Baku Dog Training Center

Baku Dog Training Center

Share

Dog training club

Дрессировка собак всех пород и возрастов; обучение владельцев контролю и управлению собаками; коррекция поведения; групповые занятия; подготовка служебных собак по международным нормативам; передержка; консультации по выращиванию, уходу и воспитанию. Bütün it növlərinin, hər yaşda olan itlərin təlimi; it sahiblərinə idarəetmə üsullarının öyrədilməsi; itin davranışına düzəlişlər; qrup məşğələləri;

16/05/2026

Müsbət möhkəmləndirmə metodunun it təlimində nə qədər effektiv olması barədə çoxlu müzakirələr və məqalələr var. Sosial şəbəkələrdə də çox geniş yayılmış format hamımıza tanışdır:

“Otur!” — da — yem.
“Yat!” — da — yem.
“Gəl!” — da — yem.

Bəli, B. F. Skinner-in müsbət möhkəmləndirmə sistemi itlərin qısa müddətdə müəyyən davranışları öyrənməsini həqiqətən sürətləndirir.

Və çox vaxt bununla da təlimçi öz işini bitmiş hesab edib iti sahibinə təhvil verir.

Ən yaxşı halda sahibi ilə bir neçə məşğələ keçirirlər:

- komandaları göstərirlər,
- bədən dilini izah edirlər,
- markeri öyrədirlər,
- mükafat sistemini başa salırlar.

Sonra da iti evə göndərirlər.

Və sonra bilirsiz nə baş verir?

Çox qısa bir müddətdən sonra:

- komandaların keyfiyyəti düşür,
- fokus azalır,
- it seçərək işləməyə başlayır,
- bəzi komandaları “eşitmirmiş” kimi edir,
- küçədə və ya diqqəti yayındıran mühitdə sistem dağılır,
- yem olmayanda isə it ümumiyyətlə komandaları yerinə yetirmək istəmir.

Bəs niyə belə olur?

Çünki bizim “kinoloqların” çoxu davranış psixologiyasını və B. F. Skinner-in araşdırmalarını yalnız YouTube və Tik Tok səviyyəsində öyrənirlər.

“Otur — yem.”
“Yat — yem.”
“Gəl — yem.”

Və düşünürlər ki, məsələ bununla bitir.

Amma bilmirlər ki, Skinner davamlı mükafat sisteminin fəsadlarından da danışırdı.

Davranış psixologiyasında çoxdan məlumdur ki:
əgər davranış hər dəfə eyni şəkildə mükafat alırsa, bir müddətdən sonra sistem həddindən artıq proqnozlaşdırılan olur.

Və beyin artıq işləməyə yox, “ödənişə” fokuslanmağa başlayır.

Yəni it bir nöqtədən sonra komandanı yerinə yetirmir.

Sadəcə mükafatın gəlib-gəlməyəcəyini yoxlayır.

Və məhz buna görə:

- yem olmayanda komandalar “unudulur”,
- fokus dağılır,
- motivasiya düşür,
- davranış zəifləyir.

Çünki it tapşırığı yox, mükafat sxemini öyrənib.

Bəs nə etmək lazımdır?

Mümkün qədər tez dəyişkən möhkəmləndirmə sisteminə keçmək lazımdır.

Yəni it hər düzgün davranışdan sonra mükafat almamalıdır.

Bəzən almalıdır.
Bəzən yox.
Bəzən böyük mükafat gəlməlidir.
Bəzən sadəcə marker.

Çünki ən güclü və davamlı davranış məhz bu şəkildə formalaşır.

Və burada biz itdə komandaların yerinə yetirilməsinə qarşı bir növ aludəçilik formalaşdırmağa başlayırıq.

Bəli. Bu, dopamin ifrazı, mükafat gözləntisi və davranışın möhkəmlənməsi ilə əlaqəli neyrobioloji mexanizmlərə təsir edən bir sistemdir.

Sizcə qumar oyunlarına aludə olan insan həqiqətən yalnız pul udmaq üçün oynayır?

Çünki bir nöqtədən sonra insanı oyunda saxlayan şey pul yox, gözləntinin özü olur.

“İndi udacağam.”
“Bu dəfə gələcək.”
“Bir dəfə də yoxlayım.”

Beyin artıq nəticəyə yox, ehtimala reaksiya verməyə başlayır.

Davranış psixologiyasında dəyişkən mükafat sisteminin bu qədər güclü hesab olunmasının səbəbi də məhz budur.

Və maraqlısı odur ki, yüksək səviyyəli it təlimində istifadə olunan motivasiya sistemləri də çox oxşar prinsiplərlə işləyir.

B. F. Skinner öz araşdırmalarında göstərirdi ki, dəyişkən möhkəmləndirmə ilə formalaşan davranışlar həm daha davamlı olur, həm də mükafat dayandıqdan sonra daha gec sönür.

Davranış psixologiyasında buna “resistance to extinction” deyilir. Yəni davranışın sönməyə davamlılığı.

Bəs dəyişkən möhkəmləndirmə sisteminə nə vaxt keçmək lazımdır?
Bu sistem praktikada necə tətbiq olunur?
Mükafat hansı tezliklə verilməlidir?
Davranışın dağılmaması üçün hansı səhvlərdən qaçmaq lazımdır?
Dəyişkən mükafat sistemi ilə frustrasiya arasındakı sərhəd haradadır?
Və ən vacibi — itdə işləməyə motivasiya yaradırıq, yoxsa sadəcə mükafat gözləntisini gücləndiririk?

Bu suallara cavab tapmaq istəyənlər üçün aşağıdakı kitabları oxumaq məsləhətdir:

- B. F. Skinner — “Science and Human Behavior”
- Karen Pryor — “Don’t Shoot the Dog”
- Paul Chance — “Learning and Behavior”
- Raymond & Lorna Coppinger — “Dogs”
- Robert Sapolsky — dopamin və motivasiya mexanizmləri haqqında mühazirələr

06/05/2026

Sizcə mühafizə vaxtı it köməkçini təhlükə kimi qəbul etməlidir?

Bəziləri deyir ki, bəli. Axı məqsəd itin təhlükə ilə mübarizə aparmağıdır.

Yerkes–Dodson qanunu
Bu suala elmi təcrübələrə əsaslanaraq cavab verir.

1908-ci ildə Robert M. Yerkes və John Dillingham Dodson bu qanunu heyvanlar üzərində aparılan eksperimentlərlə göstərdilər.

Təcrübədə iştirak edən siçanlar sadə bir seçim qarşısında qoyulurdu:
• iki keçid (məsələn, iki qapı və ya yol)
• onlardan biri “düzgün”, digəri “səhv”

Səhv seçim zamanı siçana zəif elektrik stimulu verilirdi (cəza kimi).
Düzgün seçimdə isə heç bir mənfi təsir olmurdu.

Təcrübənin əsas dəyişəni stimullaşmanın gücü idi:
• çox zəif stimul
• orta səviyyə
• güclü stimul

Nəticə çox maraqlı oldu:
• zəif stimul → siçan motivasiya olmadan öyrənirdi, səhvlər çox idi
• orta stimul → ən sürətli və düzgün öyrənmə baş verdi
• güclü stimul → siçan stressə düşürdü, qarışdırırdı, səhvlər yenə artırdı

Bu təcrübələr sübut etdi ki, stimullaşma artdıqca performans sonsuz artmır — müəyyən nöqtədən sonra azalır.

Mühafizə təlimində köməkçinin itə göstərdiyi təzyiq bu qanundakı stimulu əvəz edir.
Bizim bəzi “kinoloqlar” kimi köməkçi təlxəklik edirsə, bu çox aşağı stimula bərabərdir.
Yox əgər köməkçi real təhlükə kimi qəbul edilərsə, bu da təcrübədəki güclü stimulu əvəz edir.

Bala itlər ilk mühafizə məşqlərində köməkçini şübhəli və ya təhlükəli hiss edə bilər.
Amma çox tez bir zamanda öyrənməlidirlər ki, bu sadəcə bir oyundur, real təhlükə deyil.

Bəli, itlə köməkçi arasında gərginlik olmalıdır (orta stimul) — it köməkçini təlxək kimi qəbul etməməlidir.
Lakin bu gərginlik heç vaxt o həddə çatmamalıdır ki, it köməkçini real təhlükə kimi hiss etsin. Ona görə köməkçi ilk növbədə itin vəziyyətini oxumağı bacarmalıdır. Şablon yanaşma ilə yox, itin daxili vəziyyətini düzgün təyin edib verdiyi stimulu tənzimləməlidir. Peşəkar fiqurant məktəbində bunları öyrədirlər. Qamçı götürüb qolçaq taxamazdan əvvəl bu işi öyrənmək lazimdır.

Düzgün hazırlanmış mühafizə iti özünü üstün, güclü və inamlı hiss edərək işləyir, qorxu ilə yox.

Bu, döyüş növlərinə çox bənzəyir.
Peşəkar döyüşçü rinqə özünü müdafiə etmək üçün girmir. O, qarşısındakı çətinlikdən zövq alır, bacarığına güvənir və qələbə qazanacağına inanır. Gərginliyi, həyəcanı və enerjini performansına yönəldir.

Yaxşı hazırlanmış mühafizə iti də eyni şəkildə işləyir.

Bu düşüncə tərzi itə imkan verir ki:
• Qarşıdurma zamanı tam nəzarətdə qalsın
• Yüksək drayv və həyəcan fonunda diqqəti itirməsin
• Hər hərəkəti özünəinamla yerinə yetirsin
• Bələdçi ilə komanda şəklində işləsin və ona güvənsin

Bəs sənin itin köməkçini necə görür — təhlükə kimi, yoxsa çətinlik kimi?

05/12/2025

Уважаемые кинологи и дрессировщики города Баку (Азербайджан)!
Приглашаем вас принять участие в кинологическом мероприятии —
Испытаниях по международному нормативу BH/VT (собака-компаньон).

📅 Дата: 6 декабря
⏰ Время: 10:30

К прохождению этого норматива готовят своих собак как профессиональные кинологи, так и обычные владельцы.
Собака, успешно сдавшая BH/VT, демонстрирует высокий уровень послушания, контролируемости и устойчивости в городских условиях.
Вы можете быть уверены в своём питомце в самых разных ситуациях!

Развитие кинологии — в наших руках!
Присоединяйтесь и становитесь частью профессионального сообщества!Hörmətli Bakı şəhərinin kinoloq və it təlimçiləri!
Sizi BH/VT (davranış və itaət) beynəlxalq norma­tiv üzrə keçiriləcək kinoloji sınaq tədbirinə dəvət edirik.

📅 Tarix: 6 dekabr
⏰ Saat: 10:30

Bu normativə həm peşəkar kinoloqlar, həm də adi it sahibləri öz itlərini hazırlaya bilərlər.
BH/VT imtahanını uğurla keçmiş it, şəhər mühitində yüksək nəzarət, itaət və stabillik nümayiş etdirən etibarlı bir yoldaşdır.
Belə bir itlə hər vəziyyətdə özünüzü tam əmin hiss edəcəksiniz!

Kinologiyanın inkişafı bizim əlimizdədir!
Gəlin, birlikdə bu sahəyə töhfə verək və peşəkar icmanın bir hissəsi olaq!

Photos from DogSelf Baku's post 10/11/2025
13/10/2025

Дорогие друзья!

Приглашаем вас на бесплатный вебинар в среду 15 октября в 20.00, который будет посвящён спортивному нормативу — NoseWork.
НоузВорк это не только спорт. Запахи – неотъемлемая часть жизни любой собаки. Поэтому НоузВорк это не просто тренировки, а увлекательное приключение, которое улучшает умственную активность, снижает стресс и укрепляет связь между хозяином и питомцем.

Спикер: Анна Леонидовна Никифорова, тренер по NoseWork, заводчик с опытом в профессии более 40 лет, судья РКФ-FCI по породам, судья по рабочим качествам и спорту, разработчик и автор стандартов дрессировки и образовательных программ, Вице-президент и основатель DogSelf.

Регистрация тут:
https://school.dogself.ru/NoseWorkStandard

🌐 WhatsApp: https://wa.me/+994515897557
🌐 https://dogself.az/
🌐 https://courses.dogself.ru/

22/09/2025

Уважаемые друзья!
С 29 сентября по 2 октября, проводим семинар по послушанию и защите с лицензированным фигурантом Александром Кононовым!
Желающие принять участие, пишите в инбокс.

23/07/2025

Запишитесь на подробную бесплатную консультацию прямо сейчас, напишите нам в WhatsApp.

WhatsApp: https://wa.me/994515897557
Подробности: https://dogself.az/ru
Адрес: Баку, ул. Шихлинского 3004

Не упустите шанс, места ограничены! Начните свой путь в кинологии с нами уже сегодня.

23/07/2025

Стань профессиональным кинологом с DogSelf и Baku Dog Training Center!

Ведущий российский кинологический развивающий центр "DogSelf" и наш азербайджанский "Baku Dog Training Сenter" рады пригласить всех желающих пройти лицензированные образовательные кинологические курсы в Азербайджане и овладеть профессией кинолога!

Наш центр основан в 2020 году и успешно работает в Баку в сфере дрессировки и коррекции поведения собак. Наши коллеги из России — работают в сфере кинологических услуг с 2015 года, а сам центр основан на базе кинологического питомника, ведущего свою работу с 1990 года!

Мы предлагаем две образовательные программы для жителей Азербайджана:

Кинолог Pro (8 месяцев)
• Полная очно-заочная программа: теория + практика.
• Диплом российского образца, открывающий двери для работы кинологом по всему миру! 🌍
• Требуется основное профессиональное образование.

Кинолог Lite (5 месяцев)
• Идеально для начинающих: теория + практика.
• Свидетельство профессии «Собаковод».
•Достаточно среднего школьного образования.

Наши кинологические курсы — это пропуск в мир кинологии. Преподаватели курсов — эксперты с мировым именем, авторы множества книг и статей, судьи Международной Кинологической Федерации (FCI) по экстерьеру, рабочим качествам и спорту, действующие специалисты своих областей.

Запишитесь на подробную бесплатную консультацию прямо сейчас, напишите нам в WhatsApp.

WhatsApp: https://wa.me/994515897557
Подробности: https://dogself.az/ru
Адрес: Баку, ул. Шихлинского 3004

Не упустите шанс, места ограничены! Начните свой путь в кинологии с нами уже сегодня.

13/07/2025

Вот такие симпатичные бигляшки были у нас в гостях.

07/04/2025

Мы сделали это! IGP-3 сдан!

Это был долгий, сложный и невероятно интересный путь. Мы прошли его вместе со своими собаками и достигли уровня IGP-3 — высшей ступени в дрессировке служебных собак.
До нас в Азербайджане ещё никто не поднимался на эту вершину. И мы гордимся тем, что стали первыми.

Но ещё больше мы верим в то, что не будем последними.

Этот пост — не хвастовство. Это вдохновение для всех, кто идёт этим путём.
Для дрессировщиков, фигурантов, заводчиков, владельцев, кто верит в возможности своей собаки и готов работать ради настоящего результата.

Вы тоже можете.
Терпение, знание, доверие и любовь — и всё обязательно получится.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Baku

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 07:00 - 23:00