Baku Junior Football

Baku Junior Football

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Baku Junior Football, Sports League, Baku.

09/05/2024

Böyük futbol bayramından hamı hədiyyə ilə qayıtdı.

Azərbaycan Resbublikasının Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə Bakı kənd və qəsəbələri arasında 40 gün davam edən ikinci minifutbol turnirinə bu gün yekun vurulub. Bakı Tennis Akademiyasında baş tutan final matçından öncə dövlət himnimiz səsləndirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

Final matçından öncə çıxış edən “Dərviş Band” qrupu ifaları ilə tədbirə rəng qatıb.

Turnir iştirakçıları mərasimdə iştirak edən futbolçular Toral Bayramov və Emil Səfərovla şəkil çəkdirib, onlardan avtoqraf alıblar.

Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirinin mükafatlandırma mərasimində 384 iştirakçının hər birinə və 32 məşqçiyə “İSMA bikes Azərbaycan” şirkəti tərəfindən velosipedlər təqdim edilib.

Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında “Yeni Günəşli” komandası “Aşağı Güzdək” komandasını 7:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Böyük coşqu və təntənə ilə keçən mükafatlandırma mərasimində ilk üç yeri tutan komandaların üzvlərinə medal və diplomlar təqdim olunub.

Beləliklə, Bakı kəndlərində yeni nəslin peşəkar idmana cəlb edilməsi məqsədilə mütəmadi yarışlar təşkil edən Bakı Abadlıq Xidməti daha bir turnirə imza atdı. Abadlığa geniş aspektdən yanaşan şirkətin məqsədi odur ki, təmir, tikinti, bərpa işlərinin aparılması ilə yanaşı, paytaxt kəndlərində sakinlərin rifahının artmasına, xüsusən gənc nəslin sağlam böyüməsi üçün faydalı ənənələrin əsasının qoyulmasına öz töhfəsini versin.

09/05/2024

Turnirin ən yaxşı qapıçısı Mərdəkan komandasının qapısını qoruyan Tahir Məmmədov seçildi. 🔥⚽️

09/05/2024

Orta sahədə gözəl oyunu ilə seçilən Günəşli komandasının 7 nömrəsi Heydər Mustafayev turnirin ən yaxşı futbolçusu adına layiq görüldü. 🔥⚽️

09/05/2024

Turnirin bombardiri, final oyununda da 3 qola imza atan Günəşli komandasının hücumçusu Emil Rəsulovun 21 qolda adı var! 🔥⚽️

09/05/2024

Turnirin qalibi, qızıl medalçılar Günəşli komandası! 🥇🔥⚽️

09/05/2024

2-ci yerin sahibi Aşağı Güzdək komandası! 🔥⚽️

09/05/2024

3-cü yerin sahibi Mərdəkan komandası! 🔥⚽️

09/05/2024

4-cü yerin sahibi Biləcəri komandası! 🔥⚽️

Photos from Baku Junior Football's post 09/05/2024

Bir aydan çoxdur ki, davam edən Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə bu gün yekun vuruldu.

Gənclər və İdman Nazirliyi ilə Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə Bakı kəndlərinin uşaq futbol komandaları arasında ikinci futbol turnirinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Dövlət Himni səsləndirilib, Bakı Tennis Akademiyasında keçirilən tədbir III yer uğrunda görüşlə başlayıb.

Rəsmi mərasimdən sonra Günəşli və Aşağı Güzdək komandaları arasında final qarşılaşması baş tutub.

Sonda qaliblər mükafatlandırılıb. 4-cü yerə 500 azn, 3-cü yerə 1500 azn, 2-ci yerə 2000 azn və 1-ci yerə 3000 azn pul mükafatı verilib. Turnirdə iştirak edən bütün futbolçulara Bakı Abadlıq Xidməti tərəfindən "TOBA" velosipedləri hədiyyə edilib.

Photos from Baku Junior Football's post 09/05/2024

Yarımfinalda olduğu kimi finalda da 7 qol.

Günəşli komandası yarımfinalda Mərdəkan, final oyununda isə Aşağı Güzdək komandasının qapısından 7 cavabsız top keçirərək Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinin qalibi oldu. 🥇⚽️

Photos from Baku Junior Football's post 09/05/2024

Finala bərabər III yer uğrunda görüş.

Mərdəkan komandası 3-0 irəlidə olsa da Biləcəri komandası geridönüş edərək hesabı 4-3 öz xeyrinə çevirə bildi. Son dəqiqələrdə Mərdəkan komandasının bərabərlik qolu ilə oyun penalti zərbələrinə kimi uzandı. Yekunda isə penalti zərbələrində daha dəqiq olan Mərdəkan komandası bürünc medalların sahibi oldu. 🥉

09/05/2024

Günəşli komandası II Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinin qalibidir. Təbrik edirik! 🥳

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku