08/08/2026
7 avgust 2026 tarixlərində Azərbaycan Avrasiya Aykido və Budo Mərkəzinin Gəncə regional şöbəsində kyu dərəcələri üzrə imtahan keçirildi.
İmtahandan uğurla keçən bütün aikidoçulara Azərbaycan Avrasiya Aykido və Budo Mərkəzinin texniki meneceri, Gəncə regional şöbəsinin rəhbəri 7 dan qara kəmər ustası Ramin Yusifov tərəfindən Avrasiya Aikido Orqanizationun rəsmi kyu diplomları və pasportları təqdim olundu
İmtahandan uğurla keçən tələbələri, onların təlimçiləri başda Ramin Yusifov olmaqla Rüfət Ələsgərovu, Fidan Yusifovanı və Gulnar Turalı təbrik edirik və aykido yolunda hər birinə uğurlar arzulayırıq.
03/08/2026
2 avgust 2026 tarixində Azərbaycan Avrasiya Aykido və Budo Mərkəzində kyu dərəcələri üzrə imtahan keçirildi.
İmtahandan uğurla keçən bütün aikidoçulara Avrasiya Aykido Organizationun Azərbaycandakı rəsmi nümayəndəsi 7 dan qara kəmər ustası Nazim Əliyev tərəfindən təşkilatın rəsmi kyu diplomları və pasportları təqdim olundu.
İmtahandan uğurla keçən kyu və dan dərəcələri tələbələrini təbrik edirik və onların təlimçiləri
Ramin Məmmədzadəyə və Vüqar Musayeva təşəkkürlərimizi bildiririk və aikido yolunda hər birinə uğurlar arzulayırıq.
26/06/2026
24 iyun tarixlərində 'Sağlam Həyat” proqramı çərçivəsində ASAN Xidmət əməkdaşları üçün Azərbaycan-Avrasiya Aykido və Budo Mərkəzində
Kyokuşin Karate Şinkyokuşin istiqamət üzrə ustad dərsi keçirilmişdir. Ustad dərsini Azərbaycan Karate Federasiyası Kontakt Üslublarl üzrə Vitse-President FULLKONTAKT/ŞİNKYOKUŞİN KARATE Üzrə Azərbaycan Nümayəndəsi
6-cı dan sahibi Şixan Allahverdi Rüstəmov tərəfindən aparmışdır. Tədbir iştirakçıları Şinkyokuşin Karate istiqamətinin texniki xüsusiyyətləri və əsas prinsipləri ilə tanış olmuş, praktiki məşğələlərdə iştirak etmişlər.
Nazim Aliyev
Allahverdi Rustamov
21/06/2026
13–14 iyun tarixlərində Gəncə şəhərində Nəbi Vuralın rəhbərliyi altında keçirilən beynəlxalq Aykido seminarı uğurla başa çatdı.
Seminar çərçivəsində aşağıda adları qeyd olunan iştirakçılara yeni dan dərəcələri təqdim edilmişdir.
Amil Maharramov - 1 Dan
Vugar Musayev -3 Dan
Ilqar Zamanov-2 Dan
Ramin Mammadzada-
4 Dan
Gulnar Tural- 4 Dan
Fidan Yusifova- 4 Dan
Ruhin Mikayılov- 4 Dan
Intigam Gurbanalisoy - 5 dan
Bütün iştirakçıları yeni dərəcələr əldə etmələri münasibətilə səmimi qəlbdən təbrik edir, onlara Budo yolunda davamlı inkişaf, yeni uğurlar və möhkəm iradə arzulayırıq.
15/06/2026
13-14 iyun 2026-cı il tarixdə Gəncə şəhərində Aikido döyüş növü üzrə Azərbaycan Avrasiya Aikido və Budo Mərkəzinin və Gəncə Regional şöbəsinin Rəhbəri Ramin Yusifovun təşkilatçılığı altında Beynəlxalq seminar keçirildi. İki gün boyunca artıq ənənə halını almış Avrasiya Aikido Orqanizationun texniki direktoru Nebi Vural tərəfindən Beynəlxalq seminarda iştirakçılara master-klass dərsləri keçirildi. Beynəlxalq seminarda Fəxri qonaq qismində şəhərin icra və güc strukturlarınin məsul şəxsləri, Vətən müharibəsinin qaziləri və adlı sanlı idmançılar Fəxri qonaq kimi seminarda iştirak etdilər.
_
05/06/2026
Azərbaycan Texniki Universitetinin İdman Sarayında Beynəlxalq Real Aykido Federasiyasının və Azərbaycan Real Aykido İdman Klubunun təşkilatçılığı ilə Real Aykido özünümüdafiə sənəti üzrə "12-ci Beynəlxalq Seminar və Kəmər imtahanı" həyata keçirilib.
Böyük marağa səbəb olan tədbirdə fəaliyyətdə olan 13 fərqli klubdan 300-ə yaxın idmançı iştirak edib. Seminar çərçivəsində gərgin sınaqlardan keçən 200 idmançı növbəti kəmər dərəcələrinə imtahan verib. Sonda ən yüksək nəticə göstərən ustalar fərqləniblər. Belə ki, 3 nəfər 1-ci Dan, 4 nəfər 2-ci Dan və 1 nəfər 4-cü Dan qara kəmər ustası dərəcəsinə layiq görülüb.
Mötəbər tədbirdə Beynəlxalq Real Aykido Federasiyasının prezidenti, 7-ci Dan qara kəmər ustası İqor Petroviç, həmçinin Qazaxıstan Real Aykido Assosiasiyasının prezidenti və tələbələri də iştirak ediblər. Real aykido idman növünün real həyatda özünümüdafiə xarakteri daşıması tədbirə hüquq-mühafizə orqanlarının da marağını artırıb. Belə ki, seminarda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları da fəal iştirak ediblər.
Tədbirə Azərbaycan-Avrasiya Aykido və Budo Mərkəzinin prezidenti Nazim Əliyev dəvət olunmuşdu. O, Avrasiya Aykido Təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsidir. Dəvətə görə təşəkkürümüzü bildiririk.
Fariz Abdullayev
Beynəlxalq Real Aykido Federasiyası
31/05/2026
31 may 2026 tarixində Azərbaycan Avrasiya Aykido və Budo Mərkəzində kyu dərəcələri üzrə imtahan keçirildi.
İmtahandan uğurla keçən bütün aikidoçulara Avrasiya Aykido Organizationun Azərbaycandakı rəsmi nümayəndəsi Nazim Əliyev tərəfindən təşkilatın rəsmi kyu diplomları və pasportları təqdim olundu.
İmtahandan uğurla keçən kyu və dan dərəcələri tələbələrini təbrik edirik və onların təlimçiləri
Ramin Məmmədzadəyə və Vüqar Musayeva təşəkkürlərimizi bildiririk və aikido yolunda hər birinə uğurlar arzulayırıq.