OnbirMetr

OnbirMetr

Share

Futbolu “On Bir Metr”dən izlə! Hədəfimiz, xəbəri sizə keyfiyyətli şəkildə çatdırmaqdır.

23/05/2023

Azərbaycan millisinin və "Səbail"in qapıçısı Emil Balayev iş yerini dəyişəcək.
29 yaşlı "əlcək sahibi" "Sumqayıt"a keçəcək.

Təcrübəli qolkiper "kimyaçılar"la danışıqlar aparır. O, yeni mövsümdən "Gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.

Bildirək ki, ötən ildən "dənizçilər"in formasını geyinən Balayevin klubla müqaviləsinin müddəti gələn ayın 30-da başa çatacaq.

23/05/2023

Bu qış "Neftçi"nin Latviyanın "Dauqavpils" klubuna icarəyə verdiyi Ramin Nəsirlinin çıxışı Azərbaycan təmsilçilərinin də diqqət mərkəzindədir. Onunla "Kəpəz" və "Turan Tovuz" maraqlanır.

"Dauqavpils"də 9 nömrəli futbolkanı daşıyan, əsas heyətində möhkəmləndiyi komandada 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 20 yaşlı oyunçu Latviya çempionatının liderinin - "Riqa"nın da radarındadır. Hətta "Riqa"nın xorvat çalışdırıcısı Tomislav Stipiç özü şəxsən Raminin çıxışını diqqətdə saxlayır.

23/05/2023

Ramil Şeydayev TAYLAND çempionatında!!!

Şeydayev Taylandın son çempionu “Buriram Yunayted”lə anlaşıb. Artıq 2 illik müqavilə bağlayıb. Tərəflər ilkin anlaşmaya imza atıblar.

Futbolçuların son klubu ilə müqaviləsinin müddətinin bitməsinə 6 ay qalmış başqası ilə danışmaq və ilkin müqavilə bağlamaq hüququ var. Şeydayev də bu fürsətdən istifadə edib. Ramil mövsüm yekunlaşan kimi anlaşmasını rəsmiləşdirəcək.

22/05/2023

Bu gecədə Neftçi fenerbahçe dostlarımız üçün yandıraq 🚬 Neftçili Fenerli dostlarınızı yoruma tağ edin 😊

22/05/2023

Hər şey son tura qaldı❗️

Avrokuboklara "Qəbələ", yoxsa "Zirə" gedəcək?

I Diviziona "Səbail", yoxsa "Şamaxı" düşəcək?

21/05/2023

🔥Qəbələ"nin legionerlərindən 2-sinin gələcək taleyinə aydınlıq gəlib. Braziliyalı müdafiəçi Ruan Renato ilə şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi ölkəmizdə klublarını dəyişməyə qərar veriblər.

Belə ki, "Qəbələ"nin yeni müqavilə təklifini qəbul etməyən cütlük "Zirə"nin cəlbedici maddi şərtlərinə "hə" deyiblər.

Artıq tərəflər anlaşıb və legionerlər "Neftçi" ilə Kubokun final görüşündən sonra "qırmızı-qaralar"dan birdəfəlik gedəcəklər.

20/05/2023

BOATENG "QARABAĞ"A GƏLİR? 🤔

"Qarabağ"ın maraq göstərdiyi futbolçulardan biri də Kennedi Boatenqdir. Toqo 🇹🇬 millisinin də üzvü olan 26 yaşlı mərkəz müdafiəçisi Portuqaliyanın 🇵🇹 "Santa Klara" klubunda çıxış edir. 1,91 metr boya malik futbolçunun mövsümün sonunda klubu ilə müqaviləsi başa çatacaq.

"Qarabağ"ın daha öncə "Santa Klara"dan Romaonu transfer etdiyini, müəyyən əlaqələrin olduğunu, üstəlik, Qurban hocanın stoper axtarışında olduğunu nəzərə alsaq, bu keçid olduqca real görünür.

📊 Boatenqin cari mövsümkü statistikası:

👕 30 oyun
⚽️ 4 qol
🥅 1 avtoqol
🟨 6 sarı vərəqə
🟥 1 qırmızı vərəqə

18/05/2023

Bu yay İstanbulda baş tutacaq matçdan sonra Qarabağ və Qalatasaray klubları yenidən Azərbaycanda oynayacaqlar. Bu dəfə qarşılaşma Şuşada oynanacaq. Matçın 2-3 il ərzində baş tutması gözlənilir.

Artıq Şuşada stadion tikintisinə də start verilib.

17/05/2023

🔥Rumıniyanın elita təmsilçilərindən olan “Voluntari” azərbaycanlı futbolçu ilə güclənmək istəyir. Bu, hazırda “Səbail”in formasını geyinən Elmir Tağıyevdir.

22 yaşlı yarımmüdafiəçi ilə futbol agentləri vasitəsi ilə maraqlanan Rumıniya təmsilçisi artıq sözügedən oyunçunun sosial şəbəkə hesabını da təqib edir.

Tağıyevin xidmətində vaxtilə Birinci Divizionda şərəfini qoruduğu “Turan Tovuz” da maraqlıdır.

16/05/2023

Julio Romao yayda "Qarabağ"ı tərk edə bilər!!

Julio Romao karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.Onu heyətində görmək istəyənlərdən biri “Ankaragücü”dür. Türkiyə Super Liqasında çıxış edən paytaxt klubu Julio yayda transfer etməyi planlaşdırır.

15/05/2023

🤩Premyer Liqaya Xoş gəldiz! 🔥

AFFA "Araz Naxçıvan" və "Zaqatala"ya Premyer Liqada iştirak üçün lisenziya verdi.

15/05/2023

🔥Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün qalibi olan "Qarabağ" Çempionlar Liqasında mübarizə aparacaq.✅

"Atlılar" yarışa I təsnifat mərhələsindən başlayacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin potensial rəqiblərindən 9-u artıq məlumdur. I təsnifatda səpələnmişlər səbətində yer alacaq "Qarabağ"ın ilk raunddakı rəqibləri nisbətən zəif komandalar olacaq.

“Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa),
“Haken” (İsveç),
“Valmiyera” (Latviya),
“Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta),
“Svift Esperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya)
və ilkin mərhələnin qalibi olacaq komandadır

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Baku
Baku