Futbolizm

Futbolizm

Share

Bəziləri düşünür ki, futbol həyat və ölüm məsələsidir. Səhv edirlər: futbol daha vacibdir...

17/10/2025

🚨İker Kasilyas: "2019-cu ildə ürək tutmasından xəstəxanaya yerləşdirildim. Növbəti gün tanımadığım nömrədən zəng gəldi. Cavab verdim və DANIŞAN Messi idi.

O mənə dedi: "İker, nömrən məndə yox idi. Pikedən aldım. Ümid edirəm ki, tez sağalarsan. Sənə gül buketi göndərdim. Bəyənəcəyinə ümid edirəm.

Sizi inandırım ki, onun bu sadələyi məni çox təsirləndirdi. Bu günə qədər o, mənə zəng etməmişdi, dost belə deyildik".

Sadəcə xüsusi futbolçu deyil, həm də xüsusi İNSAN!

03/07/2025

J... Jota 😔

Sən demə, Dioqu Jotanın "Jota"sı heç də onun soyadı deyilmiş. Onun adı Dioqu olsa da, əsl soyadı Silvadır. "Silva" Portuqaliyanın ən məşhur soyadıdır.

Oyunçu "Vulverhempton"la Çempionşipdə çıxış edərlən formasının arxasında "Silva" yazılırdı, çünki turnir rəsmi ad və soyaddan başqa heç bir yazıya icazə vermirdilər. Komanda Premyerliqaya vəsiqə qazandıqdan sonra isə Dioqu "Silva"nı "Jota"ya əvəz etdi. Niyə "Jota"?

Oyunçunun tam adı Dioqu Joze Teyşeyra da Silvadır. Premyerliqadakı digər silvalardan (Tyaqo, Bernardo və s.) fərqlənmək üçün Dioqu "Joze" adının ilk hərfini götürüb adına əlavə etdi, oldu "Dioqu J". Məhz "J" hərfi portuqaliya əlifbasında... "Jota" kimi oxunur.

Sadəlik gözəllikdir! :)

12/01/2025

Ançelottinin "Real Madrid"i Flikin "Barselona"sına:

"Mən sənin q*hbənəm".

29/11/2024

David Luiz: "Şəxsi təyyarəniz ilə səyahət, xüsusi məkanlarda şənliklər təşkil edə bilərsiniz, Lissabonda ev sahibi ola bilər və ya saysız ölkəyə səyahət edə bilərsiniz, amma dünyanın ən yaxşı yeri, evinizdəki divandır. Ora nöqtə, vergül, kölgə və şübhə olmayan tək yerdir. Sevdiyiniz insanların əhatəsində o divanda oturarkən hər şey daha da işıqlı olur. Düşünməyə, nəyəsə aydınlıq gətirməyə və ya tərəddüd etməyə gərək yoxdur. Orada sizin bəlkə də ən vacib şeyi etməyə həm vaxtınız, həm də yeriniz var. Hiss etmək, özünüz olmaq, onsuz da başqaları üçün yaşadığımız bu dünyada evdə bizi qucaqlamaq üçün birilərinin gözlədiyini bilmək.

Təəssüf ki, sosial şəbəkələrdən asılı olan cəmiyyətdə insanlar sadə şeylərdən həzz almağa tərəddüd edirlər. Buna görə də öz həyatlarına məna qatmaq üçün özlərini uçuruma atırlar. Bu uçurum da onları hər gün hər şeyin eyni olduğu, həzz almaqdansa vaxtlarını boşa sərf etdiyi və dəyəri deyil, qiymətləri olan insanların olduğu ən dibə çəkir".

Ailə hər şeydir ❤️

28/11/2024

Bu, bəlkə də bir tək "Barselona" klubunun başına gələ bilər. Deməli, 2022-ci ildə Robert Levandovski "Bayern Münhen" klubundan "Barselona"ya keçir. Bu ərəfədə bir nəfər kluba zəng edir, özünü futbolçunun agenti Pini Zahavi olaraq təqdim edir və klubdan Kiprdə yerləşən hesabına bir milyon avro köçürülməsini tələb edir.

Klub dərhal köçürmələrə başlayır, amma bank hesablarının normativ hüquqi qaydaları üzrə şöbə pul köçürülən hesabın son günlərdə açıldığını və daha öncə heç bir köçürmə əməliyyatı olmadığını ortaya çıxararaq pul transferinin qarşısını alır və "Barselona" pulunu geri qaytarır.

Az qala dələduz da "Barselona"ya soxurdu 😁

28/11/2024

Luiş Nani heçnəyi unutmur....

"Eştrela" klubunda çıxış edən futbolçuya oktyabr ayında məşqdən sonra azarkeş yaxınlaşır və 2016-cı ilə aid Portuqaliya millisinin formasını uzadaraq imzalamasını istəyir. Nani formanı azarkeşin əlindən alır, bir zamanlar evindən oğurlanan forma olduğunu iddia edərək hər kəsin gözü qarşısında oradan uzaqlaşır.

Məyus azarkeş bu barədə polisə müraciət edir. O, formasının geri qaytarılmasını və ya əvəzində pul tələb edir. Azarkeş hətta formanı aldığı saytdan sübutları da təqdim edir. Futbolçunun agentləri dərhal bu haqda açıqlama verərək bildirirlər ki, Naninin həmin forması həqiqətən oğurlanıb. Forma Nani üçün mənəvi cəhətdən böyük məna kəsb etdiyi üçün futbolçu belə emosional davranıb.

Bütün bunlara baxmayaraq, sonunda Nani formanın həqiqətən də azarkeşə məxsus olduğunu açıqlayıb və əlaqə saxlayıb formanı geri qaytaracağını bildirib.

07/08/2024

Marselo Byelsanın necə bir dahi şəxsiyyət olmasını göstərən qısa hekayə. "Lids"də onun rəhbərliyi altında oynamış Pablo Hernandez xatırlayır:

"Günlərin bir günü məşqə gələndə, Byelsa heyəti 3-4 nəfərdən ibarət komandalara böldü. O, hər birimizə böyük torbalar verdi və idman kompleksi ətrafından keçib orada ola bütün zibilləri torbalara yığmağımıza göstəriş verdi. Hamımız şokda idik, bir-birimizə baxdıq və heç nə anlamırdıq.

Təxminən bir saata yaxın zibil yığdıq, daha sonra onun yanına qayıtdıqdan sonra bizi bir araya toplayıb dedi: "Bu gün etdiklərimizi hər həftəsonu stadionumuzda bizim necə oynadığımızı izləmək üçün bilet alan bir çox insan gündəlik şəkildə edir. Biz bu insanlara hörmət etməliyik və meydanda var gücümüzü qoymalıyıq. Bizi stadionda dəstəkləyən həmin azarkeşlər həyatlarında böyük əziyyətlər çəkib ciblərindən son pullarını verirlər ki, gəlib bizi izləsinlər".

Bunu eşidəndə hər kəs səssiz idi, şok keçirirdik. Həyatımızın dərsini almışdıq".

05/08/2024

Con Obi Mikel xatırlayır: "20 yaşlılar arası Dünya Çempionatının finalında Argentinaya qarşı məğlub olduqdan sonra Leo Messi turninin "Qızıl top"unu, mən isə "Gümüş top"unu qazandım. Təltifetmə mərasiminin sonunda ona dedim:

"Qulaq as, sən mənim "Qızıl top"umu oğurladın. Mən ona layiq idim".

Leo gülümsədi və cavab verdi:

"Mənlik heç nə yoxdur, təəsüf edirəm. Münsiflər heyəti qərar verib, amma sən finaladək gəlmisən və öz ölkən üçün gözəl şeylər etmisən".

Biz mərasimi tərk etdik və soyunub-geyinmə otaqlarına doğru getdik. Tunneldə artıq yolumuz ayrılanda Messi mənə yaxınlaşdı:

- Götür "Qızıl top"u və "Gümüş top"u mənə ver, əgər istəyirsənsə.
- Yox, edə bilmərəm. Sən buna layiqsən. Sadəcə bir az əvvəl qəzəbli idim deyə elə söylədim. Təşəkkürlər.

İllər keçdi və biz onunla yenidən 2018-ci ildəki Dünya Çempionatında rastlaşdıq və oyundan sonra söhbət etdik. Leo dedi:

"Salam, qızıl oğlan. Bilirsən, o vaxtı mərasimdən olan birlikdə şəkilimiz hələ də məndə evdədir".

Bunu eşitdikdən sona gülümsəyib cavab verdim:

"Leo, o vaxtdan bəri bu günədək bu zaman ərzində sən mənə göstərdin və sübut etdin ki, sən o mükafata daha layiq idin. Sən, sadəcə, dünyanın ən yaxşısısan".

🐐🇦🇷

06/06/2024

Tarixdə yeganə oyunçudur ki, oyun başlamamışdan əvvəl formasının altındakı mesajı göstərmişdi, çünki bilirdi ki, oyunda qol vurmayacaq. 😂

05/06/2024

Bu yaxınlarda Pol Qaskoyn podkastların birinə dəvət olunmuşdu. Podkast zamanı Alan Şirer, Mayka Riçards, Harri Lineker onun nə üçün "Mançester Yunayted"i rədd etməsi barədə söhbət açdılar. Şirer soruşur: "Qaza, hansı axmaq "Mançester Yuanyted"i rədd edər axı?!"

Qaskoyn özünəməxsus stildə cavab verir:

"İnsanlar hər dəfə mənə deyirlər ki, əgər mən "Mançester Yunayted"ə keçsəydim, karyeram tamamilə fərqli cərəyyan edərdi. Amma sual budur ki, Ser Ferqyusson məni kontrolda saxlaya biləcəkdimi?

Rio Ferdinand narkotiklərlə bağlı testlərdən keçmidi, Erik Kantona tribunadakı azarkeşi iki ayağıyla vurmuşdu, Ueyn Runi hansısa büzüşmüş qocayla arvadına xəyanət etmişdi, Rayyan Qiqqz isə ümumiyyətlə qardaşının arvadıyla xəyanət edirdi. Məncə, mənim kimi birisi bu kompaniyaya yaxşı əlavə olardı!"😂

Təmiz söhbət!🤣

02/06/2024

"Real Madrid" azarkeşləri Çempionlar Liqası titulunu bayram edir və Mbappe ilə müqavilə imzalamağa hazırlaşır.

Bu arada Barsa Serji Roberto ilə müqavilə uzadır:

😂

20/04/2024

Santi Kazorla uşaqlıq klubu "Real Ovyedo"ya dönməyi haqqında:

"Onlar mənə maddi cəhətdən yaxşı təklif etdilər. Bunu bilən həyat yoldaşım dedi: "Xeyr, sən "Ovyedo"da pul qazanmaq üçün oynamayacaqsan. Sən evə qayıdırsan ki, bundan həzz alasan, klubuna kömək edəsən və onlara lazım olanları bəxş edəsən".

Agentimə zəng etdim və dedim: "Mən heç bir pul istəmirəm". Daha sonra klubun prezidentinə bildirdim: "Mənə qaydalara görə olan minimum maaşı verəcəksiniz, formalarımın satışından gələn 10% klubun akademiyasına xərcləyəsiniz". Bu şərtlərlə məmnuniyyətlə razılaşdıq".

Kazorla hazırda "Real Ovyedo"da La Liga 2 üçün olan minimum maaşı alır, illik qazancı 93 min avrodur. Böyük adamdan böyük jest!❤️

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku