Azərbaycan Boks Federasiyası / Azerbaijan Boxing Federation

Azərbaycan Boks Federasiyası / Azerbaijan Boxing Federation

Share

Official Facebook account of the Azerbaijan Boxing Federation

Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilib. 1926-cı ildə Azərbaycanın ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak edib və qalib olublar. 1929-cu ildə Azərbaycan – Türkiyə beynəlxalq görüşü keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin idmana xüsusi qayğısı nəticəsində Azərbaycanda idmanın, o cümlədən boksu

26/08/2026

“Sabah” Futbol Klubu ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb. Tarixi uğura imza atan Azərbaycan çempionunu təbrik edir, növbəti oyunlarında uğurlar arzulayırıq 👏💪

Photos from Azərbaycan Boks Federasiyası / Azerbaijan Boxing Federation's post 26/08/2026

Tələbəlik illəriniz uğurlu və yaddaqalan olsun

26/08/2026

Boksçularımız Avropa çempionatına hazırlığın son mərhələsi üçün Gürcüstana yollanıb 🇦🇿🛬🇬🇪

Kişi boksçulardan ibarət Azərbaycan millisi Gürcüstanın Tsxaltubo şəhərində təlim-məşq toplanışı keçəcək. Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komanda hazırlığa bu gün 1️⃣7️⃣ idmançı ilə yollanıb.

Boksçularımız sentyabrın 10-da yekunlaşacaq toplanışda 🇬🇪 Gürcüstan, 🇧🇾 Belarus və 🇮🇱 İsraillə birgə məşq edəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.

Məşqlər Bolqarıstanda baş tutacaq Avropa çempionatına hazırlığın son mərhələsidir.

| |

Photos from Azərbaycan Boks Federasiyası / Azerbaijan Boxing Federation's post 24/08/2026

🇷🇸 Serbiyanın Loznitsa şəhərində keçirilən Avropa çempionatında Emil Qurbanəliyev və Asif Məmmədov hakimlik edib, Anar Babanlı referilərin işini qiymətləndirib

23/08/2026

U-19 Avropa çempionatında 2 medal qazanan boksçularımız Vətəndə 🇦🇿

Photos from Azərbaycan Boks Federasiyası / Azerbaijan Boxing Federation's post 22/08/2026

Millimiz Avropa çempionatından 2️⃣ medalla qayıdır

22/08/2026

-nın mükafatçıları: Növbəti yarışlarda daha güclü olacağıq

21/08/2026

Azərbaycan millisi Avropa çempionatını 2️⃣ medalla başa vurub

Boks üzrə Azərbaycan millisi 🇷🇸 Serbiyanın Loznitsa şəhərində Avropa çempionatında daha bir medal qazanıb. Yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb.

60 kq-da çıxış edən boksçumuz yarışı gümüş 🥈 medalla başa vurub.

Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olub. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kq) 3-cü yeri tutub.

| |

21/08/2026

Əli Baxışov U-19 Avropa çempionatında rəqib tanımır

Çempionluğa bir addım qaldı ⏳

| |

Photos from Azərbaycan Boks Federasiyası / Azerbaijan Boxing Federation's post 21/08/2026

: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub

Əli Baxışov (60 kq) Furkan Avarı 🇹🇷 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib 🥊🇦🇿 Boksçumuz həlledici görüşdə Daniele Fabi 🇮🇹 ilə qarşılaşacaq.

Yarımfinalda Banuçiçək Nəsirli (48 kq) isə Ellen Coysla 🇮🇪 gücünü yoxlayıb. Rəqib finala vəsiqə qazandığından boksçumuz çempionatı bürünc medalla bitirib.

| |

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Bakı şəhəri, Xəqani Rüstəmov Küçəsi, Blok-1210
Baku
AZ-1025