Kama Ahmad Speaker and Coach

Kama Ahmad Speaker and Coach

Share

Speaker | Coach

Sənin Münasibətlər və Boşanma üzrə Strateji Partnyorun
Doğru strategiya ilə boşanmanız daha hüzurlu və sivil ola bilər🕊

Helping Women to have less stressful and easier divorce

15/08/2026

Görünüş(Qablaşdırma) tələsi tanışlıq zamanı subay insanların tez-tez düşdüyü daha bir tələdir.
Subay insan tanış olduğu insanın görünüşünə - bədən quruluşuna, işinə, var-dövlətinə fokuslanır və qarşısındakı insanın daxili aləmini görməzdən gəlir.
Görünüş tələsi Marketinq tələsinin əksidir-subay insan qarşısındakı insan üçün özünü daha cəzbedici hala gətirərək özünü bəyəndirmək əvəzinə özü başqalarının qablaşdırmasına-görünüşünə fokuslanır.

14/08/2026

Mark Zuckerberq bugünlərdə yazdığı məqaləsində yaxın zamanda süni intellektin köməyi ilə hər kəsin şəxsi köməkçisinin-kouçunun olacağını bildirib. Bəs real kouçlar bu zaman nə edəcək? Süni intellekt Kouçluğu peşə olaraq tam əvəzləyə biləcəkmi?

Süni intellektin Kouçluqda əvəz edə bilməyəcəkləri nələrdir:

1. Hesabatlılıq və emosional bağ
İnsanın həyatında onu tanıyan, həqiqətən anlayan və uğurunu istəyən biri olduqda O daha məsuliyyətli olur, hədəflərinə qarşı öhdəliyi yüksəlir.

2. Anlayış
Yaxşı kouç insanın sözlərindən əlavə onun tərəddüdünü, səsindəki dəyişiklikləri, bədən dilini, qorxularını oxuya bilir, bölüşdüyündən əlavə gizlətdiklərini də duya bilir. Bu isə ona məsələnin kökünə enməkdə kömək edir.

3. Güvən və münasibət
Bəzən insan üçün istiqamətin və məsləhətin özündən çox, kimin verdiyi önəmlidir. Etibar etdiyi kouçunun üzünə ağır həqiqəti deməyini insan daha ciddi qəbul edir.

4. Qeyri-müəyyən və ziddiyyətli vəziyyətlər
İnsanın hədəfləri və addımları bir-biri ilə ziddiyyət təşkil edəndə və ya vəziyyət çox qarışıq olanda tək cavab yetməyə bilər. Təcrübəli insanın mühakiməsi burada daha böyük fərq yarada bilər.

5. Sosial və peşəkar əlaqələr
Real kouç müştərisini düzgün insanlarla tanış edə, onun üçün vasitəçilik edə, davranışını müşahidə edə və yeni imkanlara işarə edə bilər. AI isə bu sosial kapitalı tam şəkildə əvəz etmir.

09/08/2026

Birinə edə biləcəyiniz ən bitərəf duadır "Haqqında xeyirlisi" 💜🤲🏻

Photos from K**a Ahmad Speaker and Coach's post 07/08/2026

Boşanmış insanların boşanmanı qəbul edə bilməməyinin göstəricilərindən bəziləri: tərəflərdən birinin barışmağa çalışmaq cəhdləri, birgə yaşamağı təklif etməsi, səbəbsiz zənglər, ünsiyyəti qorumaq istəyi, qarşı tərəfin həyatını hələ də idarə etmək cəhdləri, bitmiş evliliyi yazılı və ya şifahi durmadan müzakirə etmək və s.dir. Bütün bunlar ölmüş insanı diriltməyə çalışmağa bənzəyir və tərəflərin evliliyin bitdiyini qəbullanmasına və irəliləməsinə mane olur.
Münasibətin bitdiyini qəbullanmağın əsas yolu ünsiyyəti kəsməkdir. Ətraflı növbəti slaydlarda➡️💜

Photos from K**a Ahmad Speaker and Coach's post 05/08/2026

Niyə bəzi tanışlıqlar bir-iki həftəyə bitir, bəziləri isə uzunmüddətli münasibətə çevrilir? Bu fərqi yaradan ən vacib amillərdən biri tanışlığın mərhələlərini düzgün keçməkdir.

Bu mərhələlər sizə qarşı tərəfi daha obyektiv tanımağa, emosional bağlanmağa tələsməməyə və gələcəkdə peşman ola biləcəyiniz qərarlardan uzaq durmaqda kömək edir.

Şüurlu tanışlığın mərhələlərinin hər birini addım-addım öyrənmək və real həyatda tətbiqini bilmək istəyirsinizsə, "Subay İnsanlar üçün Şüurlu Tanışlıq" proqramına qoşula bilərsiniz.

Tanışlıq qalıcı və xoşbəxt münasibətə aparan özünün qaydaları olan sənətdir. Sizə bu sənəti öyrənib sağlam münasibət qurmaqda kömək edə bilərəm🤝

P.S. "Şüurlu Tanışlıq" proqramı ABŞ-ın və dünyanın ilk Münasibət Kouçinqi məktəbi olan Relationship Coaching Institute tərəfindən hazırlanıb və 27 illik praktik və elmi təcrübəyə əsaslanır.

01/08/2026

Nədənsə insan ölümü unudur
Yer üzündə zamanı çoxmuş kimi yaşayır..

Əslində olan isə burda zamanımız çox azdır
və o zaman irəli yox, geri sayır⏳
Biz qocalırıq...
Enerjimiz hər gün daha da azalır...
Sağlamlığımız hər gün bir az daha geri gedir.

Gec olmadan cavablarını tapmalı olduğumuz suallar var:

🫟 Köçdükdən sonra bu dünyada bizdən hansı iz qalacaq?
🫟 Övladlarımıza və kainata mirasımız nə olacaq?
🫟 Tanrı bizim nə etməyimizi istəyir ?
Özümüzdən sonra qoyub gedəcəklərimiz üçün
Zamanımızı zəmanətliymiş kimi qəbul etməyək.
Bugün var olan tək hədiyyədir.
Sabahsa qeyri-məlum müəmma.

Hər gün 100 ilimiz yox, cəmi 1 gün ömrümüz qalıbmış kimi yaşayaq və çalışaq.

25/07/2026

Qıtlıq tələsi subay insanların tanışlıq zamanı düşdüyü 14 tələdən biridir. Bu tələyə düşmüş insanlar düşünürlər ki, tanış və birlikdə ola biləcəkləri partnyor sayı məhduddur və buna görə də düşünürlər ki, tanış olduqları insanla(tam ürəklərincə olmayan) birlikdə olmasalar, onlar tək qalacaqlar.

Qıtlıq tələsi münasibətin uğursuzluğuna səbəb olur, çünki insan istədiyindən daha azına razılaşır. Siz inanırsınız ki, istədiyiniz insana rast gələ bilməyəcəksiniz, çünki ya belə insan yoxdur, ya da çox azdır☺️

Təəssüf ki, bu özünü doğruldan bir inancdır, çünki daha azı gözləyirsənsə, daha azını əldə edirsən.

Bərabər olduğunuz insan tam ürəyinizcə olmadığı üçün də hər ehtimala qarşı həmişə "daha yaxşısını" axtaracaqsınız☺️

Bəs siz indiyə qədər Qıtlıq tələsinə düşmüsünüz?

23/07/2026

Həyatımdan narazı olduğum zamanları təhlil etdikdə görə bilirəm ki, bu təməl dəyərlərimə uyğun yaşamadığım zamanlardır. Xoşbəxt həyatın sirri dəyərlərimizə uyğun həyat yaşamaqdır.

Vizyonun təməli də dəyərlərdir. Gündəlik həyatında dəyərlərini yaşayan insan əslində vizyonunu yaşayan insandır.

Planlar dəyişkən dəyərlər və vizyonsa sabitdir. Planlarda dəyişiklik olduqda əmin olun ki, dəyərlər gəmisində vizyona doğru yoldasınız💜

19/07/2026

Keçmiş həyat yoldaşını uşağa p*sləmək boşanmada valideynlərin tez-tez buraxdığı, ən böyük səhvlərdən biridir. Əgər keçmiş həyat yoldaşınız sizi uşağınıza p*sləyirsə, bu 3 şeyi edin:

🫟Uşağınızla maksimum zaman keçirin
Siz onunla hər dəfə görüşəndə digər valideynin sizin barədə yaratdığı yanlış obrazı məhv etmək şansını qazanırsınız💜

🫟Övladınızın psixi sağlamlığı üçün sizi p*sləyən tərəfdən fərqli seçim edin: digər valideyn haqqında p*s heç nə danışmayın🌿

🫟Övladınızla ünsiyyəti qorumağa və hətta çoxaltmağa çalışın
Çünki, bu zaman uşağınız sizi daha yaxşı tanıyacaq və sizin barədə öz fikrini formalaşdıra biləcək.

Əgər digər valideyn uşaqla ünsiyyətinizə və görüşlərinizə mane olursa, ona yazdığınız mesajların, görüşmək cəhdlərinizin sübutlarını saxlayın, çünki bir gün uşağınız sizinlə bunun hesabını aparacaq.

Unutmayaq ki, boşanma valideynliyin deyil, evliliyin sonudur.

18/07/2026

Bəzən hədəflər və planlar üzərində uzun müddət çalışa və sonda səndən asılı olmayan səbəblərdən tamamilə fərqli, gözləmədiyin nəticələr əldə edə bilərsən.

Bu zaman insan olduğunun və gün sonunda hər şeyin nəzarətinin sənin əlində olmadığını yenidən anlaya bilirsən.

Çalışdığımız hədəflər üzərində fərqli nəticələr aldıqda və ya uğursuz olduqda məyus olmamaq üçün hədəf yolunda olarkən nələrə diqqət edək?

1. Həyatı dayandırma.

İnsan hədəf üçün çalışmalı, lakin hədəfi hər şeyinə çevirməməlidir. İstirahətindən, əyləncəndən və səyahətdən geri qalma.

2. Özünə xırda həzzlər bəxş et.

Nəticə yönümlü insan hədəf yolunda bütün resurslarını cəmləyir və özünə böyük hədəfi üçün xırda "yox"-lar deyə bilir. Yanaşma doğru olsa belə həyatı şirinləşdirmək və sonradan peşman olmamaq üçün ara-sıra özünə xırda həzzlər bəxş et.

3. Hər zaman B planın olsun.

Üzərində uzun müddət çalışdığın hədəf istədiyin nəticəni verməzsə, Nə edəcəksən?
Bəzən B planı bu an üçün daha çox ehtiyacın olan şey ola bilər.

4. Gələcəkdə deyil, bu anda yaşa.

Unutma ki, sən yolda olarkən həyat hər an sonlana bilər. Bugünün gözəlliklərinin fərqində ol, onlardan maksimum zövq al. Sabah olmaya bilər.

5. Sağlamlığına diqqət et.

İnsan sağlamlıqla bağlı problem yaşadıqda ən çox arzu etdiyi hədəfi belə gözünə görünmür və öz dəyərini itirir. Belə olduqda ən vacib olanın sağlamlıq olduğunu bir daha anlayırsan. Özünə diqqət etmək üçün problemin yaşanmasını gözləmə, qayğına qalmağa elə indi başla.

6. Sənin zamanlaman şərtidir. Mütləq zamanlama var.

Nə qədər çox çalışsan və inansan belə, bəzən nəticə üçün hazır olmaya bilərsən. Hədəf yolunda çalışarkən bil ki, sənin təyin etdiyin zamanlama nisbidir. Sənin üçün daha gözəl və doğru olan başqa zamanlama var. Ona güvən.

Unutma, hər şeyi planlaya bilməzsən. Qeyri-müəyyənliklər həyatın tərkib hissəsidir və ən xoşbəxt insanlar onlarla yaşamağı öyrənmiş insanlardır💜

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Port Baku, Neftchilar Avenue 151
Baku
AZ1010