31/10/2018
mahmızının diffrrensial kriteriyası: 1. səhər oyandıqda ayağı yerə basan zaman şiddətli ağrının yaranması 2. 15 dəq ayaq üstə qaldıqda və ya uzun sürə oturub durduqdan sonra ağrının yaranması
3. ağrının unilateral nöqtədə əmələ gəlməsi(bir nöqtədə)
4.plantar fassiyanın dabana birləşdiyi nöqtədə lokal ağrı
Müalicəsi peşəkar həkim komandası tərəfdən aparılır
.a.mujgan_muradova
.elnur_yusifov
25/04/2018
Optima MR450 W 1.5T MR aparatı –Azərbaycanda yeganə unikal bir cihazdır!
Bu universal cihazın unikallığı nədir?
230 kq -ə qədər çəkisi olan pasiyentlər üçün nəzərdə tutulub. Artıq çəkili pasientlər proseduru rahat keçə bilirlər və heç bir diskomfort hiss etmirlər.
Cihazın qentri genişliyi 70 sm-dir! Klaustrofobiyadan əziyyət çəkən pasientlər atrıq rahat və komfortlu şəraitdə prosedurdan istifadə edirlər.
Müayinələr yüksək sürətlə aparılıb, ortalama müayinə vaxtı 15 dəqiqə çəkir. Bu da pasientlərin rahatlığı üçün əhəmiyyətlidir.
Səssiz rejimlər (Silent Scan) nəzərdə tutulub. Bu unikal funksiya pasientlərə prosedur zamanı psixoloji komfort yaradır, yüksək səslər azalır.
Optima MR450w 1.5T MR cihazı son müasir protokollarla zəngindir! Bu üstünlük ən çətin patologiyaları daha dəqiq aşkarlamaq imkanı verir(onkologiyada, pediatriyada, nevrologiyada)
Və nəhayət Optima MR450 W 1.5T MR cihazın komplektasiyası bütün növ radioloji müayinələr üçün yığılıb:
baş beyin;
paranazal sinuslar;
orbital strukturlar;
gicgah sümükləri;
onurğa sütunu (boyun, döş, bel, oma, büzdüm)
mieloqrafiya;
boyun yumşaq toxumaları;
oynaqlar
ətraf sümüklər və yumşaq toxumalar;
döş qəfəsinin yumşaq toxumaları və divararalığı;
qarın boşluğu üzvləri;
kontrastsız MRCP (xolanqiopankreatoqrafiya);
kiçik çanaq üzvləri;
böyrəklər və böyrəküstü vəzilər;
süd vəzilərin MR
kontrastlı və dinamik kontrastlı müayinələr( avtomatik injektor vasitəsi ilə)
kontrastsız 3D TOF angioqrafiya.
MR-enteroqrafiya
MR-uroqrafiya
Fetal MR
Whole Body
3D Spectrogramma
Cardiac MR
Breast Rutine
23/04/2018
MLS – Robotik Lazer Terapiyası
MLS- qısa müddət ərzində ağrıya,kontrakturaya, iltihaba və ödemə təsir edən lazer terapiyasıdır. MLS-in digər lazer apparatı siniflərindən fərqi lazer şüasının səthi toxumalara isitmədən davamlı və pulsaedici impulslu təsir etməsidir. Bu üsul vasitəsilə ağrı tez aradan qaldırılır və reabilıitasiya dövrü qısalır
MLS Lazer müalicəsi hüceyrə toxumasına güclü bir anti-inflamatuar, anti-ödematöz təsiri olan xüsusi işıq dalğalarından istifadə edir. Lazer, toxum hüceyrələrinə ağrısız nüfuz edən və bədənin təbii müalicə prosesini sürətləndirən enerji fotonlarını yaradır. Bu təsir nəticəsində tendonlar, ligamentlər və əzələlər özlərini daha sürətli bərpa edirlər. Buna görə, bu texnologiya sayəsində şişlik və iltihabla müşayiət olunan ağrılı səbələr aradan qalxır.
Təsir effektləri :
İltihabəleyhinə
Ağrıkəsici
Damar aktivliyinə
Metobolik aktivliyə
Trigger nöqtələri
Fibroz toxumanın əmələ gəlməsinin qarşısını alır
Sinir innervasiyasını aktivləşdirir
İmmunoregulyasiya
MLS Lazerterapiyası üçün göstərişlər:
• Oynaq xəstəlikləri (artritlər, artrozlar, bursitlər və s.)
• Travmalar və posttravmatik zədələnmələr
• Qığırdaq toxumasının iltihabi prosesləri
• Onurğanın osteoxondrozu
• Fəqərəarası disk yırtığları
• Ödem
18/04/2018
İdmaçılarımızın müalicədən sonrakı təbəssümü bizim gücümüzdür.
18/04/2018
Bugünlərdə fiziki metodlarla müalicə arasında daha çox üstünlüyü maqnit sahəsi daşıyır. Transkranial maqnitoterapiya endokrin və bir sıra qeyri-endokrin xəstəliklərin müalicəsində yeni müalicə metoddudur.
• Maqnit sahəsi istilik təsiri etmədən,beynin ən dərin strukturlarına təsir edərək,yüksək keçiriciliyə malikdir.
• İmpulslu Maqnit sahəsi transmembran ionların daşınmasını intensivləşdirib sinaptik ötürməyə təsir edərək sinir impulslarının keçiriciliyini yaxşılaşdırır
• Damargenişləndirici,iltihabəleyhinə,immunmodulyator,sedativ və neyrotrop təsirə malik maqnit sahələri məlumdur
• Damargenişləndirici sahəyə görə qaçan maqnit sahələri hipotonik təsir, likvordinamikanı normallaşdıran, hipotalamo-hipofizar sahənin mikrosirkulyasiyasını yaxşılaşdırır.
• Qaçan maqnit sahəsi bir çox biotrop parametrlərə sahib olub, sahənin modulyasiya tezliyi ilə dinamik və rezonans təsirlərini MSS-in funksional tezlik diapazonunda həyata keçirməyə səbəb olur. Bu orqanizmin cavab reaksiyasını formalaşdırır və böyük bioloji təsir sahəsi yaradır.
• Maqnitoterapiya daha çox terapiyanın fizioloji növüdür, belə ki, bətndaxili inkişaf dövründən başlayaraq insan Yer kürəsində daim maqnit sahəsində yaşayır və baş verən dəyişikliklərə adaptasiya olunur.
• Maqnitoterapiya çox az əks göstərişləri olan müalicə növüdür
Göstərişlər:
Nevroloji xəstəliklər zamanı:
-Beyin qan dövranının xroniki pozğunluqlarında
-Keçirilmiş İşemik insultdan sonrakı vəziyyətlərdə
-Kəllə-beyin travmasının nəticələrində
-Baş ağrılarında
-Kəllə-beyin sinirlərinin nevropatiya və nevralgiyası zamanı
Oftalmologiyada:
-Görmə sinirinin atrofiyası zamanı(hissəvi)
-Ambliopiyada
-Görmə analizatorunun inkişafından qalması zamanı
Pediatriyada:
-Hidrocefal sindrom zamanı
-Vegetativ pozğunluqlarda
-Hipotalamik və sadə kökəlmə
-LOR orqanlarının və allergik rinitin profilaktikası
-Mədə-bağırsaq traktının funksional pozğunluqlarında
Urologiya və dermatovenerologiyada:
-Uretroprostatitdə
-Neyrodermitdə
-Atopik dermatitdə
Ginekologiyada:
-Vulvovaginit zamanı
-Adneksitdə
-Salpinqooforitdə və s.
Endokrinologiyada:
-Pubertant periodda hipotalamik sindrom zamanı
-Obezitə
-Şəkərli diabet zamanı vegetativ disfunksiyalarda
Əks Göstərişlər :
Qanın sistem xəstəliklər
Kəskin hemorragik insult
Kəskin infarkt miokardı
Maqnitterapiyaya individual dözümsüzlük
Kəskin dövrdə beyindaxili qanaxmalar zamanı
12/04/2018
Biz sizin sağlamlığınızın keşiyindəyik!🙏
06/04/2018
Karate üzrə Respublika çempionumuz Əliverdiyeva🏃♀️ Zəhra