Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində Yay İdman Festivalında taekvondoçularımız nümunəvi proqramla çıxış ediblər.
Azerbaijan Taekwondo Federation
Xəqani Rüstəmov 12/10
Tel: +994 50 484 00 07 - Official Page -
29/08/2026
Avqustun 27–28-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində, “Shore House”un qarşısındakı meydançada Yay İdman Festivalı keçirilib.
Festivalda 16 idman növü üzrə nümunəvi çıxışlar təşkil olunub. Tədbirdə taekvondo idman növü də təmsil olunub.
Taekvondo üzrə nümunəvi çıxış komandası baş məşqçi Etibar İbrahimovun rəhbərliyi altında festivalda iştirak edib və xüsusi çıxış proqramını təqdim edib.
Festivalın açıq idman zonasında iştirakçılar müxtəlif idman növlərini sınaqdan keçirib, öz bacarıqlarını yoxlayıb və yeni idman növləri ilə tanış olmaq imkanı əldə ediblər
Gənclər və İdman Nazirliyi
Taekvondo üzrə böyüklərdən ibarət milli komandanın təlim-məşq prosesi davam edir.
28/08/2026
Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri növbəti təlim-məşq mərhələsinə başlayıblar.
Məşqlər Abşeron Olimpiya İdman Kompleksində baş məşqçi Məmməd Abdullayev və milli komandanın məşqçisi Ayxan Tağızadənin rəhbərliyi altında keçirilir. Məşq toplanışı qarşıdakı yarışlara hazırlıq məqsədi daşıyır.
28/08/2026
🥋 25 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə gənclər arasında “Koreya Səfiri Kuboku” keçiriləcək.
Bir gün davam edəcək yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarından taekvondoçular mübarizə aparacaqlar.
Turnirdə 2009–2011-ci il təvəllüdlü oğlan və qız idmançılar iştirak edəcəklər.
🔹 Gənc oğlanlar — 48 kq, 55 kq, 63 kq, 73 kq, +73 kq
🔹 Gənc qızlar — 44 kq, 49 kq, 55 kq, 63 kq, +63 kq
Yarış Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Dünya Taekvondo Federasiyasının yarış qaydalarına və Azərbaycan Taekvondo Federasiyasının qüvvədə olan normativ tələblərinə uyğun keçiriləcək.
Qeyd edək ki, yarışda iştirak etmək istəyən komandaların ilkin qeydiyyatı 24 avqust, son qeydiyyatı isə 17 sentyabr 2026-cı il saat 15:00-dək aparılacaq.
İdmançıların çəki prosesi və mandat komissiyasının işi 24 sentyabr saat 11:00–13:00 aralığında FHN İdman-sağlamlıq klubunda keçiriləcək.
Püşkatma prosesi də həmin gün təşkil olunacaq.
Çempionluq sadəcə medal qazanmaq deyil. 🏆
Bu, mübarizə, iradə və heç vaxt təslim olmamaqdır.
Paralimpiya, Dünya və Avropa çempionu İmaməddin Xəlilovun hekayəsi. 🇦🇿
21/08/2026
14–16 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən “Jas Batyr Kuboku” turnirində 🇦🇿 Azərbaycan taekvondo klublarının təmsilçiləri uğurlu nəticələr göstəriblər.
“Alpman”, “Altay” və “Asiman” taekvondo klublarının üzvləri uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında keçirilən yarışda ümumilikdə 18 medal qazanıblar (🥇 7 qızıl, 🥈 3 gümüş, 🥉 8 bürünc). 🥋
🥋 “ALTAY” TAEKVONDO KLUBU
🥇 Taryel Budaqlı (34 kq, uşaqlar) — qızıl medal və çempionluq kəməri
🥇 Fatimə Abdullazadə (+59 kq, yeniyetmələr)
🥇 Yusif Zeynallı (65 kq, yeniyetmələr)
🥈 Zeyd Vəliyev (30 kq, uşaqlar)
🥈 Atilla Sultanlı (38 kq, uşaqlar)
🥈 Fateh Bayramov (49 kq, yeniyetmələr)
🥉 Vidadi Məmmədli (33 kq, yeniyetmələr)
🥉 Nihad Məmmədli (57 kq, yeniyetmələr)
🥋 “ALPMAN” TAEKVONDO KLUBU
🥇 Süleyman Əhmədov (30 kq, uşaqlar)
🥇 Qənbərli Nihat (32 kq, uşaqlar)
🥇 İbrahim Yusufov (37 kq, uşaqlar)
🥉 Xalidə Həmzəyeva (41 kq, yeniyetmələr)
🥉 Esmanur Tapdıqova (37 kq, yeniyetmələr)
🥉 Orxan Ağazadə (55 kq, gənclər)
🥉 Camal Əbdülmanafov (73 kq, gənclər)
🥋 “ASİMAN” TAEKVONDO KLUBU
🥇 İsmayılov Nihad (36 kq, uşaqlar)
🥉 Mahmudova Sevil (55 kq, yeniyetmələr)
🥉 Əlimuradova Mələk (55 kq, gənclər)
Turnirdən sonra üç klubun nümayəndələri 17–19 avqust tarixlərində Aktau şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak ediblər. 💪🥋
20/08/2026
🥋21–24 sentyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlılar arasında ölkə çempionatı təşkil olunacaq.
Dörd gün davam edəcək yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və cəmiyyətlərindən taekvondoçular çempionluq uğrunda mübarizə aparacaqlar.
Uşaqlar arasında ölkə birinciliyində 2015–2017-ci il təvəllüdlü oğlan və qızlar, 16–21 yaşlılar arasında ölkə çempionatında isə 2005–2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.
Uşaqlar:
🔹 Oğlanlar — 27 kq, 30 kq, 33 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, +57 kq
🔹 Qızlar — 27 kq, 30 kq, 33 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, +57 kq
16–21 yaşlılar:
🔹 Oğlanlar — 54 kq, 58 kq, 63 kq, 68 kq, 74 kq, 80 kq, 87 kq, +87 kq
🔹 Qızlar — 46 kq, 49 kq, 53 kq, 57 kq, 62 kq, 67 kq, 73 kq, +73 kq
Yarışın ilk iki günü uşaqlar arasında ölkə birinciliyinin, son iki günü isə 16–21 yaşlılar arasında ölkə çempionatının görüşləri keçiriləcək.
Qeyd edək ki, uşaqlar arasında çəki prosesi və mandat komissiyasının işi 20 sentyabr, 16–21 yaşlılar arasında isə 22 sentyabr tarixində FHN İSK-da təşkil olunacaq.
19/08/2026
🥋 Pakistanın Lahor şəhərində taekvondo üzrə böyüklər arasında keçirilən Asiya Regionu üzrə 8-ci Prezident Kubokunda Azərbaycan millisinin üzvü Qaşim Maqomedov 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.
🇦🇿 Təbrik edirik! 👏🔥
19/08/2026
Gənclər Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan və Türkiyə Taekvondo Milli Komandaları Ankara şəhərində birgə təlim-məşq toplanışında iştirak edir. 🇦🇿🇹🇷
İdmançılarımız Zəhra İsayeva (44 kq) və Adil Əliyev (73 kq) milli komandanın məşqçisi Elnur Amanovun rəhbərliyi altında Türkiyə Olimpiya komandası ilə birgə məşqlərdə iştirak edərək Dakar-2026-ya hazırlıqlarını davam etdirirlər.
Birgə hazırlıq zamanı Türkiyə Taekvondo Federasiyasının prezidenti Bahri Tanrıkulu məşqi ziyarət edərək hər iki ölkənin məşqçi və idmançılarına uğurlar arzulayıb. Görüş zamanı federasiyalar adından qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib. 🤝
Məşqlər avqustun 5-dən başlayıb və 26-dək davam edəcək.
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Xagani Rustamov 12/10
Baku
AZ1210
Opening Hours
| Monday | 11:00 - 16:00 |
| Tuesday | 11:00 - 16:00 |
| Wednesday | 11:00 - 16:00 |
| Thursday | 11:00 - 16:00 |
| Friday | 11:00 - 16:00 |