28/07/2026
Sumqayıt Qasırğası reqbi klubu sponsorluq müqaviləsi imzaladı.
İT sahəsində fəaliyyət göstərən DevX şirkəti 2026-2027 illər mövsümündə "gənclər şəhəri" təmsilçisinin sponsoru olacaq. Müvafiq razılaşma bir neçə gün öncə imzalanıb.
Azərbaycan Reqbi Federasiyası üçün ən dəyərli məqamlardan biri odur ki, bu gün reqbinin inkişafına təkcə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi deyil, artıq özəl sektor da maraq göstərməyə başlayıb.
Bu, ölkəmizdə reqbinin gələcəyinə, inkişaf strategiyasına və potensialına olan inamın ən gözəl göstəricilərindən biridir.
DevX şirkətinə Federasiyamızın klublarından biri olan Sumqayıt Qasırğası reqbi klubuna göstərdiyi dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk.
İnanırıq ki, dövlət qurumları ilə özəl biznesin birgə dəstəyi sayəsində Azərbaycan reqbisi daha da sürətlə inkişaf edəcək və yeni uğurlara imza atacaq.
Təşəkkürlər, DevX! 🤝🏉🇦🇿
07/06/2026
07/06/2026
06/06/2026
06/06/2026
01/06/2026
29/05/2026