Şahmat klubu/Chess club

Şahmat klubu/Chess club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şahmat klubu/Chess club, Sports, Baku.

Səhifənin yaradılmasında əsas məqsəd, istənilən səviyyədə şahmat oynayanlar və şahmatsevərlərin maariflənməsi, faydalanması və fikirlərini bölüşməsi üçün sağlam və zövqlü bir mühit yaratmaqdır.

26/01/2021

Klassik şahmat partiyasında Dünya çempionu Magnus Carlseni məğlub edən ilk gənc (17 yaş) şahmatçı, rus - ANDREY ESİPENKO

Bu uşağın böyüyüb kim olacağını düşünəndə adamın tükləri biz-biz olur)

11/09/2020

11 sentyabr

Fillipin radiosunun efirində 11 sentyabr terror aktları haqqında gedən radioverilişə zəng vuran Fişer birbaşa efirdə «Bu heyranedici xəbərdir... ABŞ dağıdılmalı və məhv olmalı ölkədir... Bir neçə ay əvvəl BBC-də ABŞ-ın dünyada törətdiyi cinayətlər haqqında eşitdim və qulaqlarıma inanmadim. Bu onu gösterir ki, nə əksən onu da biçərsən, ABŞ olsan belə. Bu gün baş verən hadisə kimi... Bu hərəkəti alqışlayıram. Baxın! ABŞ ve İsrail neçə illlərdi Fələstində qətliamlar törədirlər. İndi isə növbə ABŞ-dadır. Mən Amerikanın məhv olmasını istəyirəm... Yaponiya heç kəsin vecinə deyildi. Amerika atom bombasi ilə neçə milyonlarla, neçə minlərlə insanı məhv elədi və gülməli bəhanə gətirdi. "Bir milyon amerikali əsgər xilas elədik"... Mən Amerikadan qorxmuram... » cümlələrini səsləndirdi.

21/08/2020

'' Bizə heç bir şey etmədilər, bizi tamamilə heçliyin içinə yerləşdirdilər, çünki bilindiyi kimi yer üzündə heç bir şey insan ruhuna heçlik qədər təzyiq etməz."

Stefan Sveyq | Şahmat

Photos from Şahmat klubu/Chess club's post 01/08/2020

Canlı fiqurlarla şahmat oyunu

1924-cü ildə baş tutmuş bu oyun insanların marağına
səbəb olmuşdu. Sankt-Peterburqun hələ Petroqrad olduğu vaxtlarda Şəhərin ən böyük meydançalarının birində maraqlı mübarizə təşkil olunmuşdu. Bu “Şahmat” oyununda fiqurlar canlı insalar idi. Oyun 2 məşhur qrossmeyster- Pyotr Romanovski və İlya Rabinoviçin komandaları arasında keçirilmişdi
Oyuna baxmağa 8 min tamaşaçı gəlmişdi. Oyun 67 gedişlə heç-heçə hesabla başa çatmışdı.

27 yaşında vəfat edən Vüqar Həşimov... 24/07/2020

Bu gün Azərbaycan şahmat dühasının doğum günüdür.

27 yaşında vəfat edən Vüqar Həşimov... “Mən azərbaycanlıyam və həmişə Azərbaycan xalqına görə oynamışam” Şahmat üzrə üçqat Azərbaycan çempionu və Avropa çempionu 27 yaşında beyin xərçəngindən düny...

27/05/2020

Emmanuil Lasker 26 may 1894-cü ildə 2-ci dünya çempionu olmuşdur. O, bu adı 27 il ərzində özündə saxlamışdır (1894-dən 1921-ci ilə kimi)

15/05/2020

İspaniyada vətəndaş müharibəsi dövründə həbs edilənlərə müasir incəsənət nümunələri ilə əzab verirdilər. 1938-ci il bir hücrədən şəkil. Həbsxana divarlarını Salvador Dali və Kandinsky-nin əsərləri bəzəyir. Bu kameradakı adamları əsəbləşdirir və qorxuya salır. Kameradakı yataqlar 20% əyridir və bu yataqda yatmaq demək olar mümkün deyil. Yerdə kərpiclər var, yerimək çox çətindir.

14/05/2020

Lyuis şahmatı - (Lewis Chessmen) Şotlandiyanın Lewis adasında ixtira olunmuş 78 fiqurlu (8 şah,8 vəzir, 16 fil,15 at,12 top,19 piyada) bu şahmat növü həm də qədim Roma incəsənətinin nadir nümunələrindəndir. Günümüzə gəlib çatan 67 fiqurlu versiyası Britaniya Muzeyində saxlanılır. Bu şahmatdan "Harry Potter və Fəlsəfə Daşı" filmində də istifadə olunmuşdur.

13/05/2020
Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku