə edilməsi və mülki müdafiə” üzrə zəngin beynəlxalq təcrübəsini iştirakçılarla bölüşəcək. Peşəkar təlimçimizi yaxından tanıyın!
🔹 Mir Ramin Yunusov hazırda müvafiq dövlət qurumunda fövqəladə hallar üzrə məsul vəzifədə çalışır. İndiyə kimi, fövqəladə halların idarə olunması və mülki müdafiə işinin təşkili iş karyerasının əsas hissəsi olmuşdur. Eyni zamanda o, Bakı Mühəndislik Universitetinin Ümumi fənlər kafedrasının müəllimi kimi bu və digər ali təhsil müəssisələrində “Mülki müdafiə” və “Əməyin mühafizəsi” fənlərini tədris edir.
🔹 Peşəkar fəaliyyəti ərzində o, Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi, INSARAG Usar Coordination Course (Türkiyə), JICA “Disaster Risk Reduction” (Yaponiya), “Training of Trainers” (Finlandiya, Gürcüstan) və Kimyəvi silahlardan mühafizə (OPCW, Belarus) kimi bir çox nüfuzlu beynəlxalq və yerli təlimləri uğurla tamamlamışdır. 2023-cü ildə Gürcüstan Respublikasında “Prevention Preparedness and Response to natural and man-made Disasters (PPRD East3)” proqramı çərçivəsində “Meşə yanğınları zamanı operativ reaksiya” mövzusunda təşkil olunan sahə təlimində “qiymətləndirici (evaluator)” və 2025-ci ildə Bolqarıstan Respublikasında təşkil olunan “20-ci NATO EADRCC Fövqəladə Halların İdarə Edilməsi - BULGARIA 2025” sahə təlimində “koordinasiya üzrə məsul şəxs” qismində iştirak etmişdir.
🔹 Mir Ramin Yunusov nüfuzlu beynəlxalq xülasələndirmə bazalarına daxil olan “Mülki müdafiə” və “Civil Defense” dərs vəsaitlərinin, həmçinin 4-ü xarici elmi jurnallarda dərc olunmaqla, ümumilikdə 14 elmi məqalənin müəllifidir.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.
📲 +994 55 512 22 52
📲 +994 50 277 77 85
📲 +994 77 218 08 00
📍Bakı şəh., Neftçilər pr.103
📩[email protected]
SƏTƏMM beynəlxalqsertifikat
03/07/2026
3 iyul — Beynəlxalq Polietilen Paketsiz Gün münasibətilə hər birimizi vərdişlərimizi nəzərdən keçirməyə və birdəfəlik plastik paketlərdən imtina edərək təkrar istifadə olunan alternativlərə üstünlük verməyə çağırırıq. Kiçik dəyişikliklər, kollektiv şəkildə tətbiq edildikdə, ətraf mühitimizin qorunmasına əhəmiyyətli töhfə verə bilər. 🌍♻️
Kritik anlarda düzgün və vaxtında göstərilən ilkin yardım həyat xilas edir. Peşəkar təlimçilərimiz tərəfindən həyata keçirilən praktiki “İlk Yardım” təlimimizdən qısa kadrı sizə təqdim edirik.
Komandanızın hər cür fövqəladə vəziyyətə tam hazır olması üçün təlimlərimizə qeydiyyatdan keçin!
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.
📲 +994 55 512 22 52
📲 +994 50 277 77 85
📍Bakı şəh., Neftçilər pr.103
📩[email protected]
26/06/2026
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə müzəffər ordumuzu və bütün xalqımızı səmimi qəlbdən təbrik edirik.
Vətənimizin keşiyində mərdliklə dayanan hər bir hərbçimizə möhkəm cansağlığı, şərəfli xidmətlərində sarsılmaz iradə və davamlı uğurlar arzulayırıq.
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Səbail Ray. , Neftçilər Pr. 103
Baku
AZ1001
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |