24/03/2026
izləyicilərimiz, Qarabağ Su Polosu Klubunun, məktəbimizin məşqçiləri və idmançılarının növbəti layihəsini diqqətinizə təqdim edirik.
18 mart – 19 aprel tarixləri arasında Qarabağ Su Polosu Klubunun kapitanı Cavid Mustafayev Serbiyanın “VK Crvena Zvezda” klubuna ezam olunmuşdur. Aparılmış danışıqlara əsasən, o, 1 ay müddətində həmin klubun təlim-məşq toplanışlarında iştirak edəcəkdir. Qarabağ klubunun rəhbərliyi tərəfindən atılmış bu addım Cavid Mustafayevin idman karyerasında mühüm təcrübə qazanmasına əhəmiyyətli töhfə verəcəkdir.
Qeyd etmək lazımdır ki, Cavid “VK Crvena Zvezda” kimi nüfuzlu klubun məşqlərinə qatılan ilk azərbaycanlı idmançıdır. O, yalnız bu komandaya qoşulmaqla kifayətlənməyərək, həm də Serbiyanın su polosu üzrə gücünü və səviyyəsini birbaşa öz üzərində hiss etmək imkanı əldə etmişdir. Bu təcrübə onun peşəkar inkişafında xüsusi əhəmiyyət kəsb edir.
12 aprel tarixində gənclər arasında keçiriləcək Bakı şəhər çempionatında seçiləcək ən güclü idmançı da Qarabağ klubu tərəfindən mükafatlandırılaraq, gələcəkdə bu kimi beynəlxalq təlim-məşq təcrübəsində iştirak etmək məqsədilə xaricə göndəriləcəkdir.
Qarabağ Su Polosu Klubunun bu layihəsinin əsas məqsədi güclü idmançıların yetişdirilməsi və Azərbaycan idmançılarının Avropa klublarında təmsil olunmasının təmin edilməsidir.
Xüsusi olaraq qeyd etmək istərdik ki, Cavidin Serbiyada olduğu müddətdə göstərdiyi dəstəyə görə dostumuz, azərbaycanlı dünya çempionu və hazırda Serbiyada fəaliyyət göstərən güləş məşqçisi Ziyad Əliyevə dərin təşəkkürümüzü bildiririk. Onun dəstəyi bu prosesdə mühüm rol oynamışdır.
“VK Crvena Zvezda” Su Polosu Klubunun nailiyyətləri:
• Çempionlar Liqasının qalibi (2012/2013)
• Avropa Superkubokunun qalibi (2013)
• Ölkə çempionu (4 dəfə: 1991/92, 1992/93, 2012/13, 2013/14)
• Serbiya Kubokunun qalibi (4 dəfə: 2012/13, 2013/14, 2020/21, 2022/23)
• Regional Liqa A2 qalibi (2017/18) 😉👍🇦🇿
05/03/2026
03/03/2026
26/02/2026
20/02/2026
19/02/2026
02/02/2026