Şah Gambiti

Şah Gambiti

Share

Everyhthing about chess

03/01/2024

Nicat Abasov namizədlərdə?!

Dünya Kubokunun qalibi olaraq Namizədlər Turnirinə vəsiqə qazanan Maqnus Karlsen şəxsi X hesabında bu barədə paylaşım edib. O daha əvvəl də bildirdiyi kimi, Namizədlər Turnirində iştirak etmək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Maqnus Karlsen turnirdə iştirak hüququndan rəsmi şəkildə imtina edərsə, onun əvəzinə Dünya Kubokunun 4-cüsü, həmyerlimiz Nicat Abasov iştirak hüququ əldə edəcək.

Photos from Şah Gambiti's post 29/12/2023

Özbəkistanın Səmərqənd şəhərində keçirilən Rapid və Blitz üzrə Dünya Çempionatının rapid kateqoriyası üzrə oyunlara yekun vurulub. Kişilər arasında çempion Magnus Karlsen (13 oyundan 10 xal), qadınlar arasında isə Anastasiya Bodnaruk (11 oyundan 8,5 xal) olub.

Azərbaycanlı şahmatçılar üzrə ən yaxşı nəticə kişilərdə Teymur Rəcəbova (13 oyundan 8 xal), qadınlarda ilə Ülviyyə Fətəliyevaya (11 oyundan 7 xal) məxsusdur.

Sabahdan etibarən blitz kateqoriyasında oyunlara start veriləcək.

Photos from Şah Gambiti's post 26/12/2023

Bugündən etibarən Özbəkistannın Səmərqənd şəhərində start götürən rapid və blitz üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Turnir 11 turdan ibarət, 26-28 dekabr tarixlərində rapid üzrə, 29-30 dekabrda blitz üzrə, swiss sistemində keçirilir. 30 dekabra qədər davam edəcək yarışda ölkəmizi 17 şahmatçı təmsil edəcək.

Təmsilçilərimiz:
Kişilər
1. GM Şəhriyar Məmmədyarov
2. GM Teymur Rəcəbov
3. GM Rauf Məmmədov
4. GM Vüqar Əsəsdli
5. GM Qədir Hüseynov
6. GM Aydın Süleymanlı
7. GM Məhəmməd Muradlı
8. IM Kənan Qarayev

Qadınlar:
1. WGM Türkan Məmmədyarova
2. WGM Gövhər Beydullayeva
3. WGM Xəyalə Abdulla
4. IM Gülnar Məmmədova
5. IM Günay Məmmədzadə
6. IM Xanım Balacayeva
7. IM Ülviyyə Fətəliyeva
8. WFM Ləman Haciyeva
9. WFM Ayan Allahverdiyeva

Photos from Şah Gambiti's post 20/12/2023

Şah Gambiti və Chessland şahmat klublarının birgə təşkilatçılığı ilə keçirilən tempo turnirdən görüntüləri təqdim edirik.

🏅Turnirin mükafatçıları:
I yer: Fərhad Fərhadlı
II yer: Amin Qurbanov
III yer: Habil Cavadov
IV yer: Aqil İsrailov
V yer: Cəmil Abışov
Qızlar arasında I yer: Yasəmən Məmmədova
U-10 kateqoriyasında I yer: Azər İbrahimli
U-14 kateqoriyasında I yer: Əkbər Mirzəyev

12/12/2023

Şah Gambiti və Chessland şahmat klublarının birgə təşkilatçılığı ilə keçirilən tempo turnirə qeydiyyat başlayır. Turnir 10+3 rapid vaxt kontrolu və 7 turdan ibarət İsveçrə sistemi ilə təşkil olunacaq. Qeydiyyatdan keçmək üçün https://forms.gle/MZ2YEvMKtUzLE8B1A linkinə daxil olaraq anketi doldura və ya 077 327 36 05 nömrəsinə müraciət edə bilərsiniz.

17 dekabr, 14:00-da start götürəcək olan turnirin ümumi mükafat fondu 300 manat təşkil edir. Turnirdə iştirak haqqı 10 azndir.

Ünvan: Yasamal rayonu, Həsənbəy Zərdabi 71/3 (Qələbə dairəsi, Baku Mall yaxınlığı)

Photos from Şah Gambiti's post 12/12/2023

Şah Gambiti və Chessland şahmat klublarının birgə təşkilatçılığı ilə keçirilən tempo turnirdən görüntüləri təqdim edirik.

🏅Turnirin mükafatçıları:
1-ci yer: Aqil İsrailov
2-ci yer: İsmayıl Qurbanov
3-cü yer: Zaur Balayev
4-cü yer: Fərid Məlikov
5-ci yer: Nihad Məmmədov
U-14 kateqoriyasında 1-ci yer: Kənan Şirinov
Qızlar arasında 1-ci yer: Fidan Tahirova

06/12/2023

Şah Gambiti və Chessland şahmat klublarının birgə təşkilatçılığı ilə keçirilən tempo turnirə qeydiyyat başlayır. Turnir 10+3 rapid vaxt kontrolu və 7 turdan ibarət İsveçrə sistemi ilə təşkil olunacaq. Qeydiyyatdan keçmək üçün 077 327 36 05 nömrəsinə müraciət edə bilərsiniz.

10 dekabr, 14:00-da start götürəcək olan turnirin ümumi mükafat fondu 240 manat təşkil edir. Turnirdə iştirak haqqı 10 azndir.

Ünvan: Yasamal rayonu, Həsənbəy Zərdabi 71/3 (Qələbə dairəsi, Baku Mall yaxınlığı)

23/11/2023

📍 Həftəsonu yarış var!

✅️ Şah Gambiti Şahmat Klubu və Coolab Yaradıcılıq və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 5+3 vaxt kontrolu, 7 turdan ibarət blitz turniri keçiriləcək. Yarışın mükafat fondu 60%, ödəniş isə 5 azndir.

Asudə vaxtınızı şahmat oynayaraq keçirmək və qeydiyyatdan keçmək üçün 077 327 36 05 nömrəsinə müraciət edə bilərsiz.

Photos from Şah Gambiti's post 21/11/2023

Say chess, girls!🥈🇦🇿

📷 ChessBorn TV

20/11/2023

Qadın şahmatçılarımızdan tarixi uğur!🇦🇿

Monteneqronun Budva şəhərində keçirilən Avropa Çempionatında qadın şahmatçılarımız 9 turda 7 qələbə, 1 heç-heçə ilə turnirin gümüş medalçıları oldular!🥈

Azərbaycan Şahmat Federasiyası / Azerbaijan Chess Federation

Photos from Şah Gambiti's post 19/11/2023

Milli komandamızdan növbəti qələbə!🇦🇿

Belçika🇧🇪 millisi ilə qarşılaşan kişilərdən ibarət komandamız 3 - 1 hesabı ilə, qadın şahmatçılarımız isə Yunanıstan🇬🇷 millisini 2.5 - 1.5 hesabı ilə məğlub edib.

Həlledici turda qələbə qazanan qadınlardan ibarət milli komandamız medal şanslarını saxlamaqdadır. 9-cu turun nəticələrindən asılı olaraq şahmatçılarımız birincilik əldə edə bilərlər.

Uğurlar!🇦🇿

📷 ChessBorn TV

Photos from Şah Gambiti's post 18/11/2023

Qadın şahmatçılarımızdan növbəti qələbə!🇦🇿

Şahmat üzrə Milli Komandaların Avropa Çempionatının 6-cı turunda İngiltərə millisi ilə qarşılaşan komandamız 3-1 hesabı ilə qalib gəlib.

📷 ChessBorn TV

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Baku