AŞF Sosial Komissiyası

AŞF Sosial Komissiyası

Share

Azərbaycan Şahmat Federasiyası İctimai Birliyinin Qadın və uşağ Sosial Komissiyasının rəsmi səhifəsi�

Photos from AŞF Sosial Komissiyası's post 02/09/2024

Sentyabrın 2-də Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda AŞF-nin prezidenti Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov, baş katib İlahə Qədimova, İcraiyyə Komitəsinin üzvləri və federasiyanın nümayəndələri iştirak edib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxışında kişi və qadın şahmatçılardan ibarət milli komandaların Budapeştdəki Ümumdünya Şahmat Olimpiadasına hazırlığı barədə məlumat verib. Hər iki komandanın Macarıstandakı mötəbər yarışa hazırlaşması üçün lazımi şəraitin yaradıldığı qeyd olunub. Bildirilib ki, qadın şahmatçılardan ibarət milli son məşqləri İsmayıllının Basqal kəndində keçirir.
İclas zamanı 2025-ci ildə təşkil olunacaq kişi və qadınlar arasında Azərbaycan çempionatının təqdimatı nümayiş etdirilib, 2025-ci ildə keçiriləcək yerli turnirlərin təqvim planı müzakirə edilib. Görüşdə gələn ilin təqvim planının qısa zamanda təsdiqlənməsi barədə federasiyanın katibliyinə tapşırıq verilib.

10/05/2024
Photos from AŞF Sosial Komissiyası's post 30/04/2024

ŞAHMATÇIMIZ AVROPA ÇEMPİONU OLDU!

Yunanıstanın Rodos adasında keçirilən yarışda Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionu olub. Təmsilçimiz 10 oyunda 8,5 xal toplayaraq Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşüb. O, son turda Nino Batsiaşvili (Gürcüstan) ilə heç-heçə etməklə buna nail olub.
Təbrik edirik!

Photos from AŞF Sosial Komissiyası's post 18/12/2023

Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş Beynalxalq Şahmat Turniri

Photos from AŞF Sosial Komissiyası's post 04/11/2023

Noyabrın 3-də Azərbaycan Şahmat Federasiyasında İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun sədrliyi ilə keçirilən iclasda İcraiyyə Komitəsinin üzvləri - AŞF-nin I Vitse-Prezidenti Faiq Həsənov, vitse-prezident Seymur Talıbov, Sərxan Həşimov, Cahangir Ağarəhimov, Aynur Sofiyeva, Elnur Əliyev o cümlədən baş katib İlahə Qədimova, müxtəlif komissiyaların, şöbələrin rəhbərləri və məşqçilər iştirak edib.
İclasda 2024-cü ilin təqvim planı müzakirə edilərək təsdiq olunub. Azərbaycan Şahmat Federasiyasının rəhbəri Mahir Məmmədov şahmatçıların klassik şahmatda təcrübə azlığının milli komandaya təsirindən danışıb. Milli komandanın heyətini müəyyənləşdirərkən yeni qaydalar barədə fikir mübadiləsi aparılıb. Yekunda 1 noyabr 2023-cü il – 1 iyul 2024-cü il tarixlərini əhatə edən müddət ərzində milli komanda üzvləri üçün minimum 18 klassik şahmat partiyasında iştirakla bağlı şərt qəbul edilib.
Qadınlar arasında milli komandanın məşqçisi Yevgeni Tomaşevski qarşıdan gələn Avropa çempionatına hazırlıq barədə hesabatla çıxış edib və İcraiyyə Komitəsinin üzvlərini maraqlandıran suallara cavab verib.
Ardınca Azərbaycan Şahmat Federasiyasının rəhbəri Mahir Məmmədov milli komandalara lazımi şəraitin yaradıldığını bildirib. AŞF rəhbəri milli komandalarla işləmək üçün bu sahədə təcrübəsi olan psixoloqlara ehtiyac olduğunu söyləyib.
İcraiyyə Komitəsinin üzvü Aynur Sofiyeva uşaq və qadın sığınacaqlarında şahmat dərslərinin keçilməsi və bölgələrdə istedadlı uşaqların seçilməsi üçün onlayn şahmat məktəbinin yaradılması ilə bağlı təklif irəli sürüb. Federasiyasının onlayn şahmat məktəbinin konsepsiyasının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.
Azərbaycan Şahmat Federasiyası İcraiyyə Komitəsinin növbəti iclasının dekabrda keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Kövkəb Səfərəliyeva, 12
Baku
AZ1010