17/06/2024
4-cü günün oyunları! Ən maraqlı qarşıdurma hansıdır?🤔👇🏼
İdman haqqında bütün operativ xəbərlər bu səhifədə
17/06/2024
4-cü günün oyunları! Ən maraqlı qarşıdurma hansıdır?🤔👇🏼
16/06/2024
Almaniyada keçirilən AVRO-2024 davam edir.
Çempionatın üçüncü günü Helzenkirhendə yekunlaşıb.
Günün son matçında C qrupunun komandaları üz-üzə gəlib. Favoritlərdən olan İngiltərənin Serbiya ilə oyununun taleyini 1 qol həll edib. Cud bellingem 13-cü dəqiqədə qələbə topunun müəllifi olub.
Qeyd edək ki, C qrupunun digər görüşündə Sloveniya ilə Danimarka heç-heçə oynayıb.
16/06/2024
Almaniyada təşkil olunan AVRO-2024-ün C qrupunda mübarizəyə start verilib.
Sloveniya və Danimarka qarşılaşıb.
Görüş Ştutqartda keçirilib və qalib müəyyənləşməyib. Danimarka hesabı erkən açsa da, fasilədən sonra Sloveniya bərabərlik qolunu vurub. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər matçında İngiltərə və Serbiya üz-üzə gələcək.
16/06/2024
AVRO-2024-ün qrup mərhələsinin I turu davam edir.
Bu gün D qrupunda mübarizəyə start verilib.
İlk matçda Polşa və Niderland qarşılaşıb. "Narıncılar" əzmkar qələbə qazanıblar. Onlar erkən qol buraxsalar da, oyunda dönüş yarada biliblər. Meydana sonradan daxil olan Veqhorst qələbə topunun müəllifi olub. O, 83-cü dəqiqədə fərqlənib.
Qeyd edək ki, qrupun digər oyunu sabah keçiriləcək.
16/06/2024
3-cü oyun gününün ən maraqlı oyunu hansıdır?🤔👇🏼
16/06/2024
Sizcə, bu gün 17:00-da keçiriləcək oyunda kim qələbə qazanacaq?
🇵🇱Polşa
🇳🇱Niderland
🤝Heç-heçə
15/06/2024
Almaniyada keçirilən AVRO-2024-ün qrup mərhələsi davam edir.
Bu gün B qrupunda I tura yekun vurulub.
Günün son matçında İtaliya ilə Albaniya qarşılaşıb. "Olüm qrupu"nun Dortmundda baş tutan oyununda son çempion qələbə qazanıb. Erkən qol buraxan italiyalılar ardıcıl 2 dəfə fərqləniblər. İtaliya yığması 16 dəqiqəyə hesabda önə keçib və üstünlüyünü sonadək qoruyub saxlayıb.
Qeyd edək ki, qrupun digər matçında İspaniya Xorvatiyaya qalib gəlib.
15/06/2024
Bu gün AVRO-2024-ün B qrupunda mübarizəyə start verilib.
"Ölüm qrupu"nun ilk oyununda İspaniya ilə Xorvatiya üz-üzə gəlib.
Matç Berlindəki Olimpiya stadionunda baş tutub. İspaniya böyükhesablı qələbə qazanıb. Onlar Xorvatiyanın qapısından 3 cavabsız top keçiriblər. Bütün qollar birinci hissədə vurulub.
Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda İtaliya və Albaniya görüşəcək.
15/06/2024
Sizcə, bu gün 23:00-da keçiriləcək oyunda kim qələbə qazanacaq?
🇮🇹İtaliya
🇦🇱 Albaniya
🤝Heç-heçə
15/06/2024
Bu gün AVRO-2024-ün final mərhələsində növbəti matçlar keçirilir.
İdman.biz xəbər verir ki, çempionatın ikinci oyun günü Kölndə başlayıb.
A qrupunun matçında Macarıstanla İsveçrə üz-üzə gəlib. Qarşılaşmanın ilk hissədi ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci 45 dəqiqədə macarlar fərqli azaltsalar da, əlavə edilmiş dəqiqələrdə qapılarından daha bir top buraxıblar. Nəticədə İsveçrə AVRO-2024-ə 3:1 hesablı qələbə ilə başlayıb.
Bu matçla qrupda I tura da yekun vurulub.
Qeyd edək ki, A qrupunun ilk görüşündə Almaniya Şotlandiyanı 5:1 hesabı ilə darmadağın edib.
| 19:00 - 20:00 |