Azerbaijan Triathlon Federation

Azerbaijan Triathlon Federation

Share

Azərbaycan Triatlon Federasiyasının rəsmi hesabı
Official page of Azerbaijan Triathlon Federation

Photos from Azerbaijan Triathlon Federation's post 15/08/2026

22- 23 avqust Avropa oyunları parkında Aquatlon yarışı.
Əlaqə nömrəsi: 0557969985

13/08/2026

Bu gün idmançılarımız beynəlxalq arenada növbəti dəfə ölkəmizi təmsil etmək üçün yola düşürlər!
16 avqust tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində triatlon üzrə gənclərin Avropa Kuboku start götürəcək.
Gənc idmançılarımıza yarışda uğurlar və yüksək nəticələr arzulayırıq!
🏊‍♂️🚴‍♂️🏃‍♂️

Photos from Azerbaijan Triathlon Federation's post 08/08/2026

Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, möhtəşəm Kür sahilində növbəti həyəcan dolu yarış baş tutdu!
🔥 1000 metr məsafəyə mübarizə aparılan 18–23 yaş kateqoriyasında idmançılarımız böyük əzmkarlıq nümayiş etdirdilər:
🥈 Leyla Abduləzizova – fəxri kürsünün 2-ci pilləsinə yüksələrək 2-ci yerin sahibi oldu!
🥉 Tural Atakişiyev – gərgin mübarizədə qələbə qazanaraq 3-cü yeri tutdu!

Photos from Azerbaijan Triathlon Federation's post 03/08/2026

Belarusiyada uğur qazanan triatlonçularımız nazirin görüşündə iştirak ediblər

Avqustun 3-də Azərbaycan İdman Akademiyasında beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş idmançılarla görüş keçirilib. Gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə keçirilən görüşdə Belarusiyada yüksək nəticələr göstərmiş triatlonçularımız Əli Rzazadə və Riyad Abbaszadə də iştirak ediblər.

Görüş zamanı idmançılarımız yarışda əldə etdikləri uğurlar və qazandıqları nəticələr barədə danışıblar.

Əli Rzazadə 14–17 yaş kateqoriyasında birinci, ümumi sıralamada isə ikinci yeri tutub. Riyad Abbaszadə öz yaş kateqoriyasında bürünc medal qazanaraq ümumi sıralamada altıncı olub.

Gənc triatlonçularımızın əldə etdikləri nəticələr Azərbaycan triatlonunun beynəlxalq arenada uğurlu inkişafının göstəricisidir.

Photos from Azerbaijan Triathlon Federation's post 26/07/2026

Azərbaycan triatlonçuları Minskdə beynəlxalq yarışda uğur qazandılar

Azərbaycan triatlonu növbəti beynəlxalq uğurunu əldə edib. Gənc idmançılarımız Əli Rzazadə və Riad Abbaszadə, məşqçi Nurəli Məmmədovun rəhbərliyi ilə 25–26 iyul tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq triatlon yarışında ölkəmizi uğurla təmsil ediblər.

Yarışda yüksək hazırlıq və əzmkarlıq nümayiş etdirən idmançılarımızdan Əli Rzazadə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb. Riad Abbaszadə isə uğurlu çıxışı ilə III yeri qazanaraq Azərbaycan komandasının növbəti medalını təmin edib.

Bu nəticə gənc idmançılarımızın zəhmətinin, peşəkar hazırlığının və məşqçi heyətinin səmərəli fəaliyyətinin bariz nümunəsidir. Qazanılan uğur Azərbaycan triatlonunun beynəlxalq arenada inkişaf etdiyini və gələcək üçün böyük potensiala malik olduğunu bir daha nümayiş etdirir.

23/07/2026

Bu gün gənc idmançılarımız Əli Rzazadə və Riad Abbaszadə, məşqçi Nurəli Məmmədovun rəhbərliyi ilə 25–26 iyul tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək beynəlxalq triatlon yarışında iştirak etmək üçün yola düşüblər.
İdmançılarımıza və məşqçiləri Nurəli Məmmədova bu beynəlxalq yarışda uğurlar arzulayır, onlara yüksək nəticələr və uğurlu çıxışlar diləyirik!

Photos from Azerbaijan Triathlon Federation's post 19/07/2026

İspaniyada keçirilən Aquatlon üzrə Avropa Çempionatında ölkəmizi təmsil edən idmançılarımız çıxışlarını uğurla başa vurdular.
Rzazadə Əli (Yeniyetmələr) – 9-cu yer
Abduləzizova Leyla (U-23) – 10-cu yer
İdmançılarımızı göstərdikləri nəticələr münasibətilə təbrik edir, gələcək yarışlarda onlara yeni uğurlar arzulayırıq!

16/07/2026

Bu gün Aquatlon üzrə Avropa Çempionatında ölkəmizi təmsil edəcək heyətimiz İspaniyaya yola düşüb. 18 iyul tarixində keçiriləcək yarışda idmançılarımız mübarizə aparacaqlar:
Rzazadə Əli (Yeniyetmələr)
Abduləzizova Leyla (U-23)
İdmançılarımıza bu çətin və şərəfli yolda müvəffəqiyyətlər arzulayırıq.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Baku