24/09/2025
Azərbaycan şahmatına ağır itki üz verib. Uzun illər Quba şahmat məktəbinə rəhbərlik edən, şahmatın inkişafı naminə müxtəlif layihələr reallaşdıran, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov vəfat edib.
Allahdan rəhmət eləsin, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
23/04/2025
"Təhsil Respublika İdman Mərkəzi" PHŞ-nin şahmat üzrə idman-şahmat məktəblərinin komandaları arasında Respublika birinciliyi.
18 (gəlmə günü) – 25 may 2025-ci il tarixlərində Tovuz şəhəri UGİŞM-də “Təhsil Respublika İdman Mərkəzi" PHŞ-nin təşkilatçılığı ilə şahmat üzrə idman-şahmat məktəblərinin komandaları arasında Respublika birinciliyi keçiriləcək.
Yarış komanda isveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.
Hər komanda dörd oyunçudan, üç oğlan və bir qız şahmatçıdan ibarət olmalıdır.
Birinci və ikinci lövhədə 16 yaşadək oğlan (2009 təvəllüd və daha kiçik yaşlı);
Üçüncü lövhədə 12 yaşadək oğlan (2013 təvəllüd və daha kiçik yaşlı);
Dördüncü lövhədə 16 yaşadək qız (2009 təvəllüd və daha kiçik yaşlı) şahmatçı təmsil etməlidir.
Yarışda iştirak edən şahmatçıların FIDE ID kodunun olması mütləqdir.
Yarışın nəticələri reytinq hesablanması üçün FIDE-yə göndəriləcəkdir.
Yarışın təşkili və keçirilməsi “Təhsil RİM” PHŞ tərəfindən əvvəlcədən təyin olunmuş hakimlər heyəti tərəfindən həyata keçirilir.
Qeydiyyat 10 may 2025 ci il, 18:00-dək aparılır.
Sifarişləri [email protected] adresinə və ya (+994)-50-496-60-63 göndərmək mütləqdir.
08/12/2024
"Təhsil Respublika İdman Mərkəzi"-nin Respublika Birinciliyi davam edir
3-cü tur
30/11/2024
“Təhsil Respublika İdman Mərkəzi” Publik Hüquqi Şəxsin şahmat üzrə respublika birinciliyinin final mərhələsi 5-12 dekabr (5 dekabr gəlmə günü) 2024-cü il tarixlərində “Təhsil RİM” PHŞ-nin 3 nömrəli RİOEUGİŞM-də (Bakı şəhəri) keçiriləcəkdir.
Mərkəz tərəfindən əvvəlcədən təyin edilən hakimlər heyyəti yarışı idarə edəcək.
Birinci tur 06 dekabr 14:00-da start götürəcək.
Final mərhələsində iştirak edəcək şahmatçıların sifariş vərəqələrini (FIDE ID göstərilməsi vacibdir !!) şahmatçının təmsil olunduları müəssisə tərəfindən 02 dekabr (18:00-dək) 2024-cü il tarixinədək [email protected] elektron ünvanına göndərilməsi mütləqdir.
14/10/2024
"Təhsil RİM" PHŞ-nin respublika birinciliyinin zona mərhələsinə start verildi.
4 zona üzrə Xaçmaz, Qax, Gəncə və Ucar zonalarında 6 yaş qrupu üzrə, 12 kateqoriyada ümumilikdə 327 şahmatçı mübarizə aparır.
Hər kateqoriya üzrə ilk 3 yeri tutan şahmatçı respublika birinciliyinin final mərhələsinə vəsiqə qazancaq.
Bütün iştirakçılara uğurlar arzulayırıq.
30/09/2024
13-20 oktyabr 2024-cü il tarixlərində "Təhsil Respublika İdman Mərkəzi" PHŞ-in şahmat üzrə Respublika Birinciliyinin zona mərhələsi keçiriləcəkdir.
Zona yarışları Xaçmaz, Qax, Gəncə və Ucar olmaqla 4 zonada keçiriləcəkdir.
Hər zonada müvafiq olaraq yaş qrupuları üzrə ilk 3 yeri tutan şahmatçılar final mərhələsinə vəsiqə qazanacaqlar.
Zona yarışlarında iştirak edəcək rayon (şəhər) şahmat məktəbləri hər yaş qrupunda ən çoxu 2 ümumilikdə 12 şahmatçı ilə təmsil oluna bilər.
İdman-şahmat məktəblərinə heyətlərini yaş qruplarında daxili seçmə yarışlarla müəyyənləşdirməsi tövsiyyə olunur.
Final mərhələsində zonalar üzrə ilk 3 yeri tutmuş şahmatçılar, Dünya və Avropa çempionatının mükafatçıları (2023-2024), sonuncu Azərbaycan çempionatının medalçıları ("Təhsil" RİM və AR İdman Nazirliyinin Azərbaycan çempionatında 1-2-3-cü yerlər) və əsasnamədə qeyd edilən reytinq göstəricilərini ödəyən şahmatçılar iştirak edə bilərlər.
Final yarışın nəticələri reytinq hesablanması üçün FIDE-ə göndəriləcək.
Final mərhələsində birbaşa iştirak hüququna malik şahmatçılar təmsil olunduqları məktəb tərəfindən 25 noyabr 2024-cü il tarixinədək əsas göstərilməklə təqdim etməlidirlər.
03/06/2024
"Təhsil Respublika İdman Mərkəzi" Publik Hüquqi Şəxsin şahmat üzrə İdman-şahmat məktəbləri arasında komanda üzrə respublika birinciliyi davam edir.
Göyşay Uşaq Gənclər İdman Şahmat Məktəbində təşkil olunan yarışda 28 idman şahmat məktəblərinin komandalarını təmsil edən 112 şahmatçı mübarizə aparır.
Yarış 04 iyun 2024 cü il tarixində başa çatacaq.